15 İyul 2025 08:25
605
SİYASƏT
A- A+
Rusiya hədəfləri üçün informasiya fəaliyyətindən istifadə edir

Rusiya hədəfləri üçün informasiya fəaliyyətindən istifadə edir


Milli təhlükəsizlik təkcə hərbi elita tərəfindən müəyyən edilən bir anlayış olmadığı kimi, xarici siyasət prioritetlərinin yerinə yetirilməsinin də təyinatı üzrə olmayan vəzifə, funksiya və səlahiyyətlərlə yükləndiyini görürük. Mətbuat  müasir dövrdə hər zaman göründüyündən daha ciddi formada milli təhlükəsizliyin olduğu qədər xarici siyasətin də ayrılmaz bir parçasına, alətinə çevrilib. 

Milli Məclisin deputatı Azər Badamov "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, beynəlxalq münasibətlər sistemində bu alətlərdən istifadəyə üz tutan dövlətlərin sayı az deyil. Onlardan biri, indiki məqamda bəlkə də birincisi Rusiyadır. Rusiya lazım gəldikdə mediaya xarici siyasətdə məhdudlaşdırıcı, ya da bu siyasətin təhrikçisi kimi yanaşır. Media məkanından əsasən xarici siyasət elitasına tabe olmaqla çox vaxt ictimai rəylə bağlı manipulyasiya və təsir rıçaqı kimi istifadə olunur. Bu istiqamətdə jurnalistlərlə məxfi xidmətlər arasında çox sıx əlaqələr yaradılır. "Æurnalistika etik standartlara riayət etmək" və ya "toplumu təhlükəli məlumatlardan qorumaq" kimi çərçivələrdən kobud surətdə kənara çıxarılır.  Bir növ "kütləvi şüur" formalaşdırılır ki, "kütlə" istənilən an onların çaldığı havaya oynasın. Əgər əvvəllər media insanların məlumat əldə etmək imkanı demək idisə və bu, ən azı nəzəri olaraq insanları yaxınlaşdırırdısa, indiki reallıqlar kontekstində media insanları, toplumları uzaqlaşdırmağa xidmət edir. "Mətbuat kütləvi miqyasda mövcud olduğundan, böyük masştabda həm də siyasət deməkdir. Bu siyasətdə istənilən kiçik söz, davranış belə böyük əhəmiyyət kəsb edir. Təhlükəli məsələ odur ki, Rusiya bu gün jurnalistləri qorxu mənbəyi kimi saxlayır, casus proqramlarının və müşahidə texnologiyalarının tətbiqinə imkan yaradır. Rusiya hökuməti ictimai maraqla milli təhlükəsizlik arasında aydın fərq qoymalıdır. İllər ərzində Rusiya atdığı addımlarla sovet dövrünün alətlərini modernləşdirməyə və onları müasir mürəkkəb informasiya mühitinə uyğunlaşdırmağa hazır olduğunu iddia etdi. Ötən dövr ərzində müxtəlif üsullardan istifadə edərək, hərbi planlamasını da bunun üzərində qurdu. Bu yolda media onun "dadına çatdı". Hərbi olmaqla hər növ əməliyyatlarda informasiyaya əsaslanan fəaliyyətlərə üstünlük verildi", - deyə o bildirib. 

Deputat qeyd edib ki, Rusiyanın informasiya kampaniyası 2007-ci il "Xarici Siyasət İcmalı" və 2009-cu il "Dövlət Təhlükəsizliyi İcmalı" kimi siyasi sənədlərdə əksini tapmış və "Xaricdə Yaşayan Həmvətənlərə dair Dövlət Siyasəti haqqında" federal qanun kimi qanunvericilik təşəbbüsləri ilə dəstəklənən Rusiya hökumətinin strateji addımları kontekstində təhlil edilməlidir. Burada həmvətənlər anlayışı xüsusi diqqət çəkir, çünki bu, Rusiyaya dövlətin xaricdəki soydaşlarını onların hüquqlarına və ya fiziki rifahına hər hansı təhlükədən müdafiə etmək vəzifəsini qanuniləşdirməyə imkan verir. Bu həm də ən çox keçmiş SSRİ ərazisini hədəfə alaraq Rusiya Federasiyasının hüdudlarından kənarda vahid rusdilli informasiya sferasının saxlanmasını nəzərdə tutan "rus dünyası" adlanan məkanın qorunması zərurətinin izahına gətirib çıxarır. Rusiya hökumətinin kütləvi informasiya vasitələri üzərində uzun müddət inkişaf etmiş nəzarəti müxtəlif informasiya kampaniyalarının həyata keçirilməsində mühüm amil olub. Məsələn, bu ölkənin əsas telekanalları istənilən böhranın əvvəlindən bu və ya digər vəziyyətlə bağlı fikirlərin formalaşmasında fəal iştirak edir. Nəzarət isə birbaşa mərkəz tərəfindən həyata keçirilir. Habelə mərkəzin nəzarətində olan internet "trollinqi" də bu işlərdə böyük paya malikdir. 

