24 Dekabr 2022 03:32
2069
SİYASƏT
A- A+
Qurucu Prezident, Müzəffər Ali Baş Komandan

Qurucu Prezident, Müzəffər Ali Baş Komandan

 

Prezident İlham Əliyev tariximizə Zəfər paradını qəbul etmiş Müzəffər Ali Baş Komandan kimi düşüb. Onun rəhbərliyi altında şanlı ordumuzun 2020-ci ildə 44 günlük Vətən müharibəsində fədakarcasına və qəhrəmancasına qazandığı böyük Zəfər və ərazilərimizin 30 illik işğaldan azad edilməsi Azərbaycan tarixinin ən qürurlu səhifəsidir. Bu 1993-cü ildə Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin  uçurumun astanasında olan Azərbaycana qayıdışı ilə başlayan və İlham Əliyevin ləyaqətlə davam etdirdiyi yolun məntiqi nəticəsi idi. 
44 günlük Vətən müharibəsi, onun kulminasiya nöqtəsi hesab olunan Şuşanın azad edilməsi və böyük Zəfərimiz xalqımızın milli qürurunu və tarixi ədaləti bərpa etdi. 
Prezident,  Müzəffər Ali Baş Komandan 10 dekabr 2020-ci ildə Zəfər paradını qəbul etdi. Bu paradda türk mehmetcikləri də Azərbaycan əsgərləri ilə çiyin-çiyinə addımladı. Eyni zamanda Zəfər paradında qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etdi. Bu hadisə tarixi baxımdan məntiqlidir, çünki vaxtilə Nuru Paşanın komandanlığı altında türk əsgərləri paytaxt Bakının və digər ərazilərimizin bolşeviklərin dəstəklədiyi erməni daşnak dəstələrindən azad olunmasında qəhrəmancasına iştirak etmiş, 16 sentyabr 1918-ci ildə isə Azərbaycan və türk əsgərləri qələbə münasibətilə rəsmi keçid etmişlər. Rus tarixçisi Andrey Zubov 10 dekabr 2020-ci il Zəfər paradını və orada Azərbaycan və Türkiyə Prezidentlərinin birgə iştirakını yeni bir geosiyasi ittifaqın - Azərbaycan-Türkiyə müttəfiqliyinin doğuşu kimi xarakterizə etmişdi. Zubov haqlı idi. Çox keçmədi ki, Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan 15 iyun 2021-ci ildə Şuşa şəhərində iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsini imzaladılar. İki qardaş ölkənin - iki təbii müttəfiqin müttəfiqliyi rəsmiləşdirildi. 
Bu böyük Zəfərdən sonra qarşımızda duran əsas vəzifələrdən biri işğaldan azad edilmiş və işğal zamanı viran qoyulmuş şəhər və kəndlərimizin, ümumiyyətlə, Qarabağın və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması və inkişafıdır. Vətən müharibəsinin bitməsindən ötən iki il ərzində işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin miqyası və əldə edilən nailiyyətlər artıq Müzəffər Ali Baş Komandan İlham Əliyevin tariximizə həm də qurucu Prezident kimi düşəcəyinə əminlik yaradır. İşğaldan azad edilmiş Füzulidə və Zəngilanda iki beynəlxalq hava limanının inşa edilib istifadəyə verilməsi, Laçında üçüncü beynəlxalq hava limanının inşaatının sürətlə davam etməsi, Zəngilan rayonunun Ağalı kəndində "ağıllı kənd"in inşa edilməsi və ilk doğma sakinlərinin artıq orada məskunlaşması və Füzuli rayonunun Dövlətyarlı kəndində "ağıllı kənd"in təməlinin qoyulması və tikinti işlərinin aparılması Prezident İlham Əliyevin böyük quruculuq baxışının ilk praktik nişanələridir. Bundan əlavə, Şuşaya gediş-gəlişi təmin edən Zəfər yolunun inşası, digər çoxsaylı yol-nəqliyyat və infrastruktur layihələrinin həyata keçirilməsi, xəstəxana, məktəb və sair sosial müəssisələrin yaradılması, hotellərin, elektrik stansiyalarının, yeni iş yerlərinin  açılması da bu qəbildən olan quruculuq işləri sırasındadır. 
