19 Mart 2023 02:48
995
İQTİSADİYYAT
A- A+
"Qoca qitə" gənc üzvünə etibar edir

"Qoca qitə" gənc üzvünə etibar edir

 

Azərbaycan bu etibarı güvənli tərəfdaş olması ilə qazanıb

 

Avropa ilə iqtisadi əməkdaşlığın ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyi yeni fakt deyil. Çünki "qoca qitə" dünya iqtisadiyyatının əsas məkanlarından biridir və Azərbaycan da Avropanın bir parçası kimi onun imkanlarından yararlanmağa çalışır. Məsələn, Avropa yüksək alıcılıq qabiliyyəti olan bazar olduğu üçün biz enerji daşıyıcılarımızı burada yüksək  qiymətə sata bilirik.
Amma Rusiya-Ukrayna müharibəsi indi Azərbaycanın Avropa qitəsi üçün iqtisadi əhəmiyyətini artırıb. Səbəbi sirr deyil: Avropa Rusiya qazından asılılığına son qoymaq barədə qərar qəbul etdiyi üçün ölkəmizdən qaz və elektrik enerjisinin idxalını artırmaq istəyir. Düzdür, Azərbaycanın Avropaya idxal etdiyi qaz qitə ölkələrinin tələbatının elə də yüksək faizini təmin etmir. Amma Azərbaycanın etibarlı tərəfdaş olması və gələcəkdə qaz ixracını artırmaq perspektivləri ölkəmizi bu sahədə Avropanın yaxın tərəfdaşı etmişdir.  
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri zamanı digər məsələlərlə yanaşı, enerji sahəsində əməkdaşlığa üstünlük verilməsi də elə bununla bağlıdır. Səfər çərçivəsində dövlətimizin başçısının Almaniyanın öndə gedən şirkət rəhbərləri ilə görüşü zamanı alman şirkətlərinin Azərbaycana böyük marağının bir daha şahidi olduq. Şahidi olduq ki, alman iş adamları Azərbaycana bütün sahələr üzrə etibarlı tərəfdaş və fayda gətirəcək partnyor kimi baxırlar. Bununla belə, görüş zamanı müzakirə olunan məsələlərdə qaz və elektrik enerjisi ixracı yenə də əsas yer tuturdu. 
Məlumdur ki, Avropa bir neçə il əvvəl alternativ enerjiyə keçid barədə qərar qəbul etmişdir. Rusiya-Ukrayna müharibəsindən sonra bu məsələyə diqqət daha da artmışdır. "Qoca qitə" bu yolla Rusiyadan enerji asılılığına son qoymaqla yanaşı, ətraf mühiti qorumaq da istəyir. Yaxşı haldır ki, ölkəmiz bu sahədə də zəngin potensiala malikdir.
Prezident İlham Əliyev görüşdə ölkənin bərpaolunan enerji imkanları barədə demişdir: "Qarabağ və Şərqi Zəngəzur bölgələrini artıq "yaşıl enerji zonası" elan etmişik. Orada yalnız bərpaolunan enerji mənbələrindən istifadə ediləcək. Bu mənbələr nəinki həmin yerlərdə insanların və sənayenin tələbatını ödəyəcək, o cümlədən ölkənin qalan hissəsinə də xidmət edəcək. Eyni zamanda bərpaolunan enerji mənbələrinin böyük potensialı var. Ola bilsin, biz bu mövzunu görüşümüz zamanı daha geniş şəkildə müzakirə edə bilərik. Lakin deyə bilərəm ki, Azərbaycanda külək və günəş enerjisi mənbələrinin potensialı 200 qiqavata yaxındır. Beləliklə, hazırda biz nəinki xarici sərmayədarları cəlb etməkdə davam edirik, o cümlədən həmin enerji həcmlərini ixrac etmək məqsədilə lazımi ötürmə imkanlarını da yaradırıq". 
Dövlət başçısı bildirmişdir ki, bu gün bizim icra olunan iki müqaviləmiz var. Onlardan biri "Masdar", digəri isə "ACWA Power" ilə imzalanıb. Bunlar iki qlobal enerji şirkətləridir və onlar bərpaolunan enerjiyə böyük sərmayə yatırırlar. 470 meqavatlıq həmin iki müqavilə icra olunmaqdadır. Əlavə olaraq hazırda Azərbaycan bərpa edilən enerji sahəsində dünyanın qabaqcıl şirkətləri ilə anlaşma memorandumları və müqavilələr imzalayıb və onların həcm səviyyəsi 25 giqavatdır. 
Aparılan ilkin araşdırmalara görə, hazırda ölkəmizin bərpaolunan enerji imkanları 200 giqavata yaxındır. Təkcə Xəzər dənizindəki imkanlarımız 157 giqavatdır. Bunlar ilkin mərhələdə aparılan araşdırmalar nəticəsində təsdiq olunmuş potensialdır. Gələcəkdə isə bu rəqəmlərin yüksəlmək ehtimalı istisna edilmir.
Prezident İlham Əliyev həmişə siyasi və iqtisadi layihələri vaxtında və düzgün dəyərləndirməyi bacaran liderdir. Bu, dəfələrlə sınaqdan çıxmış bir həqiqətdir. Məsələn, dövlət başçısı indi Orta dəhliz adlandırılan "Şərq-Qərb" nəqliyyat marşrutunun fəaliyyəti üçün lazım olan bütün tədbirləri vaxtında görmüşdür. Bu istiqamətdə yaradılan süni maneələr də zamanında dəf olunmuşdur. Marşrutun Gürcüstan ərazisindən keçən hissəsinin ölkəmiz tərəfindən maliyyələşdirilməsi buna misaldır. İndi də Avropa "yaşıl enerji"nin ixracından əvvəl Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan, Gürcüstan, Rumıniya arasında elektrik enerjisinin ötürülməsi barədə dəhlizin yaradılması üçün saziş imzalanmışdır.
Almaniya Kansleri Olaf Şolts Prezident İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında Azərbaycan-Almaniya və Avropa əlaqələrini yüksək qiymətləndirərək demişdir: "Azərbaycan həm Almaniya, həm Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaşdır. Ölkənin həm Almaniyanın, həm də Avropa İttifaqının  enerji təchizatı üçün böyük potensialı mövcuddur, Azərbaycan öz töhfəsini verə bilər və eyni zamanda bərpaolunan enerji də bizim əməkdaşlığımızın bir mövzusudur". Avropanın lokomativ  ölkəsinin hökumət başçısının bəyanatından da aydın olur ki, "qoca qitə" gənc üzvünə etibar edir.

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!