28 Fevral 2026 11:34
1333
CƏMİYYƏT
A- A+
Rəqəmsal mühitdə uşaqların qorunması sahəsində yeni mərhələ başlayır  

Rəqəmsal mühitdə uşaqların qorunması sahəsində yeni mərhələ başlayır  


Müasir dövrdə informasiya sürətlə yayılır və rəqəmsal platformalar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bütün bunların nəticəsi olaraq məlumatlar daha da əlçatan olub. Lakin bu inkişaf həm də zərərli informasiyaların yayılması üçün imkanlar yaradır. Xüsusilə qeyd edilməlidir ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafının, rəqəmsal texnologiyaların tətbiqinin, sosial şəbəkələrin geniş istifadəsinin uşaqlar üçün yaratdığı risklər də zaman keçdikcə daha qabarıq şəkildə ortaya çıxır. Bu baxımdan uşaqların zərərli informasiyadan qorunması aktual məsələdir.

Prezident İlham Əliyevin uşaqların rəqəmsal mühitdə müdafiəsi sahəsində balanslaşdırılmış, sübuta əsaslanan və sistemli yanaşmanın, sosial şəbəkələrdən istifadə sahəsində rəqəmsal bacarıqların təşviqi, onlayn davranış mədəniyyətinin formalaşdırılması və yaradıcı rəqəmsal potensialın inkişaf etdirilməsi məqsədilə  fevralın 27-də imzaladığı “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncamı bu sahədə özünü göstərən problemlərin aradan qaldırılmasında böyük rol oynayacaq. 

Bu gün uşaqların həyatı sadəcə ailə və məktəblə məhdudlaşmır. Reallıq göstərir ki, onlar erkən yaşlardan sosial şəbəkələrdə profillər yaradır, müxtəlif platformalarda ünsiyyət qurur, oyun oynayır, məlumat əldə edir və paylaşırlar. Rəqəmsal mühit onların dünyagörüşünün formalaşmasına birbaşa təsir göstərir. Lakin informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı uşaqlara yeni bilik və bacarıqlar qazandırmaqla yanaşı, onları zərərli məzmun, manipulyativ təsirlər, saxta məlumatlar və kibertəzyiq kimi təhlükələrlə də üz-üzə qoyur.

Rəqəmsal məkan həm də ictimai rəyin formalaşdığı və dəyərlərin ötürüldüyü geniş bir platformadır. Uşaqlar isə hələ formalaşmaqda olan psixologiyaya malik olduqları üçün bu təsirlərə daha həssasdırlar. Erkən yaşda nəzarətsiz sosial media istifadəsi onların emosional vəziyyətinə, davranışına və sosial münasibətlərinə təsir edə bilər. Bu mənada uşaqların rəqəmsal mühitdə qorunması fərdi məsələ olmaqdan çıxır, uzunmüddətli perspektivdə cəmiyyətin sağlam inkişafı ilə bağlı vacib məsələyə çevrilir.

Onu da qeyd edək ki, rəqəmsal savadlılıq müasir dövrün vacib bacarıqlarından biridir. Uşaqlar informasiyanı tənqidi təhlil etməyi, saxta xəbərləri ayırd etməyi, şəxsi məlumatlarını qorumağı və onlayn etik davranış qaydalarına əməl etməyi öyrənməlidirlər. Bu bacarıqlar formalaşmadan təhlükəsiz və sağlam informasiya mühiti qurmaq mümkün deyil.

 Prezident İlham Əliyevin sərəncamında məhz bu sosial reallıqlar nəzərə alınıb. Sərəncamda qeyd olunur ki, sosial münasibətlərin sürətlə rəqəmsallaşması və sosial şəbəkələrin uşaqların gündəlik həyatına getdikcə daha erkən yaşda daxil olması, həmin şəbəkələr vasitəsilə informasiyanın istehsalı, yayılması və istehlakının miqyasının artması bu sahədə hüquqi tənzimləmənin mövcud vəziyyətinin müasir texnoloji, sosial və təhlükəsizlik çağırışları baxımından təhlilini və təkmilləşdirilməsini zəruri edir.

