06 Noyabr 2024 20:13
1605
PARLAMENT
A- A+
Şəhidlərin tələbə övladları Milli Məclisdə olublar

Şəhidlərin tələbə övladları Milli Məclisdə olublar

Noyabrın 6-da Milli Məclisin Gənclər və idman komitəsində şəhid övladı olan tələbələrlə görüş keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə komitə sədri Şahin İsmayılov ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişlərinə əsasən dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərildiyini deyib. Qeyd olunub ki, bu dövlət siyasətinə uyğun olaraq Milli Məclis də şəhid ailələri və qazilərin qayğıları ilə yaxından maraqlanır. Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan parlamentində şəhid ailə üzvü və qazilər işlə təmin olunublar. Şanlı Zəfərdə şəhidlərin fədakarlığını vurğulayan çıxışçı onların milli hərb və qəhrəmanlıq tariximizə yazdıqları şanlı səhifələrin xalqımızın qürur mənbəyi olmasından danışıb.

Ş.İsmayılov söhbət əsnasında şəhid övladı olan tələbələrin təhsili, tədrisi, tələbəlik qayğıları ilə maraqlanıb, onlara karyera planları ilə bağlı tövsiyələrini bildirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə komitə sədrinin müavini Könül Nurullayeva, komitə üzvləri Ülvi Quliyev, Asif Əsgərov, Müşfiq Cəfərov, Anar Məmmədov və Mircəlil Qasımlı çıxış ediblər. Onlar bildiriblər ki, Vətən müharibəsində şanlı Zəfər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz iradəsi və sərkərdəlik məharəti, əsgər və zabitlərimizin döyüş əzmi və fədakarlıqları, xalqımızın “dəmir yumruğa” çevrilmiş milli birliyi nəticəsində qazanılıb. Vurğulanıb ki, torpaqlarımızın işğaldan azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması naminə canından keçmiş şəhidlərimizin, qanlı döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin igidliyi və fədakarlığı heç zaman unudulmayacaq.

Görüşdən sonra şəhid övladı olan tələbələr parlamentin inzibati binası ilə tanış olublar.

Milli Məclisin foyesində Zəfər guşəsi ilə tanış olan tələbələrə bildirilib ki, guşədə Vətən müharibəsində canlarından keçərək şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərimizin adları həkk olunub.

Sonra Heydər Əliyev xatirə zalı ilə tanışlıq zamanı Ümummilli Liderin gələcək nəsillərə örnək olan həyat yolunu, siyasi, dövlətçilik fəaliyyətini əks etdirən eksponatlar haqqında gənclərə məlumat verilib. Plenar iclas zalında isə tələbələrə Milli Məclisin plenar iclaslarının keçirilməsindən, deputatların fəaliyyəti üçün yaradılmış iş şəraitindən bəhs edilib.

Sonda tələbələrlə xatirə şəkli çəkilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dekabrın 15-16-da ölkə ərazisində hava şəraiti nisbətən sabitləşəcək

17:49
14 Dekabr

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir

17:48
14 Dekabr

“The Jerusalem Post”: Ermənilər konstitusiyalarına yenidən baxmalıdırlar

17:47
14 Dekabr

Gürcüstanın yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Mixeil Kavelaşviliyə

17:44
14 Dekabr

Mixail Kavelaşvili Gürcüstan Prezidenti seçilib 

17:43
14 Dekabr

Baş Dövlət Yol Polisi İdarəsi qarın yollarda yarada biləcəyi fəsadlarla bağlı xəbərdarlıq edib

16:44
14 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:03
14 Dekabr

Qar və güclü çovğun Qobustanda yol qəzalarına səbəb olub

15:41
14 Dekabr

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

15:37
14 Dekabr

Faktiki hava: Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir

14:38
14 Dekabr

Dekabrın 15-də hava əsasən yağmursuz olacaq

14:34
14 Dekabr

ANAMA-nın şöbə müdiri: Vətən müharibəsindən sonra 382 nəfər mina qurbanı qeydə alınıb

14:31
14 Dekabr

İşğaldan azad edilmiş ərazilərdə “Təhlükəsiz məktəb” layihəsi çərçivəsində maarifləndirmə aparılır

13:41
14 Dekabr

MSK müşahidəçilər üçün yaddaş kitabçası hazırlayıb

13:27
14 Dekabr

“TÜRKSOY-un II Beynəlxalq Simulyasiyası” keçirilir

13:26
14 Dekabr

Əhməd İsmayılov: Süni intellekt texnologiyaları asanlıqla dezinformasiya mənbəyinə çevrilə bilər

13:11
14 Dekabr

    “Yaşıl dünya üçün müzakirə platforması” çərçivəsində debat forumları təşkil olunacaq

13:03
14 Dekabr

"Gənclər üçün media akademiyası” adlı layihə keçirilib

13:02
14 Dekabr

“Masdar”: Bu günə qədər Qaradağ GES-dən şəbəkəyə 500 milyon kilovat-saatdan artıq təmiz enerji ötürülüb  

12:58
14 Dekabr

Faktiki hava: Bəzi yerlərdə intensiv sulu qar, qar yağır

12:57
14 Dekabr

Leyla Əliyeva Ruandada reallaşdırılacaq layihələr üzrə görüşlər keçirib

12:46
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!