24 Fevral 2015 06:02
154
Mədəniyyət
A- A+
Romada “Sonsuz dəhliz” filminin təqdimatı olub

Romada “Sonsuz dəhliz” filminin təqdimatı olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Romada yerləşən “Grand Hotel Plaza”da “Sonsuz dəhliz” sənədli filminin təqdimatı olub.

Azərbaycanın İtaliyadakı səfirliyinin və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə səfir Vaqif Sadıqov xalqımızın tarixində qanlı iz buraxmış Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində belə bir tədbirin keçirilməsinin İtaliya ictimaiyyətinə Xocalı həqiqətlərini çatdırmaq baxımından önəmini vurğulayıb. Diqqətə çatdırıb ki, 23 il əvvəl – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücum edərək azərbaycanlılara qarşı soyqırımı törədiblər. Şəhər darmadağın edilib və talanıb, dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib. İnsan hüquqlarına dair beynəlxalq “Human Rights Watch” təşkilatı bu faciəni Dağlıq Qarabağ münaqişəsinin ən böyük qətliamı adlandırıb. Bu günədək bir çox ölkələrdə Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilib. Əminik ki, belə ölkələrin sayı daha da artacaq.

Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qanlı və faciəli səhifəsi olduğunu qeyd edən V.Sadıqov bildirib ki, bu soyqırımı təkcə Azərbaycanın keçmişinə aid deyil. Çünki Azərbaycan xalqı münaqişənin acı nəticələrini bu gün də yaşamaqdadır. Ermənistan Dağlıq Qarabağ və ona bitişik 7 rayon daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizini işğal edərək beynəlxalq hüquq normalarını tamamilə pozub. BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr, eləcə də digər beynəlxalq təşkilatlar münaqişənin həlli ilə bağlı sənədlər qəbul edib. Lakin bu sənədlərə hələ də əməl olunmur.

Səfir qeyd edib ki, Xocalı hadisələrinə bütün dünyada lazımı hüquqi qiymətin verilməsi istiqamətində yorulmadan səylər göstərən “Xocalıya ədalət” kampaniyası çərçivəsində keçirilən tədbirlər təqdirəlayiqdir.

Mərasimdə çıxış edən TEAS-ın direktoru Lionel Zetter "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası ilə əməkdaşlıq etməkdən qürur duyduğunu bildirib. Vurğulayıb ki, 100-dən artıq ölkəni əhatə edən kampaniya 2008-ci ildə elan olunub. Kampaniya Dağlıq Qarabağ regionunda sülhün və ədalətin bərpa olunmasına böyük dəstək göstərir.

L.Zetter diqqətə çatdırıb ki, Xocalı hadisələrini daha dərindən anlamaq üçün bu sənədli film əvəzsiz imkandır: “Filmin qəhrəmanları o dəhşətli gecəni yaşayan real obrazlardır. Bu ekran əsəri beş il müddətində böyük əmək sərf edilərək hazırlanıb”. TEAS-ın direktoru ümidvar olduğunu bildirib ki, film Xocalıya ədalətin bərpa olunmasında önəmli rol oynayacaq.

“Sonsuz dəhliz” filminin layihəsi litvalı jurnalist, 1992-ci ilin fevralında Xocalıda baş vermiş qətliamın ertəsi gün hadisə yerində olan Riçard Lapaitisin xatirələri əsasında ərsəyə gəlib. Filmdə Riçard Lapaitis o vaxtdan bəri unuda bilmədiyi Xocalı faciəsini uzun illər sonra hərbi müxbir kimi ictimaiyyətə çatdırır. O, Xocalı soyqırımından sağ çıxanlarla yenidən görüşür və ermənilərin atəşi altındakı “sonsuz dəhliz”də özünə nicat yolu axtararkən yaxınlarını itirənlərin ürək dağlayan hekayələrini dinləyir. Filmdə əlli qonşusunun həyatını xilas etmiş, lakin həyat yoldaşını itirmiş və aylarla işgəncələrə dözməli olduğu əsirlikdə qalmış bir musiqiçinin təsirli hekayəsi tamaşaçıların diqqətinə çatdırılır.

Filmi seyr edən tədbir iştirakçıları Xocalı hadisələri nümunəsində erməni faşizminin əsl simasını bir daha görüblər.
Sonda Xocalı faciəsi zamanı lentə alınmış şəkillərdən ibarət fotosərgi nümayiş etdirilib.



Maqsud Dadaşov
AzərTAc-ın xüsusi müxbiri
Roma

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!