28 Sentyabr 2022 01:08
840
SİYASƏT
A- A+
Repressiyalar dindən də yan keçmədi

Repressiyalar dindən də yan keçmədi

 

Azərbaycan tarixində baş vermiş ən böyük faciələrdən biri də 1920-ci illərdən başlayaraq 30 ilə yaxın davam edən repressiyalar olmuşdur. Belə ki, bu illərdə Azərbaycan Respublikası ərazisində insan hüquqlarına zidd qanunlar əsasında totalitar dövlət rejiminin törətdiyi özbaşınalıq və zorakılıq nəticəsində yüz minlərlə günahsız insan əsasən əqidəsinə, siyasi rejimin diktəsinə deyil, milli hissiyyatla düşündüyünə görə ölümə məhkum edilmiş, işgəncələrə məruz qalmışdır. 
Bu ağır illərdə Azərbaycandan 150 mindən çox ziyalı, hərbçi, mədəniyyət və incəsənət xadimi, alim, yazıçı, müəllim, din xadimi Sibirə, Qazaxıstana, Nargin adasına və   digər yerlərə sürgünə göndərilib. Bununla da cəmiyyətin ağıllı, elmli, istedadlı, əməksevər və mənəviyyatlı təbəqəsinin çox hissəsi məhv edilib. Bu bir  faktdır ki, əhalinin hər min nəfərinə düşən repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet respublikaları içərisində birinci yerdə olub.
Təkcə 1937-ci ildə 16 Azərbaycan generalı qətlə yetirilib. Azərbaycanın Qazaxıstandakı səfirliyinin məlumatına görə, Stalin repressiyaları illərində Qazaxıstanda 150 min azərbaycanlı öldürülüb və bunlardan 28 min nəfəri məhkəmə və istintaq olmadan mühakimə edilib. 
Din xadimlərinin əksəriyyəti yerindəcə güllələnib, Orta Asiyaya sürgün olunub, mülkiyyətləri əllərindən alınıb. Tarixçilər arxiv sənədləri əsasında yüzlərlə din xadimi və alimin harada, necə dünyasını dəyişməsi haqqında məlumatın bilinmədiyini deyirlər.
1905-ci ildə "Novaya jizn" qəzetinin 28-ci sayında Lenin yazırdı: "Sosialist proletariat partiyasına münasibətdə din şəxsi iş deyil. Biz kilsənin dövlətdən tamamilə ayrılmasını tələb edirik. Bizim təbliğata mütləq qaydada ateizmin təbliği də daxildir".
Azərbaycanda dinə və xüsusən də islama hücum sovet rejiminin ilk günlərindən başlamışdır. 1923-cü ildə hökumət tərəfindən məhərrəmlik və əzadarlığı qadağan etmək üçün kampaniyalara başladılar, 1924-cü ildə isə "Allahsızlar" cəmiyyəti yaradıldı. İslama qarşı genişmiqyaslı hücum isə 1929-cu ildə başladı. 1917-ci ildə Azərbaycanda 3 min məscid var idisə, 1927-ci ildə onlardan cəmi 1700-ü qalmışdı. Bu məscidlərin də 120-si Bakı və Bakı ətrafında yerləşirdi. Rəsmi surətdə isə dinlə mübarizəyə 1928-ci ilin sonlarında başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-nin qərarı ilə bir çox məscid, kilsə və sinaqoqlar maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verildi.
Stalin repressiyaları dövründə hakimiyyət guya xalqın tələbinə istinadən kütləvi şəkildə məscidləri bağlamağa başladı. Bir sıra partiya və hökumət qulluqçularını məscidə, cümə namazlarına getməkdə ittiham edirdilər. Mollalıq etmək qəti qadağan idi. Repressiyaların ən qızğın çağında hətta "dinə qarşı mübarizəyə kifayət qədər həvəs göstərməmək" ittihamı həbsə səbəb ola bilərdi. Stalinin dövründə Bakının salamat qalmış məscidlərinin ikisindən başqa hamısı bağlanmışdı.
Moskvadan gələn əmrə əsasən, 1929-cu ildə Azərbaycanda eyni vaxtda 400 məscid bağlandı, əksəriyyəti kluba çevrildi. 1933-cü ildə respublikada cəmi 17 məscid qalmışdı. Bir müddət sonra xalqın narazılığına görə antidin kampaniyalarına son qoyulsa da, 1937-ci ildən etibarən "dini qalıqlara qarşı mübarizə" və terror yenidən güclənməyə başladı. 1930-cu illərdə Bibiheybət məscidi,  Müqəddəs Faddey və Varfolomey kilsəsi, Aleksandr Nevski saboru, Müqəddəs Bakirə Məryəmin kosteli kimi əhəmiyyətli dini məbədlər söküldü.
Stalin repressiyalarının əsas hədəfi respublikada islamın kökünü kəsmək idi. 1930-cu illərin ortalarından etibarən repressiya qurbanlarını panislamizmdə və xarici dövlətlərə xidmətdə ittiham edirdilər. Ruhanilər artıq hökumət üçün daha az təhlükəli idilər, çünki qorxudulmuşdular və "KQB xəbərçiləri" adını almışdılar. 
İctimai şəkildə heç kim islam rituallarına əməl etmirdi. Gənc nəslə islamın əsasları haqqında biliklərin verilməsi çox riskli idi. Repressiyaların nəticəsində 1930-cu illərin sonunda islamdan başqa, demək olar ki, bir çox təriqətlər və icmalar yox edilmişdilər.
Sovetlərin dinə qarşı sərt münasibətinin yumşalması İkinci Dünya müharibəsi dönəminə təsadüf edir. Din xadimlərinin müharibənin çətin vəziyyətində kömək imkanlarını hiss edən rəhbərlik faşizmə qarşı mübarizə üçün mollaların gücündən istifadə etməyə başlayır.
1950-ci illərin ikinci yarısında siyasi repressiya qurbanlarına bəraət verilməsinə baxmayaraq, bolşevizmin hökmranlıq etdiyi illərdə siyasi repressiyalar haqqında məlumatların yayılmasına qadağa qoyulması bu barədə araşdırmaların aparılmasına və tarixi həqiqətlərin üzə çıxmasına imkan vermirdi. Yalnız müstəqillik illərində - 1996-cı il martın 15-də Ulu Öndər Heydər Əliyevin təsdiq etdiyi "Siyasi repressiya qurbanlarının reabilitasiyası haqqında" qanunda bu hadisələrə ilk dəfə hüquqi qiymət verildi. Bundan sonra həmin illərdə baş verən repressiyalar barədə genişmiqyaslı tədqiqatların aparılmasına, bir neçə onillik ərzində gizli saxlanılan məlumatların üzə çıxarılmasına başlanıldı. 

Elşən YƏHYAYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!