18 Sentyabr 2026 12:02
191
CƏMİYYƏT
A- A+
Quba Soyqırımı Memorial Kompleksini indiyədək milyondan çox insan ziyarət edib  

Quba Soyqırımı Memorial Kompleksini indiyədək milyondan çox insan ziyarət edib  


Qubada Soyqırımı Memorial Kompleksinin yaradılmasından 13 il ötür.

Memorial kompleksdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, açıldığı gündən bəri buranı 1 milyondan çox insan ziyarət edib. Onların da 200 mindən çoxu xarici qonaqlardır.

Məlumatda qeyd olunur ki, 2007-ci il aprel ayının 1-də Quba şəhər stadionu ərazisində torpaq işləri görülərkən kütləvi məzarlıq aşkar edilib. Həmin ilin iyul ayından etibarən ümumi sahəsi 514 kvadratmetr olan ərazidə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları tərəfindən tədqiqat işlərinə başlanılıb. Arxeoloji qazıntılar nəticəsində insan sümükləri ilə doldurulmuş 2 quyu və 2 arx (kanal) aşkar edilib. 2008-ci ilin sentyabrında tədqiqat işləri başa çatdırılıb və məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyənləşib.

Prezident İlham Əliyev 2009-cu il dekabrın 30-da Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında Sərəncam imzalanıb. Heydər Əliyev Fondunun dəstəyi ilə Qudyalçayın sol sahilində memorial kompleks inşa edilib və 2013-cü il sentyabrın 18-də açılışı olub. Açılışda Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.

Ümumi sahəsi 3,5 hektar olan kompleks 5 hissədən ibarətdir: xatirə abidəsi, məzarlıq, Soyqırımı muzeyi, Bayraq meydanı və İnformasiya mərkəzi.

Kompleksə gələn yerli və xarici ziyarətçilərə 4 dildə - Azərbaycan, rus, ingilis və ərəb dillərində ətraflı məlumatlar verilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BŞDYPİ Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib  

12:22
18 Sentyabr

Hörmüz boğazında gəmi vurulub

12:21
18 Sentyabr

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri təkliflərini bildiriblər  

12:20
18 Sentyabr

Məleykə Abbaszadə: Dövlət qulluğuna qəbul prosesinin bütün mərhələləri rəqəmsallaşdırılıb  

12:12
18 Sentyabr

FHN avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edib 

12:05
18 Sentyabr

Azərbaycan dövlətçiliyinin zəfər salnaməsində yeni mərhələ

12:02
18 Sentyabr

Quba Soyqırımı Memorial Kompleksini indiyədək milyondan çox insan ziyarət edib  

12:02
18 Sentyabr

Adil Kərimli: Üzeyir Hacıbəylinin yaradıcılığı milli musiqimizin inkişafında mühüm rol oynayıb  

11:52
18 Sentyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb

11:50
18 Sentyabr

Mədəniyyət və incəsənət xadimləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

11:40
18 Sentyabr

Atlantik okeanında son 60 ilin ən uzun qasırğasız dövrü yaşanır

11:18
18 Sentyabr

Çindən 7 yeni yük lokomotivi Bakıya gətirilib

11:16
18 Sentyabr

Xankəndidə TDT ölkələrinin insan resursları üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşü keçirilir  

11:14
18 Sentyabr

Qızıl və gümüş bahalaşıb 

11:12
18 Sentyabr

Birjalarda neft ucuzlaşıb 

11:11
18 Sentyabr

Xarici diplomatların Azərbaycanın suveren ərazisinə səfərini hədəfə almaq qəbuledilməzdir  

11:07
18 Sentyabr

DTX 5 ölkədə antiterror tədbirləri keçirib, saxlanılanlar var

11:02
18 Sentyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb  

10:59
18 Sentyabr

Azərbaycan nefti 121 dollara satılır

10:23
18 Sentyabr

Tariximizlə müasirliyin musiqi vəhdəti

10:10
18 Sentyabr

Saqqallı yetimlər

10:00
18 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!