16 Fevral 2023 11:51
415
CƏMİYYƏT
A- A+
Rusiyadakı Azərbaycan diasporu Türkiyəyə maddi və humanitar yardım göstərib  

Rusiyadakı Azərbaycan diasporu Türkiyəyə maddi və humanitar yardım göstərib  

 

Türkiyədə zəlzələ baş verən ilk gündən etibarən Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları zərərçəkənlərə yardım kampaniyalarında fəal iştirak edirlər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Rusiyanın Sverdlovsk vilayətində və Yekaterinburq şəhərində fəaliyyət göstərən “Ural-Azərbaycan” Sverdlovsk vilayəti milli-mədəni regional təşkilatı indiyədək 642 min manat (28 milyon rubl) dəyərində humanitar yardımı qardaş ölkənin zəlzələ bölgəsinə yola salıb.

Bundan başqa, “Ural-Azərbaycan” Sverdlovsk vilayəti milli-mədəni regional təşkilatı Kurqan və Tümen vilayətlərindəki Azərbaycan icmaları ilə birlikdə 86 min 400 manat məbləğində humanitar yardımı (72 biotualet) Türkiyəyə göndərib.

Stavropol vilayətinin Pyatiqorsk şəhərində fəaliyyət göstərən “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyəti 81 min manat (3 milyon rubl) dəyərində humanitar yardımı Türkiyənin Novorossiysk şəhərindəki Baş konsulluğuna təhvil verib. Bu kampaniyada “Araz”ın Pyatiqorsk, Kislovodsk, Mineralnıye Vodı, Yessentuki, Georgiyevsk, Budyonovsk, Nevinnomıssk, Stavropol şəhərlərindəki təşkilatları, Qaraçay-Çərkəz, Kabardin-Balkar respublikalarındakı Azərbaycan diaspor təşkilatları üzvləri və Şimali Qafqazda yaşayan müxtəlif icmalar iştirak ediblər.

“Tatarıstan Respublikası Azərbaycan Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatı 81 min 300 manat (3,5 milyon rubl) dəyərində maddi və humanitar yardımı Türkiyənin Kazandakı Baş konsulluğuna təhvil verib

Tatarıstanın Leninoqorsk rayonunda və şəhərindəki Azərbaycan diasporunun da daxil olduğu “Türkiyəyə yardım” Azərbaycan təşəbbüs qrupu 1 milyon 650 min rubl nağd vəsaiti müvafiq hesaba köçürüb və toplanan humanitar yardımı Türkiyənin Kazan şəhərindəki Baş konsulluğuna təqdim edib.

Başqırdıstan Azərbaycan Xalqının Dostluq Evi 55 min manat (2 milyon 345 min rubl) məbləğində maddi və humanitar yardımı Türkiyənin Tatarıstandakı Baş konsulluğu vasitəsilə qardaş ölkəyə çatdırıb.

“Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə azərbaycanlıların milli-mədəni muxtariyyəti” şəhər ictimai təşkilatı qardaş ölkəyə 45 min manat (1,5 milyon rubl) dəyərində maddi və humanitar yardım göstərib.

Sankt-Peterburq şəhərindəki Sofiyski meyvə-tərəvəz bazarında çalışan azərbaycanlı iş adamları 34 min manat dəyərində humanitar yardımı Türkiyənin Sankt-Peterburqdakı Baş konsulluğuna təhvil verib. Sankt-Peterburqdakı Azərbaycan Humanitar Əməkdaşlıq Mərkəzi 3200 manat (140 min rubl) maddi vəsaiti Türkiyənin Sankt-Peterburqdakı Baş konsulluğunun hesabına köçürüb və zəlzələdən zərərçəkən 250 nəfər üçün humanitar yardım təhvil verib.

“Perm diyarı üzrə Azərbaycanlıların Regional Milli Mədəni Muxtariyyəti” ictimai təşkilatı 35 min manat (1,5 milyon rubl) dəyərində çadır və qızdırıcı avadanlıqlardan ibarət humanitar yardımı Türkiyənin Kazandakı Baş konsulluğuna göndərib.

İndiyədək Yaroslavl vilayətindəki Azərbaycan icması 23 min manat (1 milyon rubl), Krasnoyarsk Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti 22 min manat (1 milyon rubl), “Azərbaycan” Çelyabinsk ictimai təşkilatı 11 min 600 manat (500 min rubl), “Xakasiya Respublikası Azərbaycanlılarının Diasporu” Regional İctimai Təşkilatı 9400 manat (400 min rubl), Samara Vilayəti Azərbaycanlıları Liqası 7600 manat (328 min rubl), “Rusiya Azərbaycan Qadınları” İctimai Təşkilatı 5636 manat (244 min rubl), Kirov şəhərindəki “Birlik” Azərbaycan Mədəniyyət Mərkəzi Regional Təşkilatı, Solikamskdakı Azərbaycan diasporu, İvanovodakı Azərbaycan diasporu, Komi Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin hər biri isə 2330 manat (100 min rubl) məbləğində maddi və humanitar yardım göstərib.

Rusiyadakı diaspor təşkilatları humanitar yardım kampaniyasında iştirak edən bütün soydaşlarımıza və xeyirxah şəxslərə təşəkkür ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!