21 Dekabr 2015 10:12
227
Mədəniyyət
A- A+
Rəşid Behbudov Azərbaycanın əbədi qürurudur

Rəşid Behbudov Azərbaycanın əbədi qürurudur

Dekabrın 20-də İsrailin Netaniya şəhərində Azərbaycanın böyük müğənnisi, SSRİ Xalq Artisti Rəşid Behbudovun anadan olmasının 100 illiyinə həsr edilən təntənəli tədbir böyük müvəffəqiyyətlə keçib. Tədbirin təşkilatçıları bu böyük müğənninin təntənəli gecəsinə bu qədər israilli – Rəşid Behbudov istedadının pərəstişkarları axışıb gələcəyini gözləmirdilər.

Gələnlərin sayı o qədər çox olub ki, təcili tədbirlər görmək lazım gəldi və yerindəcə 250 nəfərlik zalı Netaniya Mədəniyyət Mərkəzindəki 500 nəfərlik zal ilə əvəz etmək qərara alınıb.

Təntənəli mərasimlə əlaqədar Rəşid Behbudovun ailəsi – qızı, Azərbaycanın Əməkdar Artisti Rəşidə Behbudova, Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev və böyük müğənninin nəvəsi – Rəşid Behbudov, habelə Behbudovlar ailəsinin dostu Atəş Rzayev Azərbaycanın İsraildə keçirilən bu böyük bayramında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, “Odlar Yurdu” İsrail-Azərbaycan teatr truppasının bədii rəhbəri Səadət Şükürova tədbiri açaraq deyib: “Rəşid Behbudov Azərbaycanın qürurudur. O, İtaliya, Bolqarıstan, Macarıstan, Hindistan, Çin, Suriya, Türkiyə, Misir, İordaniya, İran, İraq, Polşa, Finlandiya və Latın Amerikası ölkələrinə qastrollarında tamaşaçıların və pərəstişkarların məhəbbətini qazanıb. Müğənni bütün ölkələrdə konsertlərini “Azərbaycan” mahnısı ilə başlayır və bu mahnı ilə də qurtarırdı”.

“Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, israilli ekspert Arye Qut vurğulayıb ki, xeyirxahlıq, həyat eşqi və eyni zamanda özünə qarşı olduqca böyük tələbkarlıq bu böyük ustadın özəl keyfiyyətləri olub. O deyib: “Bu gün böyük artistin, müğənninin, xalqının vətənpərvər oğlunun ruhu İsraildə, bu zalda bizimlədir. Onun Azərbaycan mədəniyyətinin tarixinə qızıl hərflərlə yazılmış yaradıcılığı bütün dünya üçün ifaçılıq məharətinin nümunəsidir. Rəşid Behbudovun ecazkar səsinin tayı-bərabəri yoxdur”.

Sənətkarın qızı Rəşidə Behbudova çıxış edərək bildirib ki, o, bu gün atasının arzusunu həyata keçirib – bu gün Rəşidin ruhu İsrail dövlətidədir və böyük müğənniyə həsr edilən bu böyük Azərbaycan bayramında iştirak etmək və israilli pərəstişkarlar qarşısında çıxış etmək onun üçün böyük şərəfdir. O deyib: “Atam sinədolusu yaşadı. Yaşadığı kimi – sevgi dolu ürək və geniş qəlbi ilə oxudu. İnsanlara olan sevgisindən nəfəs aldı. Azərbaycan dövləti və xalqı atamı ürəkdən sevir və qiymətləndirir. O, mahnılarımızı, romanslarımızı, xalq mahnılarımızı, dünya ölkələrinin gözəl melodiya və mahnılarını sevə oxuyub. Atamın çoxlu yəhudi dostları olub. Təmiz, səmimi insanların onun xatirəsini yad etmələri və ailəsinə hörmətlə yanaşmaları mənim üçün çox qiymətlidir! Bu, böyük şərəfdir və yəhudi xalqı tərəfindən Rəşid Behbudova böyük hörmətdir”.

