08 İyul 2025 08:35
425
İQTİSADİYYAT
A- A+
Qohum evliliyinə "yox" dedik, çünki...

Qohum evliliyinə "yox" dedik, çünki...


- Ay Yaqut, deyirəm, özümüzün qora dərənimiz də var, səbət hörənimiz də. Nə üçün dağa-daşa düşək. Yadındadırmı, o vaxt uşaqların adlarını da bir-birinə yaraşdırdıq. Mən Bəyazı öz qızım kimi sevirəm. Bizim Ayaz da sizin gözünüzün qabağında böyüyüb...

Bu elçilik Yaqutun ürəyincə idi. Odur ki, əlini qaynı arvadının əlinin üstünə qoyaraq tezcə öz fikrini bildirdi:

- Ay Səriyyə, mən heç istəyərəmmi ki, xurcunumu əyəm, daşım gedib düşə qəribliyə. Amma qoy qardaşlar bir-birilə danışsınlar.

Elə həmin günün axşamı  iki qardaş - Əmrahla İmran az qala bir ağızdan:

- Sümüyümüzü özgə sümüyünə calamayaq, - deyərək övladlarını evləndirmək qərarına gəldilər.   

Sonra da kənd ağsaqqalları, yaxın qohum-əqraba bir yerə toplaşdı. "Əmioğlu ilə əmiqizinin kəbini göydə kəsilib" deyimini təkrar edərək gənclərə xoşbəxtlik arzuladılar.

Lakin illər əvvəl dərindən düşünülməyərək verilən bu xeyir-dua Ayazla Bəyazın xoşbəxtliyinə vəsilə olmadı. Gənc ailənin ilkini olan oğlan uşağı cəmi bir neçə gün yaşadı. İlyarım sonra cavanlar təxminən eynilə ikinci ağrını yaşadılar. Beləcə, bu cütlük gənclik illərinin bəxş etdiyi sevincdən məhrum olaraq, çalışdıqları sahələrdə həmkarlarından geri qalaraq yaşadıqları bölgə ilə Bakı arasındakı kilometrlərlə uzanan yolda, paytaxtın ən mötəbər klinikalarında günlərlə, aylarla vaxt itirdilər. Hər yerdə də həkimlər eyni sözü deyirdilər. Bu əzablara səbəb qohum evliliyidir... 

Uzun əzablı yollardan keçən, xeyli müddət ardıcıl müalicə qəbul edən, az qala son ümüdləri də tükənən Ayazla Bəyaz, nəhayət, on il sonra sağlam övlad sahibi ola bildilər.

Yəqin ki, hər birimiz buna bənzər talelərin şahidiyik. Ona görə də uzun illərdir ölkəmizdə bu sahədə maarifləndirmə işləri aparılır. Həkimlər qohum evliliyinin fəsadlarından danışmaqdan yorulmadılar, peşman cütlüklər ətrafdakılara səsləndilər ki, amandır, səhv etməyin. Amma nəticəsi olmadı. Bu da statistik rəqəmlər: 2024-cü ildə ölkəmizdə 1935 qohum nikahı bağlanıb. Cari ilin beş ayında isə onların sayı 2034 olub. Bu sürətli artımın bir səbəbi qohum izdivacları sövdələşmələrinin, ümumiyyətlə, səngimədiyi idi. Digər, daha böyük bir səbəb isə qohumla nişanlanan gənclərin toyunun ilin birinci yarısında nikahlarının tezliklə, yəni iyulun 1-dək rəsmi qeydiyyatdan keçirilməsi məqsədindən qaynaqlanırdı.  

Bir sözlə, maarifləndirmə tədbirlərinin fayda vermədiyi üçün dövlətin sözügedən məsələyə qarışması zərurətə çevrildi. İndi budur, iyulun 1-dən etibarən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Ailə Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılıb. Məsələnin  sənəddə öz əksini necə tapdığına diqqət yetirək. Beləliklə, "qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları; bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu nikaha daxil ola bilməz".

Təbii ki, dəyişikliyi ən çox dəstəkləyənlər həkimlərdir. Həkim-genetik Eldəniz Bayramov vurğulayır ki, qohum evliliyi genetik baxımdan risklidir:

- Qohumlar eyni genetik materialı paylaşdığı üçün nadir resessiv gen xəstəlikləri, irsi, irsi meyilli xəstəliklərin, məsələn, talassemiya, fenilketonuriya, hemofiliya, anadangəlmə metabolik pozğunluqlar, şəkərli diabetin övladlarda ortaya çıxmasının böyük ehtimalı var. Qohum evliliyindən doğulan uşaqlarda fiziki və ya əqli inkişaf pozuntuları - əqli gerilik, nitq ləngiməsi, autizm pozuntuları, eşitmə və görmə pozuntuları daha çox görülə bilər. Doğuş və hamiləlik problemləri, aşağı doğum çəkisi, ölü doğum riski, ana bətnində dölün inkişaf qüsurları da gözləniləndir. 

