18 Sentyabr 2022 01:04
1637
SİYASƏT
A- A+
Şanlı Azərbaycan Ordusu yenilməzdir 

Şanlı Azərbaycan Ordusu yenilməzdir 

 

İki il öncə işğalçı Ermənistanın biabırçı məğlubiyyəti ilə başa çatan  44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı qələbəsi ilə Qarabağ və ətraf rayonlar işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Bunu həzm edə bilməyən ermənilər və ermənipərəst qüvvələr dövlətimizin getdikcə güclənməsindən, beynəlxalq aləmdəki böyük uğurlarından, habelə işğaldan azad edilmiş ərazilərdə aparılan möhtəşəm tikinti, quruculuq və bərpa işlərindən, ümumiyyətlə, Qarabağın dirçəlişindən təşvişə düşərək növbəti dəfə - sentyabrın ikinci ongünlüyündə öz çirkin niyyətlərini yenidən davam etdirdilər.
Sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin diversiya qruplarının Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatlar törətdilər. Əsgər və zabitlərimizin gücünə tab gətirə bilməyərək mülki əhalini hədəfə aldılar. Şəhidlərimiz oldu. Bütün bunlara baxmayaraq, Müzəffər Azərbaycan Ordusu ermənilərin çirkin niyyətlərini alt-üst etdi. Çoxlu itki verən ermənilər son anda qaçıb canlarını qurtarmağa çalışdılar. Sərhədboyu Azərbaycan Ordusu üçün təhdid yaradan Ermənistanın hərbi bazaları,  qurğu və hərbi texnikaları məhv edildi. Erməni hücumlarından, erməni vandalizmindən xalqımızı qoruyan, ictimaiyyətə döyüş  uğurlarımızın qələbə qürurunu yaşadan isə Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev və Azərbaycan Ordusudur.
O ordu ki, bu gün dünyanın 50-dən artıq ölkəsində ən modern bir ordu hesab edilir. Ermənilər artıq anlayırlar ki, Azərbaycan Ordusu 15-20 il bundan əvvəlki ordu deyil.  Prezident İlham Əliyevin diqqəti, qayğısı və rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusuna çevrilib. 2003-cü ildən indiyə qədər Azərbaycanın hərbi büdcəsi 15 dəfə artıb. Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasında öz nüfuzlu mövqeyini daha da artırıb. Ordumuzun gücü, döyüş qabiliyyəti, peşəkarlığı və ən əsası, zabit və əsgərlər arasında döyüş ruhunun daim yüksək olması reallığı həm də hərb elminə yeniliklər gətirib. 
Neçə il bundan öncə ölkəmizdə ordu quruculuğunun  yeni mərhələsinin başlandığını elan edən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirmişdir ki, biz öz hərbi qüdrətimizi artırırıq və artıracağıq: "Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir. Eyni zamanda bu il Bakıda iki dəfə möhtəşəm hərbi parad keçirilmişdir və bu paradlarda bizim hərbi qüdrətimiz həm xalqımıza, həm dünyaya nümayiş etdirilmişdir. Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir. Biz bundan sonra da ən müasir hərbi texnikanı alacağıq, yeni kontraktlar imzalanır. Əvvəlki illərdə imzalanmış kontraktlar əsasında ən müasir silahlar ölkəmizə gətirilir, onların bir hissəsi hərbi paradlarda göstərilib, bir hissəsi göstərilməyib".
Ordu quruculuğundakı digər mühüm prinsipial siyasət ölkənin hərbi sənayesinin yaradılması ilə bağlıdır. Məhz bu amili vaxtında dəyərləndirən Prezident İlham Əliyev müharibə vəziyyətində yaşayan respublikamızın Silahlı Qüvvələrinin maddi-texniki bazasını milli məhsullar hesabına daha da gücləndirmək məqsədilə 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyini yaratdı. Həmin dövrdən başlayaraq nazirliyin müəssisələrində  silah-sursat və hərbi vasitələrin istehsalının genişləndirilməsi və keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu gün nazirliyin tərkibində müdafiə sənayesi müəssisələrinin sayı 58-ə, istehsal məmulatlarının çeşidi 1200-ə çatıb. Bu illər ərzində nazirliyin müəssisələrində ümumi məhsul istehsalının həcmi 6,7 dəfə, müdafiə təyinatlı məmulatların həcmi 42 dəfə artıb. Ən mühümü odur ki, Azərbaycan dövləti artıq istehsal etdiyi silahlarını xaricə ixrac edir. Artıq 10 ölkə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məhsulları öz silahlı qüvvələrində istifadə etmək, hərbi güclərini artırmaq üçün alır. Son 10 ildə hərbi məhsullarımızın  ixrac həcmi 2,7 dəfə çoxalıb. Son illər dörd hərbi zavod istehsala başlayıb. 2017-ci ildə respublikanın güc strukturlarına təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi 2016-cı illə müqayisədə 7,3 faiz artıb.
Müdafiə sənayesinin davamlı olaraq böyüməsi ilə respublikamız xarici ölkələrin silah-sursat asılılığından azad olur. Bu, müharibə aparan ölkə üçün çox önəmli amildir. Azərbaycan MDB məkanında dörd ölkədən biridir ki, onun müasir tələblərə cavab verən  müdafiə sənayesi mövcuddur. Eyni zamanda qürurverici haldır ki, bu gün ölkəmiz həm də ən müasir silahların ixracatçısıdır. Prezident İlham Əliyev bu barədə demişdir: "Bu gün biz hərbi texnikanın istehsalı işində uğurla inkişaf edirik. Azərbaycanda mindən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Hərbi texnikanın, sursatların istehsalı ilə bağlı bizim yeni planlarımız var və biz onları da həyata keçirəcəyik. Bir sözlə, bu gün ölkəmizin hərbi potensialı ən yüksək səviyyədədir. Ordumuzun döyüş qabiliyyəti də yüksək səviyyədədir. Bizim ordumuz bunu döyüş meydanında da göstərib və nümayiş etdirib".
Bütün bunlara baxmayaraq, Ermənistan hakimiyyəti ölkəsində hərbi səfərbərlik elan edərək sərhəd bölgələrimizdə yenidən təxribatlar törətməyə, genişmiqyaslı hücumlar həyata keçirməyə çalışır. Ermənistan hakimiyyəti birmənalı şəkildə bilməlidir ki, Azərbaycan Ordusu bu gün ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə qadir qüvvədir. Bu, 44 günlük Vətən müharibəsindəki tarixi  qələbədən sonra, eləcə də bu günlərdə erməni silahlı birləşmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatlarının qarşısı alınarkən bir daha öz təsdiqini tapdı. Dünyanın ən güclü orduları sırasında yer alan, mükəmməl döyüş taktikası ilə yeni nəsil müharibə nümunəsi göstərən Silahlı Qüvvələrimiz  30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızın azadlığı uğrunda gedən 44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də, sabah da istənilən yadelli qüvvələrə layiqli cavab verməyə qadirdir. Çünki şanlı Azərbaycan Ordusu yenilməzdir. 

Rəhman SALMANLI,
"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!