30 İyul 2026 16:28
196
İQTİSADİYYAT
A- A+
“Biletim.az” portalında funksionallıq artırılıb

“Biletim.az” portalında funksionallıq artırılıb


“Biletim.az” portalı istifadəçilərinin rahatlığının təmin edilməsi məqsədilə tətbiqdə funksionallıq artırılaraq bəzi yeniliklər edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, artıq “biletim.az” tətbiqi və saytı üzərindən bilet əldə edərkən istifadəçiyə şəxsiyyət vəsiqəsi məlumatlarını (fin kod və seriya nömrəsi) daxil etməyə ehtiyac qalmır. Sərnişinlər, sadəcə, sənədi telefonla skan edərək şəxsi məlumatlarını daha sürətli formada doldura bilərlər.

Yeni funksiya bilet alışını daha sürətli həyata keçirmək imkanı yaradır.

Tətbiqdə digər bir yenilik xəritə və dayanacaqlar bölmələrində edilib. Xəritə bölməsində aparılan təkmilləşdirmə işləri nəticəsində sərnişinlər marşrutlar üzrə avtobusların faktiki yeri, son təyinat məntəqəsinə çatma vaxtı və digər məlumatları əldə edə biləcəklər. Dayanacaqlar bölməsindən isə avtobuslara minik yerlərinin ünvanını, əlaqə nömrəsini öyrənmək mümkün olacaq.

Xatırladaq ki, daha əvvəl istifadəçilərə “biletim.az” tətbiqi və saytı üzərindən bilet alarkən gediş-gəliş olmaqla hər iki istiqamət üzrə elektron bilet əldə etmək imkanı yaradılıb. Buna qədər portal üzərindən yalnız bir istiqamətə bilet almaq mümkün idi.

Qeyd edək ki, hazırda “biletim.az” portalında 58 məntəqəyə 94 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 372 reys olmaqla 420 nəqliyyat vasitəsi qoşulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib

17:22
30 İyul

Beynəlxalq ictimaiyyət mina probleminə texniki, maliyyə və institusional dəstək göstərməklə yanaşmalıdır 

17:15
30 İyul

Xəzər dənizinin səviyyəsinin azalmasına təsir edən amillər araşdırılır

17:07
30 İyul

Azərbaycan əlverişli coğrafi mövqeyi ilə Çin–Avropa ticarət axınında təbii körpü rolunu oynayır 

17:00
30 İyul

Krit adasında meşə yanğınları davam edir, üç yanğınsöndürən həlak olub

16:55
30 İyul

“Azərbaycan-Gürcüstan dostluğu: Soydaşlarımız və Qarabağ (1990-2026)” kitabı nəşr olunub

16:50
30 İyul

Milli Məclisin sədri Efiopiyaya rəsmi səfəri çərçivəsində bir sıra ölkələrin səfirləri ilə görüşüb

16:43
30 İyul

Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir

16:35
30 İyul

“Biletim.az” portalında funksionallıq artırılıb

16:28
30 İyul

Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumu dəniz terminalının ərazisində iki tankerin dron hücumuna məruz qaldığını bildirib

16:21
30 İyul

Fərid Qayıbov: Güləş üzrə növbəti dünya çempionatına ev sahibliyi etməyin vaxtı yetişib

16:14
30 İyul

Türk ekspert: Azərbaycanın balanslaşdırılmış diplomatiyası Orta Dəhlizin təhlükəsizliyinin əsas təminatlarından biridir

16:07
30 İyul

Dünya çempionatına təyinat almış hakim Bakıya gələcək

16:00
30 İyul

Azərbaycan Çində beynəlxalq elmi konfransda təmsil olunub

15:55
30 İyul

Avqust ayına olan hava proqnozu açıqlanıb

15:49
30 İyul

Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş Bürkut təbii yaşayış arealına qaytarılıb

15:42
30 İyul

Nikol Paşinyan Nazirlər Kabinetinin son iclasını keçirib

15:35
30 İyul

İsti hava bu il Almaniyada 9800 nəfərin həyatına son qoyub

15:28
30 İyul

Azərbaycan məqsədyönlü dövlət siyasəti sayəsində Orta Dəhlizin əsas iştirakçılarından birinə çevrilib

15:21
30 İyul

Məktəbəhazırlıq qruplarına 16 mindən çox uşaq qeydiyyatdan keçib

15:14
30 İyul

IEA: 2026-cı ilin ikinci rübündə elektromobil satışlarında ciddi artım qeydə alınıb

15:07
30 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!