29 İyun 2025 11:23
680
DÜNYA
A- A+
İrqçi davranışlar Bakı və Moskva arasında münasibətlərə zərbə vurur

İrqçi davranışlar Bakı və Moskva arasında münasibətlərə zərbə vurur

Rusiyada azərbaycanlılara qarşı etnik ayrı-seçkilik son zamanlar artıb. Soydaşlarımız səbəbsiz yerə təqib olunur. Yekaterinburq şəhərində törədilmiş zorakılıq və işgəncə nəticəsində həmyerlilərimizin amansızlıqla qətlə yetirilməsi və müxtəlif dərəcəli xəsarət alması insan hüquqlarının kobud şəkildə pozulmasıdır.

Mili Məclisin deputatı Nigar Məmmədova qəzetimizə açıqlamasında bildirib ki,  Rusiya hüquq-mühafizə orqanlarının soydaşlarımıza qarşı bu qəddar davranışına heç bir halda haqq qazandırıla bilməz: "Bu cür aqressiv və irqçi davranışlar Bakı ilə Moskva arasında münasibətlərə zərbə vurur. Azərbaycanlılara qarşı törədilən zorakılığa görə Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay ölkəmizə nəzərdə tutulan səfərinin ləğvi də göstərir ki, Azərbaycan hökuməti yaranmış vəziyyətdə Overçukun və ya digər rəsmi şəxslərin səfərində heç bir əhəmiyyət görmür.

Ümumiyyətlə, Rusiyada bəzi qüvvələr Azərbaycana qarşı yersiz qəzəb və qərəzlərini gizlədə bilmirlər. Biz bunu Rusiya Kütləvi İnformasiya Vasitələrində, bəzi rus ekspertlərin müxtəlif platformalarda ikrah hissi ilə səsləndirdikləri fikirlərdə də zaman-zaman müşahidə edirik. Bəzi aqressiv dairələr azərbaycalıların ölkədən qovulması iddialarını tez-tez gündəmə gətirirlər. 

Halbuki dünyanın hər yerində olduğu kimi, Rusiyada yaşayan soydaşlarımız da heç vaxt destruktiv mövqedə olmayıb. Əksinə, yaşadıqları ölkənin qanunlarına, milli-mənəvi dəyərlərinə hörmətlə yanaşıblar. Bəzi etniklər kimi yaşadıqları ölkəyə qarşı ərazi iddiası ilə çıxış etmirlər". 

Deputat qeyd edib ki,Azərbaycanda bütün etnik azlıqlar kimi ruslar da dinc şəraitdə yaşayırlar. Onlara qarşı heç bir halda milli-etnik zəmində təzyiq, ayrı-seçkilik yoxdur. Biz eyni tolerant münasibətin öz soydaşlarımıza qarşı da sərgilənməsini istəyirik.

Azərbaycan tərəfi bu qəddar cinayətin hərtərəfli, obyektiv və şəffaf şəkildə araşdırılmasını, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasını, eyni zamanda,  zərərçəkən ailələrə hüquqi və psixoloji dəstək göstərilməsini gözləyir.  N.Məmmədova sonda vurğulayıb ki, məsələyə ədalətli hüquqi qiymət verilməlidir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!