Sərəncama əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti aidiyyəti dövlət orqanlarını (qurumlarını), elmi müəssisə və təşkilatları, mütəxəssisləri və vətəndaş cəmiyyəti institutlarını cəlb etməklə və beynəlxalq təcrübə nəzərə alınmaqla, ölkə ərazisində uşaqların sosial şəbəkələrdəki zərərli məzmun və təsirlərindən qorunmasını, o cümlədən sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqini əhatə edən normativ hüquqi aktların layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək. 

Habelə, Nazirlər Kabineti məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydaların müəyyən edilməsi və tətbiqi ilə bağlı tədbirlər görülməsini təmin edəcək, məktəbəhazırlıq və ümumi təhsil fənləri üzrə təhsil proqramlarına (kurikulumlara), o cümlədən məzmun standartlarına rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış mövzularının daxil edilməsi, eyni zamanda mediada valideynlər, müəllimlər və uşaqlara yönələn maarifləndirmə proqramlarının hazırlanıb həyata keçirilməsi ilə bağlı tədbirlər görəcək. Sosial şəbəkələrdən qanunauyğun istifadənin, belə istifadə zamanı uşaq hüquqlarının müdafiəsinin təmin edilməsi ilə bağlı mütəmadi maarifləndirmə işinin həyata keçirilməsi, o cümlədən uşaqların rəqəmsal rifahına dair elmi tədqiqatlar aparılmasının təşviq edilməsi məqsədilə də tədbirlər görüləcək. 

Uşaqların zərərli informasiyadan qorunması istiqamətində atılan addımlar gələcək nəsillərin sağlam formalaşmasında əhəmiyyətli rol oynayır. Bu, həm də cəmiyyətimizin mənəvi baxımdan sağlam və güclü gələcəyi deməkdir. Bu baxımdan Prezident İlham Əliyevin imzaladığı “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” sərəncam göstərir ki, respublikamızda rəqəmsal mühitdə uşaqların qorunması sahəsində tamamilə yeni mərhələ başlanır. 


Təhminə VERDİYEVA,

«Azərbaycan»

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında təmsil olunub

18:03
14 May

"Bakı-Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışı başa çatıb

17:58
14 May

İsveçin “Global Bar Magazine” nəşri Bakıda keçiriləcək WUF13 haqqında məqalə dərc edib

17:57
14 May

Kiberdələduzluq məqsədilə saxta “cərimə ödənişi” saytları yayılır – ETX-dən xəbərdarlıq

17:56
14 May

Mərkəzi Bank dayanıqlı maliyyə hesabatı açıqlayıb

17:54
14 May

"EFES - 2026” təlimi davam edir

17:53
14 May

Pakistanın Baş naziri Azərbaycanın ədliyyə nazirini qəbul edib

17:52
14 May

Mayın 15-i gündüzdən 18-i axşamadək bəzi yerlərdə hava fasilələrlə yağıntılı olacaq – XƏBƏRDARLIQ

17:51
14 May

Xətai rayon prokurorluğunda “Açıq Qapı” günü təşkil olunub

17:46
14 May

Almaniyadan xəbərdarlıq: Süni intellekt kibercinayətkarlığı artırır

17:39
14 May

Körfəz ölkələri minlərlə yük maşını ilə quru yoluna keçir

17:31
14 May

Cey Di Vens: Görüləcək işlərimiz çoxdur  

17:23
14 May

Avropa dron müdafiəsini gücləndirməyə çalışır

17:08
14 May

“Azərkosmos” ilk “Milli Kosmik İnkubasiya” proqramına başlayıb

17:02
14 May

Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracını artırır

16:49
14 May

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin adı dəyişib  

16:31
14 May

Azərbaycan güclü dövlətdir

16:30
14 May

Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının yekun bəyannaməsi qəbul edilib

16:18
14 May

Bakıdan Batumiyə gündəlik aviareyslərin həyata keçirilməsi planlaşdırılır

16:06
14 May

Horovlu kəndində ikinci mərhələ layihələndirmə işlərinə start verildi

16:03
14 May

Si Cinpin ABŞ-Çin münasibətlərində yeni dövr elan edib 

15:59
14 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!