28 Avqust 2022 00:46
949
Səhiyyə
A- A+
Şəkər xəstələrinin sayı niyə artır?

Şəkər xəstələrinin sayı niyə artır?

 

Azərbaycanda 300 mindən artıq insan bu xəstəlikdən əziyyət çəkir

 

Şəkərli diabet insulin ifrazının, insulin təsirinin və ya hər ikisinin pozulması nəticəsində meydana çıxan qan şəkərinin yüksəlməsi ilə gedən xroniki metabolik xəstəlikdir. Son illər ən çox rast gəlinən xəstəliklər sırasında yer alan şəkərli diabetin müxtəlif tipləri var. Daha çox yayılan növü isə 35-40 yaşdan sonra ortaya çıxan tip 2 diabetdir. 
Tip 2 diabet zamanı mədəaltı vəzidə yetərincə insulin ifraz oldunduğu halda hüceyrələrdə olan reseptorların işləməməsi səbəbindən insulin hormonuna qarşı həssaslıq itir. Bu zaman qlükoza insulin tərəfindən hüceyrələrə daşına bilmir və onun miqdarı qanda çoxalmağa başlayır. Bu vəziyyət ağız quruması, çəki itkisi, çox su içmək və yemək kimi simptomlarla təzahür edir. Əvvəllər xəstəliyə daha çox yaşlılar arasında rast gəlinirdisə, indi uşaqlar arasında müşahidə edilir. Risk qrupuna isə ailəsində şəkər, ürək-damar xəstəlikləri, artıq çəkidən əziyyət çəkən, hipertoniyası olan, 45 yaşından yuxarı şəxslər aiddir.
Diabet xəstəliyi özünü üç əsas əlamətlə biruzə verir ki, bunlar normadan çox yemə və doymama hissi, tez-tez sidiyə çıxma, ağızda quruluq və buna bağlı olaraq həddindən artıq su içmək istəkləridir. Mütəxəssislər şəkər xəstəliyinin yaranma səbəbini əsasən genetik və ətraf mühit amillərinin birlikdə təsiri ilə əlaqələndirirlər. 

 

Ötən il 30 mindən çox yeni diabet xəstəsi qeydə alınıb

 

Son illər Azərbaycanda da şəkərli diabet xəstələrinin sayının artdığı qeyd olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə ilk dəfə şəkərli diabet diaqnozu qoyulmuş xəstələrin sayı 30 236 nəfər olub. Bu göstərici 2020-ci ildə 25 430 nəfər olub. Rəqəmlər də göstərir ki, ildən-ilə şəkərli diabet xəstələrinin sayı artır. Təbii ki, genetik faktorlar burada xüsusi yer tutsa da, mütəxəssislər son illərdə müxtəlif xəstəliklərin sayının artmasını, yeni xəstəliklərin meydana gəlməsini qəbul etdiyimiz qidalarla bağlayırlar. 
Son statistikaya əsasən, hazırda ölkəmizdə diabet xəstələrinin sayı 300 minə yaxındır. Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, dünyada 537 milyondan çox insan şəkərli diabetdən əziyyət çəkir. Ölüm səbəbinə görə şəkərli diabet kardioloji və onkoloji xəstəliklərdən sonra üçüncü yerdədir. Bu xəstəlik tək tibbi yox, həm də sosial, iqtisadi, psixoloji problemlər yaradır.

 

Tez-tez virus infeksiyalarına tutulma, stres şəkərli diabetə təkan verə bilər

 