A.Badamov deyib ki, Rusiya bu addımları sistematik, koordinasiyalı şəkildə qurub: "Odur ki, media üzərindəki mövcud nəzarət azad mediaya malik demokratik dövlətlərə Rusiya hökumətinin güclü, sinxron mesajlaşması ilə rəqabət aparmasına çətinlik yaratmağa hədəflənib. Rus rəvayətində bir neçə dominant mövzu var ki, onlardan ən başlıcası Rusiyanın təbii üstünlüyünü tanıyan rus dünyasının təbliğidir. Digər mühüm bir mövzu post-sovet məkanını hədəf alaraq öz ölkələrini idarə edə bilməyən, dövlətçiliyini qoruyub saxlamaq iqtidarında olmayan, onları guya psevdomillət kimi qələmə verərək hansısa böyük dövlətlərin marağını yerinə yetirən aktor kimi təqdim etməkdir. Rusiyanın "Sputnik" agentliyi bu istiqamətdə hərəkətverici qüvvələrdən biri olub. Agentliyin əməkdaşlarının Azərbaycanla bağlı fəaliyyətlərində açıq şəkildə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti ilə əməkdaşlıqları müəyyən edilib. Bu şəxslər  jurnalist fəaliyyəti çərçivəsini aşdıqları üçün dövlətimiz qanun müstəvisində həyata keçirilən hüquqi tədbir kimi onları saxlayıb. Azərbaycan dövləti qanundankənar heç bir addım atmır. "Sputnik Azərbaycan"ın rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousov casusluqla məşğul olduqlarından onların saxlanılması tam qanunauyğundur. Bu cür jurnalistlərin fəaliyyəti illər ərzində sistemli şəkildə, uzunmüddətli sərmayələr və investisiyalar ilə dəstəklənib".

Deputat vurğulayıb ki, Rusiya tərəfindən həyata keçirilən informasiya kampaniyası  aparılan hərbi və ideoloji əməliyyatlarla sıx bağlıdır. Sülh və müharibə, xarici hərbi qüvvə, yerli özünümüdafiə qrupları arasındakı sərhədlərin bulanıq olduğu vaxtda və əsas döyüş anlayışı fiziki zəmindən  uzaq olduğundan əhalinin qəlbinə və şüuruna yeridilən bir anlayış var ki, bu da digər xalqların aşağılanması və təhqir olunmasıdır. Bu isə birmənalı qəbulolunmazdır. Hərbi əməliyyatlara paralel olaraq intensiv informasiya kampaniyası, kibermüharibə və yüksək təlim keçmiş xüsusi əməliyyat qruplarının fəaliyyətini birləşdirən hibrid, asimmetrik müharibə Rusiyanın üz tutduğu əsas yollardan biridir ki, artıq hər bir aktor nəinki bunları aydın görür, həm də hər şeyi və hər kəsi öz adı ilə çağırır.

A.Badamov bildirib ki, Rusiyanın hekayəsi əsasən tarixi yaddaşa əsaslanır. Öz auditoriyasını, o cümlədən xaricdəki həmvətənlərini hərtərəfli başa düşməsi üçün tarixi yaddaşdan istifadə edilir. Rusiyanın informasiya kampaniyası əhalisi və xaricdəki həmvətənlər olmaqla öz auditoriyasına təsir etməkdə "uğurlu" olsa da, digər auditoriyaları radikallaşdırdığı və özündən uzaqlaşdırdığı üçün qeyri-məhsuldarlıq daşıyır. "Dezinformasiya kampaniyaları zaman keçdikcə məhv olur. Yalan və saxtakarlığı inkar etmək üçün getdikcə daha çox faktiki dəlillər üzə çıxır, bu baxımdan dezinformasiya kampaniyaları zamanla azalır. Rusiyanın xarici siyasət strategiyasında informasiya aspekti böyük önəm daşıyır. Siyasi və hərbi məqsədlərinə çatmaq üçün Rusiya öz hədəflərinə doğru gedən yolda asimmetrik və informasiya fəaliyyətlərindən istifadə edir. Bunlara aldatma, informasiya və psixoloji əməliyyatlar, sosial media, ingilis və rus dillərində peyk televiziyası vasitəsilə yalan təbliğat kimi sovet dönəmindən günümüzə qədər süzülmüş üsullar, metodlar daxildir. Rusiyanın digər ölkəyə təsirini artırmaq və ya təzyiq göstərmək üçün seçdiyi yol ən azından Azərbaycana qarşı münasibətdə düzgün deyil", - deyə deputat əlavə edib.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!