17 İyun 2025 22:49
468
CƏMİYYƏT
A- A+
Şarm-əl-Şeyx Dialoqu çərçivəsində 2025-ci ilin 1-ci vork-şopunun açılışında Azərbaycanın qlobal iqlim fəaliyyətinə töhfələri vurğulanıb

Şarm-əl-Şeyx Dialoqu çərçivəsində 2025-ci ilin 1-ci vork-şopunun açılışında Azərbaycanın qlobal iqlim fəaliyyətinə töhfələri vurğulanıb

Bonn İyun İqlim Sammiti - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Yardımçı Orqanlarının 62-ci Sessiyası (SB62) çərçivəsində iyunun 17-də Şarm-əl-Şeyx Dialoqu çərçivəsində 2025-ci ilin 1-ci vork-şopunun açılışı olub.

AZƏRTAC xəbər verir ki, vork-şopun açılış mərasimində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi Elməddin Mehdiyev, Şarm-əl-Şeyx Dialoqunun həmsədrləri xanım Qabriela Blatter və səfir Mohamed Nasr, eləcə də UNFCCC Katibliyindən Daniele Violetti çıxış ediblər.

AIDA-nın rəisi Elməddin Mehdiyev çıxışında iqlim maliyyələşməsi istiqamətində əldə olunmuş mühüm irəliləyişlərə diqqət yönəldib. Bildirib ki, COP29-un nəticəsi olaraq qəbul edilən Bakı Maliyyə Hədəfi iqlim dəyişikliyi ilə mübarizədə tarixi addım kimi qiymətləndirilir. Bu hədəflə inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il azı 300 milyard dollar maliyyə vəsaitinin səfərbər olunması nəzərdə tutulur. Bu təşəbbüsün davamı olaraq Azərbaycan və Braziliya tərəfinə “Bakıdan Belemə Yol Xəritəsi”ni hazırlamaq həvalə olunub və məqsəd 1,3 trilyon dollarlıq illik iqlim maliyyəsinin təmin edilməsidir.

Çıxışda, həmçinin karbon bazarlarına dair 6-cı maddə üzrə onillik danışıqların yekunlaşdığı və bu mexanizmlərin 2050-ci ilə qədər 1 trilyon dollarlıq maliyyə axını yarada biləcəyi qeyd olunub. COP29 zamanı, həmçinin inkişaf etməkdə olan ölkələr üçün maliyyə əlçatanlığının artırılması, kapitalın yüksək dəyəri və digər struktur maneələrin aradan qaldırılması məsələlərinə də toxunulub.

E.Mehdiyev iqlim maliyyəsinin təkcə rəqəmlərlə deyil, praktiki tədbirlərlə və yerli səviyyədə nəticələrlə müşayiət olunmasının vacibliyini diqqətə çatdırıb. O, bu istiqamətdə Şarm-əl-Şeyx Dialoqunun mühüm dialoq platforması rolunu oynadığını bildirib və Bakı Maliyyə Hədəfinin icrasında 2.1(c) maddəsinin əhəmiyyətini vurğulayıb. Bundan başqa, COP29-da səsləndirilən fikirlərin və əldə olunan nəticələrin Paris Sazişinin konkret icra mexanizmlərinə keçidi gücləndirdiyi və nəticələrin COP30-da təqdim olunmasının planlaşdırıldığı vurğulanıb.

İclasda iqlim maliyyəsinin funksionallığının artırılması, Paris Sazişinə uyğun maliyyə mexanizmlərinin təkmilləşdirilməsi və yaşıl investisiyaların təşviqi məsələləri ətrafında geniş müzakirələr aparılıb. Meşə sektorunda mitiqasiya həllərinin gücləndirilməsi və bu sahədə milli, regional təcrübələrin paylaşılması əsas müzakirə mövzularından olub. Həmçinin inkişaf etməkdə olan ölkələrin ehtiyacları və potensial quruculuğu imkanları da diqqət mərkəzində yer alıb.

Şarm-əl-Şeyx Dialoqu 2022-ci ildə Misirdə keçirilmiş COP27 zamanı Paris Sazişinin 2-ci maddəsinin 1(c) bəndinin əhatə dairəsi və həmin maddənin Sazişin 9-cu maddəsinə uyğunluğu (tamamlayıcılığı) barədə müzakirələrin keçirilməsi məqsədilə yaradılıb. Qərara əsasən, 2023-cü il ərzində COP27 Sədrliyinin rəhbərliyi ilə iki seminar keçirilib.

2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən COP28 zamanı Dialoqun ilkin məqsədlərinə Paris Sazişinin 2-ci maddəsinin 1(c) bəndinin tətbiqi ilə bağlı anlayışın genişləndirilməsi əlavə edilib. Həmçinin Dialoqun 2024-cü və 2025-ci illəri əhatə etməsi və bu çərçivədə UNFCCC Katibliyi tərəfindən ildə iki dəfə seminarların keçirilməsi barədə qərar qəbul olunub. Eyni zamanda, iclasların koordinasiyasının həyata keçirilməsi məqsədilə COP28-in Prezidenti tərəfindən müvafiq olaraq inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri təmsil edən isveçrəli və misirli iki həmsədr təyin edilib.

Dialoq çərçivəsində müzakirələrdə Paris Sazişinə Tərəf dövlətlərlə yanaşı, müvafiq təşkilatlar və digər maraqlı tərəflər də iştirak edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir

08:30
19 Dekabr

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!