11 Mart 2023 00:52
1552
İQTİSADİYYAT
A- A+
Salyan Peşə Liseyi peşəsinə sadiqdir

Salyan Peşə Liseyi peşəsinə sadiqdir

 

Liseydə 40-a yaxın gənc müxtəlif sahələr üzrə ixtisaslara yiyələnir

 

Əvvəllər Salyanda iki peşə təhsili məktəbi fəaliyyət göstərirdi. 104 №-li texniki məktəb onlardan biri idi. Həmin təhsil ocağı keçən əsrin 50-ci illərində açılmışdı. 
Burada Salyan, Neftçala, Sabirabad, Biləsuvar və respublikanın digər rayonlarından olan gənclər təhsil alır, müxtəlif peşələrə yiyələnirdilər. Onların arasından adlı-sanlı kənd təsərrüfatı işçiləri, mexanizatorlar, sürücülər, ekskavatorçular, buldozerçilər, maşinistlər, elektriklər çıxmışdır. 
Yaşlı nəslin nümayəndələrinin yaxşı yadındadır - həmin təhsil və peşə ocağında  təhsil alanlara xüsusi geyimlər, yataqxana, pulsuz yemək, təqaüd verilirdi. O zamanlar SSRİ-nin müharibədən təzəcə çıxmasına baxmayaraq, həmin məktəblər ən yaxşı texnikalar və avadanlıqlarla təchiz edilmişdi. Həmin maşın və mexanizmlər köhnəlmiş olsa da, bu gün də qalmaqdadır. 
1974-cü ildə Salyanda daha bir texniki peşə məktəbi - 76 saylı məktəb fəaliyyətə başladı. Burada da çoxlu sayda oğlan və qızlar müxtəlif peşələrə yiyələnirdilər. Sovetlər Birliyinin süqutundan bir neçə il sonra, daha dəqiq desək, 1996-cı ildə həmin məktəblər birləşdirilərək Salyan Peşə Liseyi yaradıldı. Təhsil ocağı hazırda keçmiş 76 saylı texniki peşə məktəbinin binasında yerləşir. 
Vətən Müharibəsi Qəhrəmanı şəhid Sübhan Cəbrayılovun adını daşıyan liseydə bu gün 338 gənc təhsil alır və onların təlim-tərbiyəsi ilə 40-a yaxın müəllim-usta kollektivi məşğuldur. Liseydə 9 peşə - "Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, avtomobil sürücüsü", "Elektrik avadanlıqlarına xidmət və onların təmiri üzrə elekrtik montyoru", "Əməliyyatçı-mühasib", "Aqroservis mütəxəssisi", "Mebel ustası", "Əl elektrik qaynaqçısı", "Kompüter operatoru", "Heyvandarlıq mütəxəssisi", "Dərzi" ixtisasları üzrə 18 qrup fəaliyyət göstərir. Kurslar ixtisasdan asılı olaraq 6 aydan 3 ilə kimi zaman kəsiyini əhatə edir. Liseyin 63 hektar təlim-təcrübə sahəsi də var. Həmin sahə Çuxanlı kəndində yerləşir. Tələbələrin 55 nəfəri ödənişli, qalanları isə dövlət hesabına təhsil alırlar. Yaxşı oxuyanlara hər ay 80, qalan tələbələrə 66 manat təqaüd verilir. 
 "Bu günün şagirdi, tələbəsi sabahın ustasıdır" deyiblər. Çox çəkməyəcək, liseydə müxtəlif peşələrə yiyələnən gənc oğlan və qızlar əmək fəaliyyətinə başlayacaq, istehsalatın müxtəlif sahələrində çalışıb, nəyə qadir olduqlarını göstərəcəklər. Uğurlar olsun! 

Seyran CAVADOV, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!