25 Oktyabr 2025 12:15
1204
SİYASƏT
A- A+
Qubadlının bərpası dövlətimizin qüdrətinin təcəssümüdür

Qubadlının bərpası dövlətimizin qüdrətinin təcəssümüdür


25 oktyabr tarixi xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış tarixi günlərdən biridir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, rəşadətli Ordumuzun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi nəticəsində 2020-ci il 25 oktyabrda Qubadlı şəhəri işğaldan azad edildi.

Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.  Deputat bildirib ki, cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixində imzaladığı Sərəncamla bu əlamətdar gün rəsmi olaraq Qubadlı Şəhəri Günü kimi təsis olunmuşdur: “Bu qərar yalnız bir rayonun deyil, bütövlükdə Qarabağın dirçəlişi və suverenliyimizin təntənəsi baxımından mühüm rəmzdir.

Qubadlı rayonunun işğaldan azad olunması 44 günlük Vətən müharibəsində mühüm dönüş nöqtələrindən biri oldu və Böyük Qələbəmizi bir qədər də yaxınlaşdırdı. Ulu torpaqlarımıza yenidən həyat qayıtdı, Qubadlıya öz sahibləri, onun qəhrəman, mərd övladları qayıtdı”.

Millət vəkilinin sözlərinə görə, Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə Azərbaycan əsgəri yüksək peşəkarlıq, fədakarlıq və vətən sevgisi nümayiş etdirdi. Düşmənin güclü istehkamlar qurduğu ərazilər, strateji yüksəkliklər mərdliklə ələ keçirildi və nəticədə 25 oktyabrda Qubadlı şəhəri düşməndən tam azad olundu. Bu şanlı zəfər bir daha göstərdi ki, Azərbaycan xalqı heç vaxt torpaqlarını, tarixi ədaləti unutmur və unudulmasına da imkan verməz.

Azərbaycan Ordusunun qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. 2020-ci il noyabrın 26-da təsis edilmiş “Qubadlının azad olunmasına görə” medalı ilə 15 mindən artıq hərbi qulluqçumuz təltif olunub. Bu, Vətən qarşısında misilsiz xidmətin, igidliyin və qələbə ruhunun təntənəsidir.

Fatma Yıldırım qeyd edib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Qubadlı rayonunda "Böyük Qayıdış" Proqramı çərçivəsində genişmiqyaslı bərpa və quruculuq işləri aparılır: “ Artıq Qubadlının yeni inkişaf dövrü başlanıb. 2040-cı ilədək Qubadlı şəhərinin Baş planı təsdiq edilib, “Qubadlı” yarımstansiyası istifadəyə verilib, sürətli internet infrastrukturu qurulub. Mahruzlu və Zilanlı kəndlərində müasir tikinti layihələri həyata keçirilir. Qubadlı-Eyvazlı və Qubadlı-Laçın avtomobil yollarının inşası, “Qubadlı” gömrük postunun yaradılması, ərazinin sosial-iqtisadi dirçəlişinə böyük təkan verir. Bütün bu layihələr dövlətimizin qayğısının, cənab Prezidentimizin uzaqgörən siyasətinin təcəssümüdür.

25 oktyabr Qubadlı Şəhəri Günü münasibətilə bütün qubadlılı həmvətənlərimizi, qəhrəman əsgər və zabitlərimizi səmimi-qəlbdən təbrik edir, onlara əmin-amanlıq və rifah arzulayıram”.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir   

21:08
14 Noyabr

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

20:09
14 Noyabr

"Meta" 805 milyon avro məbləğində cərimələnib

19:29
14 Noyabr

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

18:12
14 Noyabr

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

16:44
14 Noyabr

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

15:39
14 Noyabr

Azərbaycan-Böyük Britaniya iqtisadi əlaqələri enerji layihələri ilə məhdudlaşmır

15:12
14 Noyabr

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

14:53
14 Noyabr

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

14:41
14 Noyabr

Azərbaycan–Böyük Britaniya münasibətləri strateji tərəfdaşlıq müstəvisində

14:39
14 Noyabr

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

14:36
14 Noyabr

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

14:31
14 Noyabr

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

13:26
14 Noyabr

Bir gündə 10 təşəbbüs, 10 görüş...

13:26
14 Noyabr

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

12:47
14 Noyabr

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir

12:29
14 Noyabr

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

12:25
14 Noyabr

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

12:01
14 Noyabr

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

11:48
14 Noyabr

Azərbaycan nefti 102 dollara satılır

11:27
14 Noyabr

Azərbaycan Avropanın enerji keçidində iştirak edəcək vacib tərəfdaşdır

11:24
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!