04 Oktyabr 2023 21:56
1203
CƏMİYYƏT
A- A+
Respublikamızın təbii şəraiti müxtəlif olduğundan heyvanlar aləmi də çox rəngarəngdir

Respublikamızın təbii şəraiti müxtəlif olduğundan heyvanlar aləmi də çox rəngarəngdir

 

Azərbaycan Respublikası ərazisinin təbii şəraiti müxtəlif olduğundan onun heyvanlar aləmi də çox rəngarəngdir.

Burada 101 məməli, 365 quş, 52 sürünən (reptiliya), 10 suda-quruda yaşayan (amfibiya), 101 balıq, 25 minə qədər cücü, 1100-dən çox hörümçəkkimilər, 181 ilbiz, 360 xərçəngkimilər, 287 rotatori (dəniz qurdları), 400 litohelmint (bitki parazitləri), 1200 helmint (heyvan parazitləri), 1500-dən artıq sərbəst yaşayan, insanlarda və heyvanlarda parazitlik edən ibtidai (protozoa) heyvan növləri məlumdur. 101 növ məməli heyvandan 13-ü cücüyeyən, 28-i yarasa, 29-u gəmirici, 2-si dovşankimilər, 19-u yırtıcı, 9-u dırnaqlı, 1 növü isə kürəkayaqlıdır. Heyvan növlərinin respublika ərazisində yayılma arealı müxtəlifdir. Bəzi heyvanlar çox məhdud (göl, çay, dağın bir hissəsi), digərləri isə geniş ərazilərdə yayılıb. Məsələn, sərçəkimilər dəstəsinə daxil olan quşlara respublikanın bütün ərazisində rast gəlmək olar. Parazit ibtidailər, qurdlar qidalandıqları orqanizmlərin - sahiblərinin (kənd təsərrüfatı heyvanları, ev quşları və s.) arealından asılı olaraq respublikanın bütün zonalarında qeyd edilir. Məməlilərdən ceyran düzənlik, yarımsəhra, kiçik təpəlikli dağətəyi ərazilərdə, Dağıstan turu Böyük Qafqaz dağlarının cənub və şimali-şərq yamaclarında (Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Quba, Qusar rayonları) və yüksək dağlıq ərazilərdə məskunlaşıblar. Quşların bir çox növü meşələrdə, dağlıq və düzənlik ərazilərdə, digərləri su hövzələrində, zərərverici cücülər müxtəlif aqrosenozlarda, ölkə faunasına daxil olan başqa növlər tarixən uyğunlaşdıqları müxtəlif ekosistemlərdə yayılıb.

 

Təəssüf ki, hər yeni buraxılışında “Qırmız kitab” daha qalın olur

“Qırmızı kitab” Azərbaycan ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. O, respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycana aid olan hissəsində heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları əks etdirir. Bu ilin mayında çapdan çıxan “Qırmızı kitab”ın üçüncü nəşrinə 241 fauna növü daxil edilib. Həmin rəqəm birinci nəşrdə 108, ikinci nəşrdə isə 223-ə bərabər idi. Sonuncu nəşrə 60 yeni fauna növü daxil edilib, 42 fauna növü çəhrayı siyahıya salınıb. Çəhrayı siyahı o deməkdir ki, həmin növ yenə də dövlət tərəfindən qorunur və onu ovlamaq və ya qırmaq olmaz. Lakin görülən tədbirlər nəticəsində həmin növlərin sayında artım var. Buna baxmayaraq, çəhrayı siyahıdakı növlər həmişə nəzarət altında olmalıdır, əks halda yenidən məhvolma təhlükəsi ilə üzləşə bilərlər.

“Təəssüf ki, hər yeni buraxılışında Qırmız kitab daha qalın olur” deyən Ümumdünya Vəhşi Təbiəti Müdafiə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov bildirib ki, Azərbaycan dövləti nəsli tükənmək həddinə çatmış növlərin xilası üçün müxtəlif tədbirlər görür. Bunlardan ən əsası xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasıdır. XXI əsrdə ölkəmizdəki həmin ərazilərin ümumi sahəsi 2 dəfə genişlənib. 

