17 May 2025 08:55
715
Mədəniyyət
A- A+
Qubanın hər daşında bir tarix yatır

Qubanın hər daşında bir tarix yatır


Rayonda keçmişin silinməz izlərinə həssas münasibət var 


Quba təkcə əsrarəngiz təbiəti ilə seçilmir. Bu bölgəmiz zəngin tarixi keçmişi ilə də diqqət çəkir. Cəsarətlə demək olar ki, Qubanın turizm bölgəsi kimi şöhrət tapmasında  rayondakı tarixi abidələrin də özünəməxsus rolu var. 

Biz bu abidələri çox görmüşük, onlara dəfələrlə tamaşa etmiş və tarixlərinə aid nələri isə öyrənməyə maraq göstərmişik. Bu dəfə isə həmin abidələrə qiyabi səfərimizə Quba Soyqırım Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova bələdçilik edir. Tarixçi həmsöhbətimiz abidələrin əhəmiyyətindən danışaraq bildirdi ki, onların bərpası xüsusi proqram üzrə aparılır. İlk mərhələdə məscidlər bərpa olunub və onlardan biri Səkinəxanım məscididir. Səkinəxanım məscidi 1854-cü ildə Quba şəhərində tikilmiş tarix-memarlıq abidəsidir. Məscid Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək üçün ədibin həyat yoldaşı Səkinə xanım Bakıxanovanın şəxsi vəsaiti hesabına tikilib. İbadət evi dördbucaq formasındadır. Tavanı dörd sütun üzərində dayanıb. Döşəməsi daş plitələrlə üzlənib. Məscidin  9 pəncərəsi və 2 qapısı var. Damı isə dəmir təbəqə ilə işlənib. Onu da qeyd edək ki, sovet dövrünün qadağaları bu tarixi abidədən də yan keçməyib. Belə ki, həmin vaxt məsciddən tikiş fabriki kimi istifadə edilib. Lakin zaman dəyişəndən sonra  Nazirlər Kabinetinin 2 avqust 2001-ci il qərarı ilə bu tikili ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Rayonun  tarixi abidələrlə zəngin kəndlərindən biri Ağbildir. "Ağbil" sözü türk mənşəli olub kiçik qəbir daşı mənasını ifadə edir. Sovet hakimiyyəti illərində buradakı qədim tikililərdən ikisi dağıdılsa da, ikisi qorunub saxlanılıb. Bu günədək gəlib çıxan həmin abidələrdən biri Şeyx Məziyyət türbəsidir. 1537-ci ildə Şirvanşahlar dövründə tikilən türbəni sonralar yerli əhali bərpa edib. Tarixi məlumatlara görə, türbələr Şirvanşah Xəlilullahın göstərişi ilə memar Tacəddin tərəfindən inşa olunub. Bununla yanaşı, Ağbil türbələrinin olduğu ərazidə müxtəlif qəbir daşlarına da rast gəlinir.

Hazırda mövcud olan iki türbənin içində qəbirlər var. Türbələrin yerləşdiyi ərazidə kurqanlar və sandıq qəbirlər də mövcuddur. Qəbir daşları  Səfəvi hökmdarı Şah İsmayılın yürüşləri zamanı həlak olan döyüşçülərin buradakı məzarlarda dəfn olunduğundan xəbər verir. 

Bir qədər aralıda isə Şeyx Rəşid türbəsi yerləşir. Abidə xaricdən 8 guşəli, daxildən isə 4 bucaqlı quruluşa  malikdir.  Şeyx Rəşidin məzarı da buradadır. Qədim tikili Şərq üslubunda inşa edilib. Hazırda insanlar buradan ibadət yeri kimi istifadə edirlər. 

Quba abidələrindən danışan həmsöhbətim Rəxşəndə xanım "Altı günbəz" sinaqoqunun tarixini də vərəqləyir. Öyrənirik ki, bu, 1888-ci ildə Gillel ben Xaimin layihəsinə əsasən tikilmiş bir tarixi abidədir. Məbədin 14 əsas pəncərəsi var. Böyük ibadət zalı olan sinaqoq Şərq memarlıq üslubunda tikilib. İçərisindəki ibadət divarına baxan hissə aron-kaduş adlanır. O, hündürlüyünə görə Avropada təkrarı olmayan və  Qüdsə baxan qibləgahdır. Hündürlüyü 7 metrdir. Müqəddəs kitab həmin divarda yerləşən dolabda saxlanılır. Sinaqoq Quba xanı Hüseyn Əli xanın icazəsi ilə Qilqat məhəlləsinin sakinlərinin Qələdüz kəndi ətrafından indiki əraziyə 6 gün ərzində köçürülmələrinin simvoludur. Yeri gəlmişkən, dağ yəhudiləri bütün Quba xanlarının dövründə hər bir sahədə qayğı və dəstək ilə əhatə olunmuşlar. Onlar bu xatirəni yaşadır və həmişə ehtiramla xatırlayırlar.

