05 İyun 2025 09:45
791
Mədəniyyət
A- A+
Səhnəmizin Səyavuşu

Səhnəmizin Səyavuşu


Teatrın səhnəsində komediya da oynanılır, faciə də. Onun da həyatı belə səhnəyə bənzəyirdi. Sanki oynadığı rolları daha inandırıcı alınsın deyə, Tanrı ona yaratdığı obrazların həyatına bənzər bir həyat vermişdi. Təsadüfi deyil ki, müsahibələrinin birində taleyindən bəhs edən aktyor "Bütün ömrüboyu bir gözüm güləndə, bir gözüm isə ağlayırdı" demişdi. 

Səhnədə insanlara gülüş bəxş edən aktyorun taleyi, həyatı faciə janrına bənzəyirdi. Teatrda, kinoda bəxti gətirsə də, talesiz insan da demək olar ona. Həyat qəribəliklərlə doludur, deyirlər. Onun həyatı sanki elə qəribəliklərdən ibarət idi. 

Kiçik yaşlarında tar çalmağı çox sevərmiş. Hətta tar ifaçılığını öyrənmək üçün  hər gün "Pionerlər evi"nə getsə də, təsadüfi bir hadisə həyatını tamamilə dəyişib.  Dram dərnəyinə gedən Hacıağa adlı dostu teatr haqqında ona elə gözəl şeylər danışıb ki, gözünü açanda bir də görüb ki, dram dərnəyinin səhnəsində məşq edir. 

Söhbət Azərbaycan realist aktyor məktəbinin ən məşhur nümayəndələrindən biri, görkəmli teatr və kino aktyoru, komik, faciə və dramatik rolların mahir ifaçısı  Səyavuş Məmmədağa oğlu Aslandan gedir. Görkəmli səhnə ustası 1935-ci il sentyabrın 5-də Bakının Saray kəndində yoxsul bir ailədə dünyaya gəlib. Atası Məmmədağa kişi sürücü, anası Anaxanım isə evdar qadın idi. O zamanlar belə bir qayda var idi ki, məktəbli mütləq hansısa bir dərnəyə yazılmalı idi. Səyavuş da tarı seçmişdi. 

Həmin illər ağır zaman idi. Bir yandan SSRİ-nin qanlı repressiya maşını insanları öz dəyirmanında üyüdür, digər tərəfdən də İkinci Dünya müharibəsi qapını kəsdirib durmuşdu. Yoxsulluq o həddə gəlib çatmışdı ki, nə uşaqlar öz həyatlarını yaşaya bilirdi, nə də böyüklər... Səyavuş da müharibə dövrünün uşaqlarından idi. Muharibə dövrünün uşaqları tez "böyüyürlər". Qayğılar, problemlər onları daha düşüncəli edir. Erkən yaşlarında mütləq bir işin qulpundan yapışıb ailəyə kömək etməyi özlərinə vəzifə, borc bilirlər.  Səyavuş da ailəyə kömək etmək məqsədilə 7-ci sinfi bitirən kimi  Dəmiryol Texnikumuna üz tutur ki, bir sənətə sahib olub ailəsinə arxa, dayaq dursun. Amma o, texnikumda oxusa da, fikri səhnədə qalmışdı. Dram dərnəyində də bəxti gətirmişdi. Müəllimi görkəmli səhnə ustası Ağadadaş Qurbanov ona səhnənin sirlərini bir ata məhəbbəti ilə öyrədir, gələcəkdə tanınmış səhnə ustası olacağına tam inandıra bilmişdi. 

O, dram dərnəyində Həsən Turabovla tanış olur və aralarında möhkəm dostluq münasibətləri yaranır. Səyavuş ona verilən  fərqli və çətin obrazları özünəməxsus ustalıqla oynayır, ona ölməz səhnə ömrü verirdi. Aktyor 1947-1953-cü illərdə Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış edir, səhnə təcrübəsi toplayır.

Görkəmli gülüş ustası Lütfəli Abdullayev Səyavuş Aslanın ən çox sevdiyi aktyorlardan olub. Musiqili Komediya Teatrında xorda işləyən Səyavuş Lütfəli Abdullayevin oynadığı bütün rolların sözlərini əzbərdən bilirmiş. "Arşın mal alan" tamaşasının premyerası zamanı Lütfəli Abdullayev xəstələndiyi üçün teatrın rəhbəri Ələsgər Şərifovdan xahiş edir ki, Vəli rolunu əzbər bildiyi üçün Lütfəlini əvəz etməyə icazə versin. Belə də olur. 1954-cü ildə Musiqili Komediya Teatrı səhnəsində xorda işləyən Səyavuş Aslan Vəli obrazında Lütfəli Abdullayevi əvəz edir. Bu əhvalatdan sonra Lütfəli Səyavuşun vaxtaşırı səhnəyə çıxması üçün özünü xəstəliyə vurur, dostunun özünü göstərməsi üçün ona imkan yaratmağa çaılışırdı.

1954-cü ildə az müddət musiqili komediya estrada truppasında çalışan aktyor  1958-ci ildə Quba Dövlət Dram Teatrında işləməli olur. 1959-cu ildə yenidən Bakıya qayıdan Səyavuş Aslanı Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə götürürlər. Elə həmin ildə də Ağası Məşədibəyovun "Toy kimindir?" tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə teatrın əsas aktyor heyətinə qəbul edilib.

Hərbi xidmətdə olduğu müddətdə də imkan düşdükcə  Səyavuş sevimli peşəsindən ayrılmayıb. Əsgərlikdən sonra isə bir müddət Kukla Teatrında və  Quba Dövlət Dram Teatrında çalışmalı olub. Qəribədir ki, Səyavuş Aslan həmin illərdə Musiqili Komediya Teatrına dəvət edilsə də, onu aktyor heyətinə götürməyiblər. O zaman qayda belə idi ki, sınaqdan keçmək üçün aktyor mütləq uğurlu bir rol oynamalı idi. Teatrın rəhbəri Şəmsi Bədəlbəyli "Yol" tamaşasında Ooşun obrazını yaradan Lütfəli Abdullayevə Səyavuşu dublyor olaraq təyin edir. Premyera çox uğurlu olduğu üçün Səyavuş  teatrın aktyor heyətinə qəbul olunur. 

Aktyorun səhnə taleyində Mirzəağa Əliyevin, Cahangir Zeynalovun, Lütfəli Abdullayevin, Nəsibə Zeynalovanın böyük rolu olub. Lütfəli Abdullayevlə münasibətlərinə gəldikdə isə, bu münasibətləri özü belə ifadə edib: "Doğma atamı itirəndə həyatı dərk etmədiyimdən almadığım zərbəni Lütfəli Abdullayev dünyadan köçərkən aldım".

Həyatının böyük bir hissəsini Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində keçirən aktyor yüzlərlə obraza səhnə həyatı verib. Aktyorun teatr və kino sahəsində göstərdiyi fəaliyyət yüksək qiymətləndirilərək 1974-cü ildə Əməkdar artist, 1982-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Aktyor 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. 2010-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib. Azərbaycan mədəniyyəti və incəsənətinə xidmətləri 1995-ci ildə "Şöhrət", 2013-cü ildə isə "Şərəf" ordenləri ilə mükafatlandırılıb. 

Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından biri, hətta həmin teatrın bədii rəhbəri də işləmiş məşhur aktyor Səyavuş Aslan uzun sürən xəstəlikdən sonra 27 iyun 2013-cü ildə vəfat edib. İkinci  Fəxri xiyabanda dəfn olunan aktyorun məzarı onu sevən insanların ziyarət yeridir.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!