17 Aprel 2026 08:25
181
İQTİSADİYYAT
A- A+
Regionun neft ixracı arteriyası

Regionun neft ixracı arteriyası


BTC-nin tikintisinə 23 il əvvəl necə başlanıldı


Bu ilin yanvar-mart aylarında Azərbaycandakı magistral kəmərlərlə  6 milyon 206 min ton neft nəql olunub. Dövlət Statistika Komitəsi bildirir ki, nəqletmənin   76,9 faizi Heydər Əliyev adına  Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft  kəməri  ilə həyata keçirilib. Hazırda  BTC  Azərbaycan nefti ilə yanaşı, Türkmənistan və Qazaxıstandan daxil olan nefti də daşıyır.

Bu faktların özü də göstərir ki, BTC regionun neft ixracı arteriyasıdır. Bir infrastruktur olaraq da  bu kəmər üçüncü minilliyin nəhəng mühəndis qurğusudur. Təsadüfi deyil ki, onun tikintisi bir neçə il davam etdi.

BTC-nin  təməli 2002-ci il sentyabrın 18-də qoyulsa da, geniş hazırlıq tədbirlərindən sonra fiziki tikinti işlərinə növbəti ilin aprelində başlandı. 23 il əvvəl Səngəçaldan üzü Umbakı dağlarına doğru qazılmağa başlayan xəndəklərə  ilk borular düzülürdü. Bu, BTC-nin boruları idi. Həmin vaxtdan  kəmərin çəkilişi üçün 220 min boru hissəsi qaynaqla bir-birinə calandı. Tikintinin ən qızğın dövründə işə 22 min insan cəlb edildi. Bunların 80 faizə qədəri inşaat işləri gedən ərazilərin öz sakinləri idi. Kəmərin araya-ərsəyə gəlməsi üçün 110 milyondan artıq adam-saat sərf edildi. 

Uzunluğu 1768 kilometr olan BTC Xəzər regionundan Aralıq dənizinə təhlükəsiz və məsuliyyətli şəkildə xam neft ixrac etmək üçün çəkilib. Kəmər Azərbaycanda 443, Gürcüstanda 249, Türkiyədə 1076 kilometr məsafə qət edir. Ölkəmizdə 13 rayondan - Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarından keçir. Gürcüstanda 7 bölgənin - Qardabani, Marneuli, Tetritskaro, Tsalka, Borjomi, Axaltsixe və Agideni rayonlarının ərazisi boyu uzanır. Xəttin Türkiyədə keçdiyi 9 rayon isə Ərdahan, Qars, Ərzurum, Ərzincan, Sivas, Kayseri, Qəhrəman Maraş, Osmaniyyə və Adanadır.

BTC-nin gündəlik ötürücülük gücü 2009-cu ilin yazınadək 1 milyon barel idi, həmin vaxtdan indiyədək isə 1,2 milyon barel təşkil edir. Keçdiyi ərazilərin coğrafiyasından asılı olaraq onun borularının diametri 46, 42 və 34 düymdür. Üç tranzit ölkə ərazisində kəmərin 8 nasos stansiyası və 98 siyirtmə məntəqəsi var. Baş nasos stansiyası Səngəçal terminalında yerləşir. Ölkəmizdəki daha bir stansiya Yevlax rayonu ərazisindədir. Növbəti iki stansiya Gürcüstanda və dördü Türkiyədə fəaliyyət göstərir.

Bu unikal kəmər öz marşrutu boyu bir neçə dağ silsiləsi qət edir, o cümlədən 2830 metr yüksəkliyə qalxır. Ceyhana yaxınlaşarkən yenidən dəniz səviyyəsinə enir. Kəmər eləcə də 3000 yol, dəmir yolu, yeraltı və yerüstü kommunikasiya xətti, eni 500 metrədək çatan Ceyhan çayının keçidi də daxil olmaqla 1500-dən artıq su hövzəsi ilə kəsişir. Öz yaradıcısının - Ulu Öndər Heydər Əliyevin adını şərəflə daşıyan BTC Xəzər neftini dünya bazarlarına təhlükəsiz, etibarlı, sakit və ekoloji baxımdan minimum risklə nəql edir. Regionun neft ixracı arteriyası sayılan bu kəmərin salnaməsi qısa olsa da, zəngindir. 

Qeyd edildiyi kimi, xəttin tikinti işləri bir neçə il davam etdi. 2005-ci ilin mayında TC-nin Azərbaycan, oktyabrında isə Gürcüstan hissəsi istifadəyə verildi. Kəmər tam bir sistem kimi 2006-cı ilin iyul ayında istismara daxil oldu.