Rustov kəndində yerləşən qədim tarixə malik olan məscidin də maraqlı memarlıq quruluşu var. 1903-cü ildə inşa edilən məscidin cənub fasadında dairəvi pəncərənin aşağısında yerləşən yonulmuş əhəngdaşı üzərində oyma üsulu ilə binanın Hacı Yusif tərəfindən tikildiyi yazılıb. Deyilənlərə görə, Azərbaycanın böyük xeyriyyəçisi, milyonçu Hacı Zeynalabdin Tağıyevin də məscidin tikilməsində maddi köməyi olub. Təbii ki, sovet hakimiyyəti illərində bu məscid də bağlanmış və binadan taxıl anbarı kimi istifadə edilmişdi. Bu möhtəşəm dini və tarixi abidə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra yenidən dindarların istifadəsinə verilib. 

Onu da bildirək ki, yerli əhəmiyyətli memarlıq abidəsi olan məscidin bünövrəsi kürsülük səviyyəsinə qədər çay daşından hörülüb. Divarlar isə kürsülük hissədə çay daşı ilə yonulmuş əhəngdaşının kombinasiyası şəklində, qalan yerlərdə bişmiş kərpicdən inşa edilib. Qadınlar üçün nəzərdə tutulmuş ikinci mərtəbə  eyvanın üstündə yerləşir. Məscidin damının örtük konstruksiyasında palıd tirlərdən istifadə olunub. 2008-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən məsciddə bərpa işləri aparılıb. Həmçinin məscidin həyətində yeni köməkçi bina tikilib, abidənin ətrafında abadlıq işləri  görülüb.

Birinci Nügədidəki məscid XIX əsrin əvvəllərində kəndin sakinləri  tərəfindən tikdirilmişdir. Məscid çiy kərpicdən, minarə isə 15 metr hündürlükdə qırmızı kərpicdən  inşa olunub. Minarənin yaşı  məsciddən təxminən 10-13 il çoxdur. İlk dəfə məscid və minarə eyni vaxtda tikilibmiş. Amma sonradan  məscidin kiçik olduğunu görüblər və onu sökərək yerində hazırkı məscidi inşa ediblər. Minarənin üzərindəki daş lövhədə bu sözlər  yazılıb: "Bu minarə hicri-qəməri təqvim ilə 1316-cı ildə Rəcəb ayında tikilib". Daş lövhənin aşağı hissəsində isə qeyd olunub: "Əzaya qalmadan namaza tələs, ölmədən əvvəl də tövbəyə tələs. Bu minarə şərif Hacə-Hacı-Muhamməd tərəfindən tikilib". Minarənin sol tərəfindəki başqa bir daş lövhədə isə  yazılıb: "Bu məscid Molla Zəki Solban oğlu tərəfindən tikilib". 

Sovet hökuməti illərində bu məscidin binasından da  başqa təyinat üzrə istifadə edilib. 1930-cu ildən bura kinoklub, idman zalı və anbar olub. Ətrafındakı hücrələr isə uşaq bağçasına verilib. Anbar kimi fəaliyyət göstərən vaxt məscidin taxta döşəmələri sökülüb atılıb və üzlük daşlarla əvəz edilib. Məscidin dam örtüyü  yararsız hala düşdüyü üçün 1986-cı ildə təmir olunub. Dam örtüyü dəyişdirilib, xarici fasadlar yenilənib.

Qubada bu və digər abidələrə həssaslıqla yanaşılır. Ümumiyyətlə, rayonda milli irsin qorunması və bərpası istiqamətində  ardıcıl işlər görülür. Bu da tariximizə verilən dəyərə əsaslanır  və onu gələcək nəsillərə ötürmək kimi yüksək  amaldan qaynaqlanır.


Akif ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!