25 İyun 2025 18:59
565
SİYASƏT
A- A+
Qvadelup adasına həsr olunmuş konfransın yekun bəyanatı qəbul edilib

Qvadelup adasına həsr olunmuş konfransın yekun bəyanatı qəbul edilib

Bakıda keçirilən Fransanın müstəmləkəçilik siyasətinin əsarətində olan Qvadelup adasına həsr olunmuş “Qvadelupun dekolonizasiyasına doğru! Çağırışlar və perspektivlər” adlı beynəlxalq tematik konfransının yekun bəyanatı qəbul edilib.

AZƏRTAC xəbər verir ki, bəyanatı Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov səsləndirib.

Bəyanatda deyilir:

“Biz, 2025-ci il iyunun 25-də Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Bakı Təşəbbüs Qrupu (BTQ), Qvadelupun Azadlığı Uğrunda Xalq Birliyi (UPLG), Qvadelup Beynəlxalq Təzminatlar Hərəkatı (MIR-Guadeloupe), Qaradərili Xalqların Beynəlxalq Komitəsi (CIPN) və Qvadelup Millətinin Yaranması naminə Güc Hərəkatı (FKNG) ilə birgə təşkil olunmuş və digər Qvadelup vətəndaş cəmiyyəti nümayəndələrinin, siyasi hərəkatların, elmi ocaqların, habelə beynəlxalq insan hüquqları təşkilatlarının fəal iştirakı ilə keçirilmiş “Qvadelupun dekolonizasiyasına doğru! Çağırışlar və perspektivlər” adlı beynəlxalq konfransın iştirakçıları, BMT Nizamnaməsində və xüsusilə müstəmləkə altında olan ölkələrə və onların xalqlarına müstəqilliyin verilməsi ilə bağlı BMT Baş Assambleyasının 1514 (XV) saylı qətnaməsində əks olunmuş prinsiplərə əsaslanaraq, bütün xalqların siyasi statuslarını sərbəst müəyyənləşdirmək və öz siyasi, iqtisadi, sosial və mədəni inkişaf yollarını müstəqil şəkildə seçmək hüququnun toxunulmazlığına dair ortaq öhdəliyimizi bir daha təsdiqləyirik.

Qvadelup hələ də Fransa Respublikasının tabeliyi altında dənizaşırı departament statusunda saxlanılır və bu status, Qvadelup xalqının öz siyasi gələcəyini azad iradəsinə uyğun olaraq tam şəkildə sərbəst müəyyənləşdirmək hüququnun həyata keçirilməsinə mane olur. Biz Qvadelupun məruz qaldığı müstəmləkə cinayətləri və tarixi ədalətsizlikləri – xüsusilə yerli Kalinago xalqının məhv edilməsini, afrikalı qulların və müqavilə əsasında işləyən işçilərin istismarını, eləcə də bərabərsizliyi və asılılığı bu gün də davam etdirən inzibati və iqtisadi strukturların mövcudluğunu xatırladır və bu tarixi ədalətsizliklərin aradan qaldırılmasının zəruriliyini vurğulayırıq. Bu faktların mənfi nəticələri bu gün də öz təsirini göstərir.

Biz, departament statusunun müstəmləkəçiliyə son qoymadığını, onu xüsusi institusional formaya çevirdiyini və bu statusun Fransaya Qvadelup əhalisinin razılığı olmadan ölkəni dekolonizasiya siyahısından çıxarmağa imkan verdiyini qəbul edirik. Hələ də öz həllini tapmayan bu müstəmləkə statusunun nəticələri Qvadelupda davamlı işsizlik, gənclərin kütləvi köçü, sosial bərabərsizlik, iqtisadi asılılıq, zorakılığın artması və ətraf mühitin çirkləndirilməsi, xüsusilə də xlordekon böhranının dağıdıcı təsirləri ilə özünü göstərir.

Biz müstəmləkə mirasının aradan qaldırılması üçün inklüziv dialoqun, tarixi həqiqətin tanınmasının, mədəniyyət və dilin dirçəldilməsinin, ədalətli təzminatın, həmçinin institutlar və təhsil sisteminin dekolonizasiyasının zəruriliyini vurğulayırıq.

Konfrans zamanı iştirakçılar müstəmləkəçilik dövrünün tarixi kontekstini və kollektiv yaddaşı müzakirə ediblər: Siyasi və institusional islahatların həyata keçirilməsinin vacibliyi; müstəmləkə istismarına həkk olunmuş dayanaqlı iqtisadi bərabərsizlikləri; mədəni və intellektual azadlığın bərpası; Həmçinin müqavimət və yeniliyin kimlik və dini əsasları; vətəndaş cəmiyyəti və sosial hərəkatların azadlıq mübarizəsində mərkəzi rolu.

Biz dünyada hələ də müstəmləkə əsarəti altında yaşayan xalqlarla qətiyyətli həmrəyliyimzi bildirir və onların öz talelərini beynəlxalq hüquqa uyğun olaraq sərbəst müəyyən etmək hüququnu dəstəklədiyimizi bir daha təsdiqləyirik. Bu baxımdan, Birləşmiş Millətlər Təşkilatını və aidiyyəti beynəlxalq, regional qurumları Qvadelupun dekolonizasiya prosesini dəstəkləmək, bu xüsusda Qvadelupun BMT-nin özünü idarə etməyən ərazilər siyahısına yenidən daxil edilməsi ilə bağlı konkret tədbirlər görməyə və qətiyyətli şəkildə öz mövqeyini ifadə etməyə çağırırıq.

Biz müstəmləkəçilikdən zərər çəkmiş xalqlar və hərəkatlar arasında dialoq, əməkdaşlıq və fikir mübadiləsinin davam etdirilməsini dəstəkləyirik. Eyni zamanda, Bakı Təşəbbüs Qrupu kimi beynəlxalq platformaların əhəmiyyətini xüsusi vurğulayırıq. Belə platformalar əzilən xalqların səsini dünya ictimaiyyətinə çatdırmaq və qlobal dekolonizasiya gündəminin beynəlxalq platformalara daşınmasında vacib rol oynayır.

Bu bəyanatla biz Qvadelup xalqının suverenliyə sülh yolu ilə, ədalətli və demokratik əsaslarla keçid prosesini dəstəklədiyimizi bildiririk. Qvadelupun gələcəyi yalnız onun xalqına məxsusdur və biz onların haqlı mübarizəsində daim yanlarında olmağa sadiq qalırıq.

Biz bu mühüm konfransın təşkilinə və dekolonizasiya üzrə qlobal məsələlərin irəlilədilməsi üçün göstərdikləri əvəzsiz dəstəyə görə Azərbaycan Respublikasına və Bakı Təşəbbüsü Qrupuna dərin təşəkkürümüzü ifadə edirik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!