BTC haqlı olaraq dünya miqyasında dövrümüzün ən böyük və ən mürəkkəb mühəndis-texniki qurğularından biri hesab edilir. 2018-ci il mayın 29-da Səngəçal terminalında "Cənub qaz dəhlizi"nin rəsmi açılış mərasimindəki nitqində Prezident İlham Əliyev BTC barədə demişdir: "2002-ci ildə biz artıq "Azəri-Çıraq" yatağından böyük neft gözləyərkən məhz burada - Səngəçal terminalının ərazisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini qoyduq. Bu kəmər 2006-cı ildə istifadəyə verildi və bu gün Azərbaycan xalqına, bütün dost ölkələrə xidmət edir. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəinki Azərbaycan nefti, eyni zamanda digər ölkələrin nefti də nəql edilir. Xəzərin şərq sahilində digər ölkələr tərəfindən hasil edilən neft artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır. Azərbaycan bu gün eyni zamanda etibarlı tranzit ölkə kimi qonşu ölkələrə öz imkanlarını təqdim edir".

Kəmər Bosfordan yan keçməklə, onsuz da yüksək hərəkət sıxlığı olan boğazlar vasitəsilə neftin nəqlinin və bununla bağlı ekoloji risklərin azaldılmasına xidmət edir. 

BTC-ni səssiz kəmər də adlandırırlar. Çünki boruları torpaq altında basdırılıb, bu isə müasir dövrdə karbohidrogenlərin nəqlinin ən təhlükəsiz yolu sayılır.

BTC tikinti mərhələsindən başlayaraq regiona əhəmiyyətli faydalar gətirib və müsbət dəyişikliklərə yol açıb. Layihəyə start verildiyi vaxtdan kəmərin marşrutu boyunca yüzlərlə icma ilə sıx əməkdaşlıq şəraitində çoxsaylı sosial təşəbbüs həyata keçirilib və bu fəaliyyət davamlı xarakter daşıyır. 

Bir vacib nüansı da əlavə edək. BTC-nin  bir hissəsi Türkiyənin  2023-cü ildə zəlzələ baş vermiş rayonlarından  keçir. Nə xoş ki, bu təbii fəlakət zamanı kəmərin yeraltı boruları zərrə qədər də zədə almadı. Bu da kəmərin nə dərəcədə etibarlı olduğunu, necə keyfiyyətlə inşa edildiyini bir daha təsdiqlədi.  


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərbaycan iqtisadiyyatının investisiya absorbsiyası” kitabının təqdimatı olub

10:04
17 Aprel

Antalyada növbəti diplomatiya forumu işə başlayır  

10:02
17 Aprel

Azərbaycan neftinin qiyməti 115 dolları ötüb

10:00
17 Aprel

ADY: Kürdəmir stansiyası qapılarını sərnişinlərə açır

09:59
17 Aprel

Livan ordusu İsrailin atəşkəsi pozduğunu təsdiqləyib

09:58
17 Aprel

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb  

09:57
17 Aprel

BMT İsrail və Livan arasında atəşkəsə əməl olunmasına çağırıb  

09:56
17 Aprel

UEFA Avropa və Konfrans Liqasında ilk yarımfinalçılar məlum olub

09:48
17 Aprel

Müdafiə Nazirliyinin rəhbərliyi azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb  

09:45
17 Aprel

ABŞ Prezidenti: Roma Papası ilə razılaşmamaq hüququm var

09:20
17 Aprel

İrsi sınaq

09:15
17 Aprel

Bir ailədən iki şəhid - baba və nəvə

09:10
17 Aprel

Ərdoğan beynəlxalq ictimaiyyəti Cənubi Qafqazdakı sülh proseslərindən nümunə götürməyə çağırıb  

09:09
17 Aprel

Qəddarlığın həddi olmazmış

09:05
17 Aprel

Dərin hikmət və fəlsəfi düşüncə şairi 

09:00
17 Aprel

Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

08:55
17 Aprel

Yeri görünən insan

08:50
17 Aprel

Ömrünü torpağa həsr etmişdi

08:45
17 Aprel

Ölkəmiz üçün müstəsna əhəmiyyəti olan sahə — yerli silah-sursat və hərbi texnika istehsalı

08:43
17 Aprel

Proqnozlara baxmayaraq...

08:35
17 Aprel

Öz gücünə arxalanan dövlət: Azərbaycanın uğur hekayəsi

08:30
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!