13 Dekabr 2025 14:36
618
CƏMİYYƏT
A- A+
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  


Azərbaycanda dekabrın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətə yağışın sulu qarla qarışıq yağması ehtimalı var, gündüz tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 faiz, gündüz 60-65 faiz olacaq.

Azərbaycan rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, qara keçəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-5° isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda isə hava əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-10° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı proqnozlaşdırılır.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə güclənəcək. Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 3-8° isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda havanın bəzi yerlərdə az yağıntılı olacağı, sulu qar yağacağı gözlənilir. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə güclənəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 7-11° isti olacağı proqnozlaşdırılır.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-5° isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, sulu qara keçəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə güclənəcək. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 7-11° isti olacağı proqnozlaşdırılır.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, sulu qara keçəcəyi ehtimalı var. Arabir duman olacaq, şimal-şərq küləyi bəzi yerlərdə güclənəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 7-10° isti, dağlarda gecə 0-3° isti, gündüz 3-6° isti olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:25
24 Yanvar

Rusiya-Ukrayna: savaş masaya keçir?

09:20
24 Yanvar

İctimai xadim, yazıçı və pedaqoq

09:15
24 Yanvar

Elmdə iz qoyan alim 

09:10
24 Yanvar

Səhnənin sönməz ulduzu

09:05
24 Yanvar

Cəmiyyət öz gücünü birləşdirərsə...

09:00
24 Yanvar

Adını Vətənin azadlıq tarixinə yazdı

08:55
24 Yanvar

Köhnə ilin uğurları, yeni ilin vəzifələri

08:50
24 Yanvar

2025-ci il ağdamlılar üçün doğma yurda qayıdışın başlanğıc tarixidir

08:45
24 Yanvar

Sülh prosesində Azərbaycan amili və dəyişən Ermənistan reallığı

08:40
24 Yanvar

Qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq

08:35
24 Yanvar

İlham Əliyevin Davos diplomatiyası

08:30
24 Yanvar

Azərbaycan sülhsevər imicini Davos İqtisadi Forumunda bir daha dünyaya nümayiş etdirdi

08:25
24 Yanvar

Bu forumda da Azərbaycanın logistika və enerji imkanları diqqət mərkəzində oldu

08:23
24 Yanvar

Azərbaycan qlobal müstəvidə mövqelərini daha da möhkəmləndirir

08:20
24 Yanvar

İlham Əliyev Davos forumunda Azərbaycanın regional lider mövqeyini daha da möhkəmləndirdi

08:15
24 Yanvar

Azərbaycan qlobal siyasi və iqtisadi proseslərə təsir göstərən dövlətdir

08:10
24 Yanvar

Sülh və qayıdış 

08:05
24 Yanvar

Azərbaycan-ABŞ əlaqələri strateji tərəfdaşlığa əsaslanır

08:00
24 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

01:39
24 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Akvakulturanın həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:39
24 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!