31 May 2025 08:30
449
İQTİSADİYYAT
A- A+
Sənayeləşən Qarabağ

Sənayeləşən Qarabağ


Ağdamda ümid doğrulur, Araz vadisində gələcək qurulur


Qarabağ və Şərqi Zəngəzur... Bu torpaqlar bir vaxtlar yalnız  itirilmiş arzularımızın ünvanı idi. Bu iki ad uzun illər dilimizdə nisgillə səsləndi, ürəyimizdə qayıdış ümidi ilə yaşadı. İndi isə zaman dəyişib, həmin yurd yerləri yalnız tariximizin deyil, gələcəyimizin də mərkəzinə çevrilib. Torpağın altındakı sərvət, üstündəki zəhmət, gələcəyə uzanan arzular bir-birinə qovuşub. 

Qarabağ və Şərqi Zəngəzur artıq təkcə 44 günlük savaşın qəhrəman şəhidləri, igid qaziləri haqqında dastanların deyil, həm də iqtisadi dirçəlişin və sosial yenidənqurmanın rəmzinə çevrilib. Uzun illər susqun qalan bu torpaqlar indi öz səsini zavodların, istehsal sahələrinin uğultusunda tapır. Bu gün regionda çəkilən yollar, ucalan binalar, sürətlə inşa edilən infrastrukturlar ilə gələcəyin təməli qoyulur. Əvvəllər müharibənin izlərini daşıyan bu ərazilər artıq yeni həyatın, yeni imkanların ünvanına çevrilib. Prosesin mərkəzində isə Ağdam Sənaye Parkı və "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı kimi layihələr dayanır.

2021-ci ildə təməli qoyulan  və 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkına biznes strukturları böyük maraq göstərirlər. Parkda ümumi investisiyaların həcmi 271 milyon manat olan 29 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Burada ümumilikdə 2400-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bu günədək sənaye parkında görülmüş işlərə rezidentlər tərəfindən 97 milyon manata yaxın investisiya yatırılıb, 380 nəfərlik daimi iş yeri yaradılıb. Hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir. İqtisadiyyat Nazirliyinin məlumatına görə, Ağdam Sənaye Parkında 2024-cü ilin sentyabrından 2025-ci ilin birinci rübünün sonunadək sahibkarlar tərəfindən 85 milyon manatlıq məhsul istehsal olunub . Artıq sahibkarlar tərəfindən sənaye parkında görülmüş işlərə 111,7 milyon manat investisiya yatırılıb, 649 iş yeri açılıb. Bu da o deməkdir ki, parkın 70 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib. Bu il parkda tütün məmulatlarının istehsalı müəssisəsinin də fəaliyyətə başlaması planlaşdırılır. 

Ağdam Sənaye Parkında istehsal olunan məhsullar artıq xarici bazarlara ixrac edilir.  Parkın rezidenti olan "BAFCO İnvest" MMC müxtəlif növ qoruyucu ayaqqabılar və poliuretan çəkmələr istehlakçıya çatdırır. Bu məhsullar artıq Rusiya, Qazaxıstan, Özbəkistan və Birləşmiş Ərəb Əmirliklərinə ixrac olunub. Sənaye Parkının digər rezidenti - "Mister Decor" MMC tərəfindən istehsal olunan divar kağızları  Gürcüstana ixrac edilib. Şirkətin bu məhsulu artıq Özbəkistana da ixrac olunmağa başlayıb. Qardaş  ölkəyə ilkin mərhələdə 1,36 milyon manatlıq məhsulun göndərilməsi nəzərdə tutulub. Qeyd edək ki, "Mister Decor" MMC Ağdam Sənaye Parkının 1,6 hektar ərazisində divar kağızlarının istehsalını həyata keçirir. İnvestisiya həcmi 8 milyon manat olan müəssisə Cənubi Qafqazda divar kağızlarının istehsalı üzrə ixtisaslaşmış ilk zavoddur. Müəssisə il ərzində 2,1 milyon ədəd rulon divar kağızı istehsal etmək gücündədir. Parkın qısa müddətdə fəaliyyətinin genişlənməsi onu göstərir ki, yaxın zamanda bura yalnız məhsul istehsal edən bir məkana çevrilməyəcək, həm də yerli əhalinin məşğulluğuna töhfə verəcək, keçmiş məcburi köçkünlərin geri dönüşünü sürətləndirəcək, əlverişli biznes mühiti yaradacaqdır. Təbii ki, parkda iqtisadi canlanmanı yaradan  əsas amillər dövlət tərəfindən verilən dəstək, yəni vergi güzəştləri, infrastruktur təminatı və investorlar üçün yaradılan şəraitdir.

Qarabağın iqtisadi dirçəlişində Ağdam Sənaye Parkının rolu danılmazdır və bu inkişafın davamı olaraq,  "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında da yeni sənaye imkanları və investisiya perspektivləri formalaşır.  Zəngəzurun iqtisadi qapısı olan bu zonanın yaradılmasında məqsəd həm yerli istehsal imkanlarını artırmaq, həm də bölgənin logistika, ticarət və ixrac mərkəzinə çevrilməsini təmin etməkdir. Qeyd edək ki, Zəngəzur dəhlizinə yaxınlığı, dəmir yolu və avtomobil yolları ilə əlçatan olması bu zonanın strateji önəmini artırır. Burada təkcə sənaye və kənd təsərrüfatı sahələri deyil, eyni zamanda "yaşıl enerji", rəqəmsal iqtisadiyyat və "ağıllı kənd təsərrüfatı" modelləri də inkişaf etdirilir. Bunlar  Şərqi Zəngəzurun yalnız ənənəvi deyil, innovativ inkişaf yolu ilə getdiyinin göstəricisidir.

Logistik imkanlar baxımından əlverişli ərazidə yerləşən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında hazırda investisiya portfeli 130 milyon manata yaxın olan 16 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib. Sənaye parkında ümumilikdə 1800-ə yaxın daimi iş yerinin yaradılması nəzərdə tutulur. İqtisadiyyat  Nazirliyinin məlumatına görə, bu günədək sənaye parkında görülmüş işlərə sahibkarlar tərəfindən 35 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb.  Məlumatda daha sonra deyilir: "Sənaye parkında sahibkarlar tərəfindən indiyədək 1,7 milyon manatlıq məhsul satışı və xidmətlər göstərilib. Bundan başqa, parkda hazırda 5-dən çox müəssisənin tikintisi istiqamətində işlər görülür". 200 hektar ərazini əhatə edən parkın 30 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib. Parkda hazırda 2 müəssisə fəaliyyət göstərir.

Qarabağ və Şərqi Zəngəzurun hər iki sənaye  subyekti regionun dayanıqlı iqtisadi inkişafının, sosial sabitliyinin, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasının və ölkənin ümumi iqtisadi gücünün artırılmasında önəmli rol oynayan obyektlərə çevrilməkdədir. Burada yaranacaq minlərlə iş yeri, yerli və xarici sərmayələrin artması, ixrac potensialının güclənməsi yalnız regional deyil, milli səviyyədə iqtisadi rifahın möhkəmlənməsinə xidmət edəcək.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!