 2022-ci ilin 16 noyabrında Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair I Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam verdi. Burada məqsəd Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasında bəyan edilmiş "İşğaldan azad olunmuş ərazilərə Böyük qayıdış" Milli Prioritetinin icra edilməsini təmin etməkdir. Bu o deməkdir ki, Prezident İlham Əliyev ərazilərimizə Böyük qayıdışı milli prioritet kimi müəyyən edib və bu məqsədlə ilk dövlət proqramı artıq təsdiq olunub. Beləliklə, Böyük qayıdış proqramı İlham Əliyevin quruculuq məfkurəsinin işğaldan azad edilmiş ərazilərimizdə sistemli və kompleks surətdə həyata keçirilməsini nəzərdə tutur.
Müvafiq olaraq, Böyük qayıdışa dair dövlət proqramı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilərdə bərpa-quruculuq və əhalinin doğma torpaqlarında məskunlaşması ilə bağlı olan məsələləri, hədəfləri və inkişaf istiqamətlərini nəzərdə tutur. Xüsusi qeyd olunmalıdır ki, Böyük qayıdış çərçivəsində əhalinin doğma torpaqlarında məskunlaşması üçün ərazilərin ən müasir beynəlxalq standartlara uyğun "ağıllı kənd" və "ağıllı şəhər" konsepsiyaları əsasında bərpa və yenidən qurulması əsas hədəflərdən biridir. Buna görə də, ərazilərimizin yenidən qurulması və doğma sakinlərinin oraya Böyük qayıdışı müvafiq infrastrukturun yaradılması, iqtisadiyyatın yenidən qurulması, sosial inkişaf tədbirlərinin həyata keçirilməsi, ətraf mühitin qorunması kimi istiqamətlərdə innovativ yanaşmaların geniş tətbiqi ilə icra olunur. 
Böyük qayıdışın sürətli icrasına əsas maneə torpaqlarımızın işğal dövründə Ermənistan tərəfindən kütləvi surətdə minalanmasıdır. Müharibə başa çatdıqdan sonra həm hərbçilər, həm mülki şəxslər arasında mina qurbanları vardır və onların sayı yüzlərlədır. Ona görə də Böyük qayıdış nəhəng miqyasda aparılan tikinti və bərpa işlərindən əlavə çox həssas, mürəkkəb, vaxt aparan və ölüm saçan minalanma probleminin həllini tələb edir. Məhz bununla bağlı olaraq insanlarımızın həyatının təhlükəsizliyini əsas götürən dövlət başçımız bu problemin həllini prioritetdə saxlayır, həm beynəlxalq görüş və tədbirlərdə bu məsələni gündəmə gətirir, həm də ərazilərin minalardan təmizlənməsi məqsədilə müasir texnologiyaların alınmasını və tətbiqini, müvafiq kadrların hazırlanmasını, mina təmizləmə işinin intensivləşdirilməsi və genişləndirilməsini təmin edən siyasət yürüdür.
Dövlət başçımız İlham Əliyev tariximizə Zəfər paradını qəbul etmiş Müzəffər Ali Baş Komandan kimi düşüb. Onun təşəbbüsü və rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda aparılan böyük quruculuq işləri, ümumiyyətlə, ölkəmizin inkişafı naminə çoxşaxəli fəaliyyəti İlham Əliyevin həm də qurucu Prezident olduğuna dəlalət edir. Bu böyük Zəfər və nəhəng quruculuq işləri olmasaydı, indi Azərbaycan da yəqin ki, indiki kimi güclü və qürurlu olmazdı, bəlkə taleyimiz də fərqli olardı. Bu isə onu deməyə əsas verir ki, İlham Əliyevin Müzəffər Ali Baş Komandan və qurucu Prezident kimi xalqımızın və dövlətimizin taleyində oynadığı rol parlaq və misilsizdir. 
Britaniyalı mütəfəkkir Volter Beyghot iki amilin - şəxsi keyfiyyətlərin və motivasiyanın liderin uğur qazana bilməsində önəmini vurğulayırdı. Prezident İlham Əliyevin də taleyüklü missiyanın öhdəsindən gəlməsində şəxsi liderlik keyfiyyətləri və xalqımızın vətən sevgisindən aldığı motivasiya bariz surətdə görünür. 

Adil ƏLİYEV,
Milli Məclis Sədrinin müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!