Həkim həmçinin o fikrini də bölüşür ki, bu cür evliliklərin psixoloji və sosial fəsadları da var. Belə ki, sözügedən halların baş verdiyi ailələrdə daim stres yaşanır, ər və arvad öz aralarında günahkarlıq hissi keçirirlər. Beləliklə, irsiyyətlə bağlı problemlər ailədaxili münasibətlərə də mənfi təsir edir. Bir sözlə, cəmiyyətin sağlam genetik inkişafı üçün müxtəlif gen fondları vacibdir.

İxtiyar yaşlı Bakı sakini Nazim Tağıyev isə məsələnin digər bir tərəfinə toxunur:

- Biz dörd qardaş olmuşuq. Anam bizi qohum qızlarla evləndirməyi düşünürdü. Atam mane oldu. Həyat göstərdi ki, düzgün elədi, gəlinlərindən biri bakılı, biri naxçıvanlı, biri göyçaylı, biri tovuzludur. Görün, neçə yerdə qohumlarımız var. Necə deyərlər, ailəmiz şaxələnib. Fikrimcə, bir az da dərindən düşünəndə bu, müxtəlif bölgələrin insanlarının bir-birini yaxından tanımasına, sıx birləşməsinə, yerliçilik kimi hisslərdən uzaqlaşmasına bir dəstəkdir. Belə olduqda şəhərlə kənd də bir-birinə daha bir addım yaxınlaşır. İndiki dildə buna inteqrasiya deyirlər.

İndi bəziləri düşünürlər ki, qohum evliliyini qadağan etmək şəxsi azadlığı məhdudlaşdırmaqdır. Əvvəla, qohum evlilikləri əsasən valideynlərin tövsiyəsi, bəzən də təkidi ilə baş verir. İkincisi, qohum oğlanla qız evlənərlərsə, vətəndaş nikahında yaşaya bilərlər. Bunu heç kəs qadağan etmir. Lakin onların nikahı heç vaxt rəsmiləşdirilməyəcək və övladları ömürboyu qanunsuz doğulmuş sayılacaq. Üçüncüsü isə, bu necə şəxsi azadlıqdır ki, xəstə uşaqların dünyaya gəlib əziyyət çəkməsinə rəvac verir və sənə olmazın iztirablar yaşadır. 

Sual edənlər də var ki, əgər iki yaxın qohum bir-birini çox sevirsə, onda necə  olsun? Adətən əksər hallarda yaxın qan qohumları, məsələn, xalaqızı-xalaoğlu, dayıoğlu-bibiqızı və s. bir-birini bacı-qardaş kimi sevirlər. Əgər onlar bunu inkar edib bir-birinə gələcək həyat yoldaşı kimi baxırlarsa, onda düşünsünlər və görsünlər ki, ortaya nə qədər sual çıxır: "Biz hansı irsi və genetik xəstəliklərin daşıyıcılarıyıq? Əgər daşıyıcıyıqsa, gələcək uşaqlarımızın da xəstə və daşıyıcı doğulacağını anlayırıqmı? Bu xəstəliklərin müalicəsi külli miqdarda xərc tələb edir. Buna maddi imkan çatacaqmı? Bir valideyn olaraq hər cəhətdən ağır olan bu yükü çiynimiz götürə biləcəkmi?"

Və nəhayət, ömürboyu peşmançılıq çəkmək asandır, yoxsa bəri başdan ağıl və iradənin köməyi ilə hərəkət etmək?   

Bəziləri də deyir ki, Ailə Məcəlləsindəki dəyişiklik dini nikahların çoxalmasına yol açacaq. Dini kəbinin qanuni qüvvəsi olmasa belə, bəzi cütlüklərin öz evliliklərinə "rəsmiyyət" vermələri üçün bir vasitəyə çevrilir. Buna icazə verilməsə də, yalnız dini kəbinlə yaşayan ailələr az deyil. O səbəbdən aidiyyəti qurumlar da ciddi düşünməli və bunun qarşısını almalıdırlar. Dövlətin qohum evliliyinə qadağa qoyduğu halda din xadimlərinin kəbin kəsərək sabah xəstə uşaqların dünyaya gəlməsinə imkan yaratmağına nə ad vermək olar? Qısası, qanuni nikah olmadan kəbin kəsən din xadimi öz vicdanı və Allah qarşısında günahkardır, xalq və dövlət qarşısında isə məsuliyyət daşımalıdır.

Şübhəsiz ki, qohum evliliyinin qadağası bu vaxtadək baş verən bir çox xoşagəlməz halı aradan götürəcək. Əgər əvvəl bu istiqamətdə yalnız maarifləndirmə aparılırdısa, indi konkret qadağalar əsasdır. Yaxud belə deyək: qanun qanundur və hər kəs üçün mütləqdir.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!