03 İyul 2025 09:15
555
CƏMİYYƏT
A- A+
Savaşa qisas hissi ilə atılmışdı

Savaşa qisas hissi ilə atılmışdı


Şanlı tariximizə böyük hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində igidlik və qəhrəmanlıq göstərən hərbçilərimizdən biri də Fərid İbad oğlu İlyasov oldu. Zəfər həvəsi, qisas və intiqam ovqatı ilə döyüşlərə atılan Fərid elə ilk dəqiqələrdən bacarığı və peşəkarlığı ilə komandirlərinin, əsgər yoldaşlarının diqqətini cəlb etdi. 

Yurdumuzun azadlığı uğrunda vuruşmaq onun çoxdankı arzusu idi. Artıq Fərid arzusuna çatmışdı. Əlində tutduğu silahının qundağını möhkəm-möhkəm sinəsinə sıxaraq qəsbkarlara qan uddururdu. Fərid hərbi hissələrdə keçirilən təlimlərdə döyüş vərdişlərini mükəmməl mənimsəmişdi, atıcılıq qabiliyyətini yüksək səviyyədə təkmilləşdirmişdi. Buna görə də onun güllələri hədəfdən yayınmırdı. 

Fərid İlyasov 2 ildən çox idi ki, xüsusi təyinatlı dəstədə xidmət edirdi. 44 günlük Vətən müharibəsinin 12-ci günündə onların da dəstəsi Qarabağın azadlığı uğrunda gedən döyüşlərə qatıldı. Qorxu bilmədən döyüşlərə atılan Fərid daim irəli can atır, tez bir zamanda düşməni məhv edib qələbə qazanmağa tələsirdi. Zəfər qoxulu addımları onu Şuşaya, Qarabağa yaxınlaşdırırdı. Onun kimi qəhrəman oğulların cəsarətindən qorxan düşmən çox ağır itkilər verərək geri çəkilirdi. Xocavənd və Füzuli uğrunda vuruşan Fərid sonra Şuşa istiqamətində döyüşürdü. Məğlubiyyəti ilə barışmaq istəməyən erməni işğalçıları tez-tez ayaq saxlayıb müqavimət göstərir, mövqelərini bərpa etməyə çalışırdılar. Belə anlarda döyüş daha da gərgin xarakter alırdı. Amma çox keçmirdi ki, işğalçılar Azərbaycan əsgərindən sarsıdıcı zərbələr alaraq, ağır itkilər verib qaçmağa məcbur olurdular.

Artıq uzun illərdən bəri qəsbkarların tapdağında qalmış Cəbrayıl, Füzuli, Xocavənd, Zəngilan, Qubadlı rayonları şanlı Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində işğaldan azad olunmuşdu. İndi döyüşlər Laçın, Şuşa və başqa istiqamətlərdə gedirdi. Azərbaycan əsgəri Qarabağın hər qarışı uğrunda cəsarətlə vuruşurdu. Başqa əsgərlər kimi Fərid İlyasov da döyüşlərin ön sıralarında addımlayırdı. Artıq ermənilərin "məğlubedilməz" olduqları haqqında miflər, yalanlar Azərbaycan əsgərinin ayaqları altında tapdalanmışdı. Qarabağ müharibəsi kimin güclü, kimin gücsüz olduğunu açıq şəkildə göstərirdi. 

Oktyabr ayının 28-i idi. Fəridgilin dəstəsi komandirin qarşıya qoyduğu döyüş tapşırıqlarını uğurla yerinə yetirərək əməliyyatlarını davam etdirirdilər. Əgər ciddi müqavimət göstərməsəydilər, bir neçə gündən sonra onlar Şuşanı da erməni işğalından azad edəcəkdilər. Fərid də o günü, o anı görməyə tələsirdi. Bu müqəddəs məkana vuruşa-vuruşa, döyüşə-döyüşə ayaq basmaq istəyirdi. Amma təəssüf ki, bu xoşbəxt günü görmək ona qismət olmadı. Fərid oktyabr ayının 28-də İkinci Qarabağ müharibəsinin 31-ci günü döyüş tapşırığını yerinə yetirərkən şəhid oldu. Onun arzusunu, istəyini döyüşçü dostları davam etdirdilər. 

Yurdumuzun azadlığı uğrunda gedən döyüşlərə yollanmış və vətənini canından da çox sevən Fərid İlyasov əzizlərinin, döyüşçü yoldaşlarının iştirakı ilə İkinci Şəhidlər xiyabanında torpağa tapşırıldı. Yaddaşlarda qəhrəman, igid və cəsur bir əsgər kimi qaldı. 

