Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Üstəgəl, dupduru su və tərtəmiz hava... Bol və keyfiyyətli məhsul yetişdirmək üçün əsas şərtlərdən olan bunların hamısı Qusarda var. O üzdən rayonda məhsuldarlıq getdikcə yüksəlir, kənd təsərrüfatının rayonun iqtisadi inkişafında rolu artır.
Təbiətin verdiyi bütün imkanlardan səmərəli şəkildə bəhrələnən qusarlılar həm yerli bazarın ərzaq məhsulları ilə təmin olunmasına, həm də ölkənin ərzaq təhlükəsizliyinə töhfələrini davam etdirirlər. Dövlətin hərtərəfli dəstəyi, eləcə də yeni texnika və texnologiyaların tətbiqi ilə rayonda aqrar sektor ildən-ilə inkişaf edir. Bunun bir səbəbi də rayonda iqtisadi islahatların sürətlənməsi, ümumiyyətlə, kənd təsərrüfatına xüsusi diqqət verilməsidir. Sahənin qarşısında dayanan mühüm məsələlərlə bağlı vaxtaşırı tədbirlərin keçirilməsi bu məqsədə xidmət edir.
Bu günlər yerli sahibkarların iştirakı ilə daha bir tədbir keçirilmişdir. Tədbir rayonun Kuzunqışlaq kəndi ərazisində yerləşən iri meyvəçilik təsərrüfatı - "Soyuzaqrokontrakt" MMC-nin fəaliyyəti ilə tanışlıq məqsədi daşıyırdı. Əslində, fermerlərlə görüş kimi təşkil olunan tədbirdə təsərrüfat haqqında geniş məlumat verilmişdir. Dövlətin göstərdiyi dəstək qeyd olunmuş, həyata keçirilən islahatlar və qarşıda duran vəzifələr haqqında danışılmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov meyvə yığımı prosesi, soyuducu anbar və kalibrlənmə xəttinin işi ilə tanış olmuş, məhsuldarlıq, məhsulun satışı və qiymətləri ilə maraqlanmış, təsərrüfat rəhbərləri ilə onları maraqlandıran məsələlər mövzusunda söhbət aparmışdır. "Soyuzaqrokontrakt" MMC-nin ərazisində tikilmiş 21 min tonluq soyuducu anbara baxış zamanı rayon rəhbərliyinə və qonaqlara tikilinin funksiyası, iş üsulu və texniki göstəriciləri barədə məlumat verilmişdir.
Təşkil olunan "Dəyirmi masa" ətrafında isə rayon ərazisində fəaliyyət göstərən iri fermer və sahibkarlarla mövcud çətinliklər, problemlər, həyata keçiriləcək tədbirlər haqqında müzakirələr aparılmışdır. Görüşə dəvət olunmuş "İSFA" MMC-nin təsisçisi, Qusar və Yevlax rayonlarında intensiv bağ və tingçilik təsərrüfatlarının rəhbəri Samir Xeyirbəyov, heyvandar fermerlər Sabir Fərzəliyev və Fikrət Ağamirzəyev, "Manner Azerbaycan" və "Ata-baba" MMC-nin direktoru Sudabə Orucova, kartofçu fermer Obayat Mirzağayev təsərrüfatları haqqında ətraflı məlumat vermiş, gələcək planları barədə fikirlərini və təkliflərini bildirmişlər.
Sonda görüş zamanı səsləndirilən məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyi, fermerlərin və təsərrüfat rəhbərlərinin işində yeni qaydaların tətbiq ediləcəyi vurğulanmışdır.
Akif ƏLİYEV,
"Azərbaycan"
Livanda peycerlərlə bağlı qadağa tətbiq edildi
Gürcüstan parlamentinin Sədri ABŞ-nin sanksiyalarını ölkəyə hücum kimi qiymətləndirib
Türkiyə Ukrayna ilə bağlı danışıqların gündəliyini açıqlayıb
Avropa Parlamenti Aİ ölkələrini Kiyevin Rusiyaya hücum etməsinə icazə verməyə çağırıb
Livanda peycer və rasiyaların partlaması nəticəsində 37 nəfər həlak olub
Azərbaycanda stolüstü tennisin inkişaf perspektivləri yüksək qiymətləndirilib
Baş Prokurorluğun nümayəndələri beynəlxalq təşkilatların tədbirlərində iştirak ediblər
Damir Muxetdinov: Məscidlərin dağıdılması və təhqir olunması bütün müsəlmanların hiddətinə səbəb olur
“Teknofest” aerokosmik və texnologiya festivalında Azərbaycan komandası yarışın qalibi olub
Prezident İlham Əliyev Ağdamın Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olub YENİLƏNİB
Yutubda bir neçə yeni funksiya əlavə olunub
Prezident İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib YENİLƏNİB
BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi ilə görüş keçirilib
Sabiq “Arsenal”lı həbs edildi
“ADEX” və “Securex Caspian” sərgilərinə həsr olunmuş mətbuat konfransı keçirilib
Təcili qanı artıq dronlar çatdıracaq
EKSKLÜZİV: Qara Qarayev 3 seçim qarşısında
Kaxa Kaladze: Böyük dövlətlərin Gürcüstandan öz maraqları üçün istifadə etməsinə imkan verməyəcəyik
Seçicilər namizədlərə nə qədər inanır? - ABŞ-da sorğu
Şuşada Bayraq Meydanının açılışı olub YENİLƏNƏCƏK
"Əl-Nəsr" italiyalı mütəxəssisə tapşırılıb
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!