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Səbinə Məşədiyeva-Bayramovanın sözlərinə görə, Azərbaycanda da diabet xəstələrinin sayında artım müşahidə olunur. Bütün dünyada olduğu kimi, ölkəmizdə də bu xəstələrin 85-90 faizində 2-ci tip şəkərli diabet diaqnozu qoyulur.
Həkim bildirir ki, şəkərli diabet hazırda ən geniş yayılmış endokrin xəstəlikdir. Şəkərli diabet tip 1 xəstəliyinin inkişafı üçün əsas risk faktorlarından biri genetikadır. Bu tip diabetin güclü genetik komponenti var və inkişafının 50 faizindən çoxu genetik faktorlardan asılıdır. Şəkərli diabet tip 1 xəstəliyinin yaranma ehtimalını artıran səbəblər isə valideynlərin birində və yaxud ikisində də həmin xəstəliyin olması, yaxud xəstəliyin geninin daşıyıcılığı, xarici faktorlar isə virus infeksiyaları sayılır. Təkanverici amil kimi isə tez-tez virus infeksiyalarına tutulma, immun sisteminin zəifliyi, stres vəziyyətlər ola bilər.
Həkimin sözlərinə görə, şəkərli diabet tip 2 xəstəliyinin yaranma ehtimalını artıran səbəblərə isə piylənmə, arterial hipertenziya, hiperlipidemiya (insanın qanında lipidlərin və ya lipoproteinlərin anormal yüksəlməsi), oturaq həyat tərzi, aşağı fiziki aktivlik və s. aiddir.
Səbinə Məşədiyeva-Bayramova deyir ki, qanda şəkəri normada saxlamaq üçün ilk növbədə pəhrizə əməl etmək lazımdır: "Bu, müalicənin artıq 60-70 faizini təşkil edir. Qalan hissə isə şəkərsalıcı dərmanların və yaxud insulin preparatlarının üzərinə düşür. Dərman qrupu hər bir xəstəyə görə individual seçilməlidir. Həmçinin qanda şəkəri normada saxlamaqda fiziki aktivliyin böyük rolu var".

 

Həkim tövsiyələri

 

Həkim bu xəstələrə gün ərzində 7-8 km piyada gəzməyi tövsiyə edir. Eyni zamanda təyin olunan preparatlar vaxtında və təlimata uyğun olaraq qəbul edilməlidir. Özbaşına dərman qəbulunu dayandırmaq, dəyişmək və ya dozanı artırıb-azaltmaq olmaz. Bu, insulin müalicəsi alan xəstələrə də aiddir.
Mütəxəssis qeyd edir ki, şəkərli diabet xəstələrinə tez həll olunan karbohidratları qida rasionlarından çıxarmağı tövsiyə edir. Qida qəbul edərkən gec həll olunan karbohidratların, yağların və zülalların nisbəti düzgün tənzimlənməlidir. Meyvə payını sutkada bir neçə yerə bölmək və onları əsasən yeməkdən sonra qəbul etmək lazımdır.
O bildirir ki, şəkərli diabet tip 2 xəstələrində əksər hallarda hipertoniya, ürəyin işemik xəstəliyi də olur. Şəkərli diabet tip 1 xəstələrində isə birincili qalxanvari vəzin çatışmazlığı müşahidə edilir. Şəkərli diabet tip 2 "metabolik sindrom" adlanan bir vəziyyətdən sonra yaranır. O sindromun bütün təzahürləri artıq şəkərli diabet tip 2 xəstəsində də olur. Eyni zamanda şəkərli diabetə bəzi genetik sindromlardan əziyyət çəkən xəstələrdə də rast gəlinir.
Həkim deyir ki, əvvəllər gizli gedən mərhələlərdə diaqnoz qoyulmurdu. Hazırda müasir aparatlar vasitəsilə bu diaqnozu daha erkən qoymaq mümkündür. Xəstəliyin başlanğıc mərhələsində sağlam həyat tərzi, həkimə vaxtında müraciət, pəhriz və müntəzəm fiziki məşqlər çox vacibdir. Bu, ağırlaşmanın qarşısını alır.
Mütəxəssislərin fikirlərindən belə qənaətə gəlmək olur ki, texnoloji inkişaf nəticəsində oturaq iş, passiv həyat tərzi, stress hallarının artması, eyni zamanda sağlam qidalanmama, yəni kalorili məhsullardan, "fast food", hazır yeməklərdən daha çox istifadə edilməsi şəkərli diabet xəstələrinin sayını artırır. Xəstəlik aşkarlanmamışdan əvvəl qabaqlayıcı tədbirlərin görülməsi daha effektli olur. Bunun üçün isə fiziki aktivlik olmalı, sağlam qidalanmaya üstünlük verilməli, mümkün qədər stresdən uzaq durulmalıdır. 

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!