Prezident İlham Əliyevin sərəncamları ilə Fərid İbad oğlu İlyasov döyüşlərdə göstərdiyi igidliyə və qəhrəmanlığa görə ölümündən sonra III dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Hərbi xidmətdə fərqlənməyə görə", "Şuşanın azad edilməsinə görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olundu.

30 ilə yaxın erməni işğalında qalmış torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş Fərid İlyasov sadə və mənalı bir ömür yaşamışdı. İsti yay günlərinin birində - 20 iyul 1999-cu ildə dünyaya göz açmışdı. Onun valideynləri 1992-ci ilin may ayında erməni hücumları nəticəsində Laçın rayonunun Hacılar kəndindən köçkün düşmüşdülər. Orta təhsilini 2016-cı ildə bitirən Fərid 2017-ci ilin iyulunda hərbi xidmətə yollanmışdı. Cəbhə bölgəsində yerləşən "N" hərbi hissəsində xidmət etmişdi. Təlimlərdə böyük fəallıq göstərən Fərid hərbi bilik və döyüş vərdişlərinə, müxtəlif təyinatlı silahların sirlərinə dərindən yiyələnmişdi. Əsgəri xidmətini şərəf və ləyaqətlə yerinə yetirdiyinə görə valideynlərinin, doğmalarının yanına alnıaçıq, başıuca qayıtmışdı. Hərbi xidmətdən döndükdən bir müddət sonra Fərid yenidən Azərbaycan Ordusunun sıralarına qayıtmış, vətənə əsgər olmuşdu. Xüsusi təyinatlı dəstədə xidmətə başlamışdı. Yenicə başlayan xidmət yolları isə bir müddətdən sonra onu qəhrəmanlığa aparmış və şəhidlik zirvəsinə ucaltmışdı.

Şəhidin anası Bəsirə İlyasova oğlu haqqında göz yaşları içində danışdı: "Fərid həmişə deyirdi ki, ana, yəqin bu sözlərimə görə siz məndən inciməyəcəksiniz. Mən vətəni sizdən çox sevirəm. Mənim üçün birinci Vətən, sonra sizsiniz. Sizin ata-baba yurdunuz olan Laçın uğrunda döyüşsəm, o torpaqları erməni işğalçılarından azad edənlərin sırasında vuruşsam, övlad kimi az da olsa vətənin borcundan çıxdığımı zənn edərəm. Oğlum Füzuli, Xocavənd, Şuşa uğrunda vuruşdu. Canından da çox sevdiyi Vətən uğrunda şəhid oldu. Onun ölümündən bir müddət sonra Şuşa da, Laçın da, başqa bölgələrimiz də erməni işğalçılarından azad olundu. Buna görə də indi Fəridin ruhu şaddır". 

 Atası İbad İlyasov da oğlunu xatırlayaraq kədər süzülən səslə dedi: 

- Fərid döyüşlərə yollanandan sonra narahatlığımız artmışdı. Oğlum tez-tez zəng vuraraq iştirakçısı olduğu döyüşlərdən sevinclə söz açırdı. Deyirdi ki, belə uğurlu döyüşlərlə biz qısa müddət ərzində qoynunda dünyaya göz açdığınız, illərdən bəri həsrəti ilə qovrulduğunuz Laçını da düşmənlərdən azad edəcəyik. Elə biz də intizarla həmin günü gözləyirdik. Amma oktyabrın son günlərində axşama yaxın Fəridin babası icra nümayəndəsi ilə bir yerdə qapımızı döyüb  oğlumun yaralandığını bildirdilər. Bu xəbərdən kədərlənsəm də, deyilənlərə inanmadım. Cünki Fərid cəsur, igid bir əsgər idi. O yaralana bilməzdi. Çox keçmədi ki, onun şəhid olduğunu eşitdik. Bu xəbərə də inanmadım. Heç buna indi də inanmıram. Elə bilirəm ki, Fərid yenə də xidmətdədir. Günlərin birində sağ-salamat qayıdıb evimizə dönəcək...

Şəhid Fərid İlyasovun anım günündə iştirak edən məktəblilər qəhrəmanlığı, vətənpərvərliyi tərənnüm edən şeirlər söylədilər. Bakı şəhər İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyinin birinci sinif şagirdi Rahil Məmmədzadənin ritmik ahənglə söylədiyi qəhrəmanlara, qəhrəmanlığa həsr olunmuş şeirləri anım mərasimində iştirak edənlərin ürəklərini titrətdi. Təbiidir ki, belə vətənpərvərlik, qəhrəmanlıq süzülən şeirləri söyləyən məktəblilər də gələcəkdə adlı-sanlı igidlərimizdən olacaqlar. Fərid kimi qəhrəmanların döyüş yollarını şərəflə davam etdirəcəklər. Daim xatırlanacaq, daim anılacaq, daim yad ediləcəklər. 


V.MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!