26 May 2023 17:57
537
Səhiyyə
A- A+
Şəkərli diabetin aşkarlanması üçün diaqnostik metod

Şəkərli diabetin aşkarlanması üçün diaqnostik metod

 

Son statistikaya görə, dünyada şəkərli diabet xəstələrinin sayı 537 milyona çatıb. Azərbaycanda isə həmin diaqnoz qoyulanların sayı 280 min nəfəri keçib. Təəssüf ki, aparılan statistikaya görə, əhalinin xeyli hissəsi həmin xəstəliyin prediabet mərhələsində olduğunu bilmir. Onların böyük bir qrupu 2-ci tip şəkərli diabet xəstələrinə aiddir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Diabet Liqasının sədri, həkim-endokrinoloq Yeganə Sultanova uşaqlarda diabetin əlamətləri barədə məlumat verib: “Uşaqlarda əsasən 1-ci tip şəkərli diabet olur. Artıq diaqnoz qoyulanda mədəaltı vəzdə insulin hasılatı demək olar ki, tam dayanır, ona görə də insulin çatışmazlığı fonunda əlamətlər daha qabarıq olur. Uşaqlarda tez-tez sidiyəgetmə, gecə enurezi, susuzluq, kəskin arıqlama, halsızlıq, ürəkbulanma, qusma, iştahasızlıq, ağız və ifrazatdan aseton iyi (ketoasidoz) müşahidə edilir. Vaxtında əlamətlərə fikir verilmədikdə, diaqnoz qoyulub uyğun tədbir görülmədikdə uşaq subkomatoz və ya komatoz vəziyyətə düşə bilər. Əfsuslar olsun ki, nadir hallarda olsa da, həmin vəziyyət baş verəndə uşağın huşu gedir və onu xəstəxananın reanimasiya şöbəsinə yerləşdirirlər. Valideyn övladının diabet olduğunu bilmədiyindən reanimasiyada ilkin yardım başqa istiqamətdə gedə bilər. Diabetin təyin edilməsi yalnız analizlər vasitəsilə mümkündür”.

Həkim-endokrinoloqun dediyinə görə, diabet xəstəsi olmaqla əlaqədar şübhə yaranarsa, ucuz və keyfiyyətli müayinə metodu qlükozaya qarşı tolerantlıq testinin müayinəsi aparıla bilər: “Həmin sadə metodu laboratoriya şəraitində venoz qanda yüklənmədən əvvəl və 1- 2 saat sonra qlikemiyanın səviyyəsi yoxlanılmaqla aparılır. Onun üçün bir gün əvvəl adi qaydada qida qəbul etmək və gecədən səhərə 10 saat aclıq etməklə - yalnız su qəbul etmək olar - səhər acqarına laboratoriyaya getmək lazımdır. Laboratoriyada acqarına qlikemiya venoz qandan yoxlanılır, əgər qlikemiya normadan yuxarı deyilsə, 75 qram quru qlükoza məhlulu 5 dəqiqə müddətində içilir. 1 və ya 2 saatdan sonra yenidən venoz qanın səviyyəsi yoxlanılır. Həmin müddətdə fiziki aktivlik, qida qəbul etmək və siqaret çəkmək olmaz. 3 dəfə yoxlanılan qlikemiyanın nəticələri diaqnoz qoymağa imkan verir”.

Hamilələrdə həmin yoxlanış 24-28-ci həftədə aparılır, onun vaxtında aşkarlanmaması hamilə qadında və körpədə fəsadlar yarada bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!