Akko şəhərində Azərbaycan Dağ Yəhudiləri İcmasının başçısı Şirin Nexamiya Mixaeli Rəşid Behbudovun ailəsini salamlayıb, O, “Odlar Yurdi” teatr truppasının tədbiri böyük peşəkarlıqla təşkil etməsindən qürur duyduğunu deyib. Sonra Şirin Nexamiya Mixaeli Rusiya Yəhudi Konqresinin vitse-prezidenti, “STMEGI” Beynəlxalq Xeyriyyə Fondunun prezidenti German Zaxaryayevin məktubunu oxuyub.

Məktubda yazılıb: “Böyük Rəşid Behbudov Azərbaycan xalqının əsl qüruru olub və olmaqda qalır. Əslən Azərbaycandan olan bir yəhudi kimi, mən və həmyaşıdlarım Rəşid Behbudovun mahnıları ilə böyümüşük. Fəxr edirəm ki, böyük Rəşidin canlı ifasını eşitmişəm. O, geniş qəlbli insan idi. Təəssüf ki, şöhrətin zirvəsində ikən bizi qəflətən və gözlənilmədən tərk etdi, lakin onu sevənlərin qəlbində əsl vətənpərvər kimi qaldı”.

Azərbaycanın Xalq Yazıçısı Çingiz Hüseynov tədbirdə çıxış edərək böyük müğənni ilə şəxsi görüşlərini xatırlayıb. O deyib: “Mən artıq 60-cı illərdən Moskvada yaşayırdın və Rəşidlə tez-tez görüşürdüm. O, Azərbaycanı dünyada səsi və istedadı ilə tərənnüm edən insanların sırasında xüsusi və əvəzsiz yer tutur. Məhz Moskvada yaşayanda dərk etdim ki, bu sehrli, cazibədar səs təkcə sahibinə deyil, bütövlükdə Azərbaycan xalqına şöhrət gətirəcək. Məhz Rəşid Behbudovun səsi sayəsində dünya Azərbaycan mədəniyyətinin və incəsənətinin nə olduğunu bilib”.

Behbudovlar ailəsinin dostu Mixail Aqaronov tədbirdə çıxış edərək ötən illəri xatırlayıb. O deyib: “Böyük müğənni Rəşid Behbudov Azərbaycan incəsənətində dərin iz qoyub. O təvazökar insan idi, doğma diyarını hərarətlə sevən vətənpərvər idi. Rəşid Behbudov hər zaman ölkəsinin, doğma Vətəninin hüququnu müdafiə edib”.

“Odlar yurdu” teatr truppası “Arşın mal alan”, “Bəxtiyar” filmlərindən hazırladığı səhnəcikləri böyük məharətlə təqdim edib. Tədbirdə, həmçinin Rəşid Behbudovun mahnı-klipləri nümayiş etdirilib. Əslən Azərbaycandan olan israilli müğənnilər Araz Mirzəyev, Tomer Əliyev və Manuel İsakov Rəşid Behbudovun repertuarından mahnılar səsləndiriblər.

Sonra Rəşid Behbudov Fondu “Odlar Yurdu” İsrail-Azərbaycan truppasına Azərbaycan incəsənətinin və mədəniyyətinin İsraildə təbliğinə, Azərbaycanın görkəmli müğənnisi, Xalq Artisti Rəşid Behbudovun anadan olmasının 100 illiyinə həsr olunan təntənəli tədbirin təşkilinə və keçirilməsinə verdiyi töhfəyə görə fəxri fərman təqdim edilib.

Tədbirin son akkordları Rəşidə Behbudovanın ifasında atasının repertuarından “Xəyal” və “Azərbaycan – Vətənim mənim”, habelə unudulmaz Müslüm Maqomayevin repertuarından “Elegiya” əsəri olub. Bütün bu mahnıları israilli tamaşaçılar Netaniya Mədəniyyət mərkəzinin böyük zalında ayaq üstə alqışlayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!