 

Ceyrançöldə ceyranın adı var, özü isə yoxdur

E.Əsgərovun sözlərinə görə, “Qırmızı kitab” növlərinin bərpasına yönəlmiş əsas fəaliyyət formalarından biri də reintroduksiya proqramlarıdır. Hazırda respublikamızda iki növün reintroduksiyası uğurla aparılır və bir neçə növün də təbii areallarının bərpasına yeni başlanılıb. Azərbaycanın mərkəzi düzənlik və dağətəyi bölgələrində tarixən ceyranlar geniş yayılmışdılar. XX əsrin əvvəlində motorlu texnika çıxandan sonra ovçular onları maşınlarla qovaraq ovlamağa başladılar. Tez bir zamanda az qala nəslini kəsməyə nail oldular. 1960-cı ildə zooloqlar tərəfindən aparılan sayılma prosesi bu növün ölkəmizdə cəmi 200 baş qaldığını göstərdi. Təcili atılan addımlar sayəsində Bəndovan yasaqlığı, Şirvan qoruğu yaradıldı və növ burada bərpa olmağa başladı. Lakin Azərbaycanın bir çox ərazilərində ceyranın tarixi arealı çərçivəsində bu növə hələ də rast gəlinmir. Məsələn, Ceyrançöl kimi böyük ərazidə ceyranın adı qalıb, özü isə yoxdur. Ona görə növün tarixi arealını bərpa etmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), WWF və IDEA İctimai Birliyi tərəfindən uğurlu reintroduksiya layihəsi aparılır. Bu vaxtacan 350 başa yaxın ceyran Şirvan Milli Parkından tutularaq respublikanın digər ərazilərinə köçürülüb. Yeni ərazilərdə ceyranlar artaraq dayanıqlı populyasiyalar əmələ gətirib.

ETSN, WWF və IDEA İB tərəfindən həyata keçirilən digər uğurlu layihə meşə kəllərinin (zubrların) reintroduksiya yolu ilə bərpasıdır. Həmin heyvanlar ərazimizdə çox qədim zamanlarda yaşayıblar. Sonuncu Qafqaz zubru təbiətdə 1827-ci ildə ovlanıb. 2018-ci ildən başlayaraq ölkəmizə 35 başa qədər zubr gətirilib. Onların təbii artımını da nəzərə alsaq artıq 50 baş heyvan layihə ərazisində yaşamaqdadır. Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisində volyer şəraitində yaşayan zubrların yarısı vəhşi təbiətə buraxılıb.

Daha sonra Qafqaz nəcib maralı, köpgər, bezoar keçisi, Şərqi Qafqaz turu və s. növlərin də reintroduksiya yolu ilə tarixi arealının bərpası sahəsində işlərə başlanılıb. 

 

Daim mühafizəyə ehtiyacı olan heyvanlardan biri də amfibilərdir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Gülbəniz Qasımova bildirib ki, daim mühafizəyə ehtiyacı olan heyvanlardan biri də amfibilərdir. Həmin heyvanlar elmi və tədris, tibbi və bioloji təcrübələrin aparılmasında laboratoriya heyvanı kimi geniş istifadə olunur. Hər il dünyada təcrübə məqsədilə iri tədris və elmi laboratoriyalarda minlərlə qurbağa yarılır. Həmin heyvanlar biosenozda maddələr dövranında iştirak edir və qida zəncirində mühüm yer tuturlar. Onlar, həmçinin meşə, bağ və bostanların təbii sanitarları hesab edilirlər. Bütün bu faydalarına baxmayaraq, insanlarda amfibilərə qarşı formalaşmış mənfi münasibət var. İnsanlar amfibiləri ziyanlı və zərərli hesab edərək onlardan qorxur və ya görkəmlərindən çəkinirlər. Ona görə də əksər insanların amfibilərlə qarşılaşdıqları zaman ilk düşündükləri və etdikləri hərəkət onları məhv etmək olur. Bütün bunlara səbəb insanlarda amfibilər haqqında məlumatların azlığıdır. Ona görə də amfibilərin tədqiqi ilə yanaşı, qarşıya qoyulan məqsədlərimizdən biri də insanları qurbağalar haqqında məlumatlandırmaq və maarifləndirmə tədbirləri həyata keçirməkdir. Keçirilən belə maarifləndirmə tədbirlərindən sonra amfibilərə qarşı münasibətdə müsbətə doğru dəyişikliklər müşahidə edilir. 

Unutmayaq ki, Uca Yaradan Yer kürəsini təkcə insanın yaşaması üçün xəlq etməyib. Planetimizin tək canlısı insanlar deyil. Fauna və flora növləri də ən ali varlıq olan insan kimi yaşamaq haqqına malikdirlər. Yaşadığımız planet yalnız bütün komponentləri, bütün canlı və cansız varlıqları ilə bütövdür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!