06 May 2025 09:10
606
İQTİSADİYYAT
A- A+
Qlobal ticarət savaşı: bir addım irəli, iki addım geri

Qlobal ticarət savaşı: bir addım irəli, iki addım geri


Dünyanın çətin, keşməkeşli anları çox olub. Tez-tez təbii fəlakətlə üzləşən bəşəriyyət çoxlu dağıntıya və böyük insan itkisinə səbəb olmuş iki dünya müharibəsinin içindən keçib. İndi də üçüncü dünya müharibəsinin fərqli bir forma və məzmununu yaşayır.

Son dövrlər Qərbin yenidən təkbaşına dünya hökmdarlığına sahib olmaq istəyi ciddi etirazlara və onlardan doğan münaqişələrə səbəb olub. Qərb və Şərq bloku arasında baş verən bu gərginlik özünü Rusiya-Ukrayna, İsrail-HƏMAS, İsrail-Hizbullah, indi də Suriya ətrafında baş verən qarşıdurmalarla müşahidə olunur. Bu qanlı-dağıntılı müharibələrin dayandırılması və sülh danışıqlarına başlanması barədə çağırışlar edilsə də, hələlik bir nəticə vermir. Ən pisi isə odur ki, belə vəziyyətin nə vaxtadək davam edəcəyi məlum deyil.

Bu, üçüncü dünya müharibəsi deyil, bəs nədir? Üstəlik də kimin, kimin yanında yer aldığı bəlli olsa da, cəbhə xəttinin dəqiq haradan keçdiyi məlum deyil. Bunun başlıca səbəbi Amerika Birləşmiş Ştatlarının təzə administrasiyanın yeni dünya düzənini qurmaq istəməsi barədə apardığı siyasətdir. Əvvəllər ABŞ qərar qəbul edərkən müttəfiqləri ilə məsləhətləşirdi, indi isə bu qaydalara əməl olunmur. Belə hal ABŞ-nin müttəfiqləri arasında böyük çaşqınlıq yaradıb. Məsələn, Avropada ABŞ-nin Çinə (və dünyanın əksər ölkələrinə) tətbiq etdiyi ticarət rüsumları ilə bağlı qərarı anlaşılsa da, əzəli müttəfiqlərinin də həmin siyahıya salınması başa düşülmür. Çünki bu, illərlə davam edən müttəfiqliyin sonu deməkdir. 

Amma ABŞ Prezidentinin də qərarında öz məntiqi və həqiqəti var. O, belə hesab edir ki, indiyədək ticarət apardığı ölkələr dünyanın ən qüdrətli dövlətinin imkanlarından yalnız öz xeyirləri üçün istifadə ediblər. D.Tramp dünyaya ticarət rüsumu savaşı açmaqla hesab etdiyi bu ədalətsizliyə son qoymaq istəyir. Problemsə  ondadır ki, bu siyasətə qarşı ABŞ-nin ticarət partnyorları da qarşılıqlı rüsum tətbiq etməklə cavab verməkdə qərarlıdırlar. O üzdən hazırda dünya ticarətində fizikanın "təsir əks-təsirə bərabərdir" qanunundan qaynaqlanan proses baş verir. Dünyanın tanınmış mütəxəssislərinin fikirlərinə görə, Amerikanın Çinə qarşı açdığı ticarət savaşı Asiya nəhənginin iqtisadi inkişafına 0,5 faizə qədər mənfi təsir göstərə bilər. Ümumilikdə isə yüksəlişini dayandıra bilməz. Eyni zamanda bir çox iqtisadçılar deyirlər ki, belə hal davam edərsə, iki ildən sonra ABŞ-nin iqtisadiyyatının çətin duruma düşmək ehtimalı var. Onların qənaətinə görə, əgər ticarətdə rüsum savaşları davam edərsə, ABŞ-yə məhsul idxalı kəskin şəkildə azalacaq, qıtlıq yaranacaq və məhsulların qiyməti artacaq ki, bu da amerikalıların alıcılıq səviyyəsinin aşağı düşməsinə səbəb olacaq.

Buna baxmayaraq, Amerikanın hədəfində olan əsas ölkə Çin olaraq qalır. Bu da səbəbsiz deyil. Çünki Çin ABŞ-nin ən çox ticarət apardığı ölkədir. Bu iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin səviyyəsi trilyon dolları ötür. Ondan isə daha çox Çin faydalanır. Donald Trampın da Çini hədəf göstərməsi bununla bağlıdır. ABŞ Prezidenti yaranmış vəziyyətlə bağlı demişdir: "Bilirsiniz, mən Çinlə ədalətli razılaşma istəyirəm, lakin Çin artıq uzun illərdir ki, bizdən oğurluq edir. Odur ki, bəlkə də nəzərə almalı olan bəzi aspektlər var, kiçik bir qisas".

Artıq Amerikada anlamağa başlayıblar ki, qlobal ticarətdə uzun illər davam edən qaydalardan birdən-birə imtina etmək onlar üçün da faydalı olmayacaq, yəni bu, "bir addım irəli, iki addım geri" effekti verəcək. Artıq dövlət başçısı səviyyəsində müsbət mesajlar verilməyə başlanılıb. Belə ki, D.Tramp Çinə qarşı idxal rüsumlarını azaldacağını bildirib. Səbəbini iki ölkə arasında qarşılıqlı anlaşma olmadan ticarət apara bilməmələri qərarına gəlmələri ilə izah edib.

Sual olunur: ABŞ nə üçün Çinlə ticarətdə uduzur? Bunun başlıca səbəbi son illər Asiya ölkəsinin ABŞ bazarlarına ucuz məhsul ixrac etməsidir. O səbəbdən amerikalılar Çin məhsullarına üstünlük verirlər. Belə vəziyyət nə qədər davam edəcəksə, "Əjdahalar ölkə"si ticarət rəqabətində üstün mövqedə olacaq. Özü də bu cür hal təkcə ABŞ-lə bağlı deyil. Məlum olduğu kimi, Çin dünya bazarında elektrikli avtomobillər satışında liderdir. Odur ki, Avropanın uzun illər dünya markası olan avtomobil şirkətləri Çini birgə məhsul istehsalına dəvət etmək məcburiyyətində qalıb. Qorxurlar ki, Çinlə əməkdaşlıq etməsə, qısa bir müddətdə iflasa uğraya bilərlər.

Dünya ticarət savaşları davam edərsə, qlobal iqtisadiyyatda geriləmə müşahidə ediləcək. Bunu dünyada anlamağa başlayıblar və bunun üçün çıxış yolları axtarılır.  Elə buna görə də Amerikada dövlət başçısı səviyyəsində qarşılıqlı anlaşmalar olacağı barədə müsbət mesajlar verilir. Hələlik gərginlik davam etsə də, ümid edilir ki, tezliklə dövlətlər arasında bir anlaşma olacaq.


Rüstəm KAMAL,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!