06 İyun 2025 09:30
2336
Mədəniyyət
A- A+
Qurbanlıq necə olmalıdır?

Qurbanlıq necə olmalıdır?


Qurban bayramı bütün müsəlman ölkələrində geniş qeyd olunur. Hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günü qeyd olunan bu bayram mərhəmət, xeyriyyə və sosial yardımlaşma kimi mənəvi dəyərlərin təbliğinə xidmət edir.

Qurbanı fərdi və ya müştərək qaydada da kəsmək olar. Xırda buynuzlu heyvan fərdi qaydada, iri buynuzlu heyvanların isə müştərək qaydada kəsilməsi məqbul sayılır. Qurbanlıq heyvan hər şeydən öncə sağlam və nöqsansız olmalıdır. Qurbanlıq üçün qoyuna üstünlük verilsə də, 6-7 ayı tamam olmuş keçidən, 5 yaşı tamam olmuş dəvədən və 1 yaşı tamam olmuş inək və ya camış cinslərindən də istifadə etmək mümkündür.  

Qurbanlıq heyvanların düzgün şəkildə kəsilməsi, ətin gigiyenik və sağlam şəraitdə saxlanılması da olduqca önəmlidir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən (AQTA) bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi məntəqəsi təşkil olunub. Onlardan 77-si həm kəsim, həm satış, 30-u satış, 28-si isə yalnız kəsim xidmətləri təqdim edir. Bəzi regionlarda səyyar heyvan kəsimi çadırları da quraşdırılmışdır.

Qida məsələləri üzrə mütəxəssis Ağa Salamovun sözlərinə görə, kəsim yerləri sanitar normativlərə riayət etməli, kəsilən heyvanlar isə baytar nəzarətindən keçirilməlidir. Kəsim zamanı istifadə edilən bıçaq və saxlama qabları yuyulub dezinfeksiya olunmalıdır. Çünki xəstəlik daşıyıcısı olan heyvanlardan insanlara sağlamlığı riskə atan bakterial, virus, parazit və göbələk xəstəlikləri keçə bilər. Xüsusilə də yay ayları ət və ət məhsullarında bakteriyaların çoxalması üçün olduqca münasib vaxtdır. Belə ki, əlverişli şəraitdə bir bakteriya 3 saat ərzində 100 milyona, 12 saatda isə 16 milyarda çata bilər.

"Havalar isti olduğu üçün ətin emal prosesi - doğranması, ətçəkən maşında çəkilməsi, bişirilməsi tez müddətdə bitməlidir. Çox vaxt əti kəsdikdən sonra onu hissələrə doğrayıb polietilen torbalara qoyurlar. Ət saatlarla onun içində qalaraq mikrobioloji çirklənməyə məruz qalır. Çalışmaq lazımdır ki, ət polietilen torbaya qoyulsa da, sərin temperaturda saxlanılsın, yəni ət boğulmasın. Heyvan kəsilən kimi əti 1-2 saat içində paylanmalıdır. Torbanın ağzı açıq qalanda da ətə hava-damcı yolu ilə bakteriyalar yığılır. Ona görə də əti sərin yerdə saxlamaq lazımdır. Çox vaxt kəsimdən sonra əti soyuducuda saxlayıb növbəti gün səhər və ya axşam paylayırlar. Bu zaman ət üst-üstə yığılır, arada istilik qalır və bakteriyaların yaranması üçün əlverişli mühit formalaşır. Ona görə də ət paketlənəndən sonra dərhal ünvana çatdırılmalıdır", - deyə mütəxəssis bildirib.

Qurban ətləri 2-4 dərəcə soyuducu temperaturunda 48 saat müddətində saxlanılıb bişirilə, dərin dondurucuda 3 aydan 5 aya qədər mühafizə edilib istifadə oluna bilər. Yeni kəsilmiş ət otaq temperaturunda uzun müddət qalmamalıdır, iki saat ərzində bişirilib süfrəyə verilməlidir.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!