07 Aprel 2024 08:45
1041
İQTİSADİYYAT
A- A+
Qlobal istiləşmə nəhəng buzlaqlara qarşı

Qlobal istiləşmə nəhəng buzlaqlara qarşı

 

Mavi planet tədricən yaşıl rəngə boyanır

 

Yer kürəsinin iqlimi daim dəyişir. Ötən əsrlər planetdə iqlim dəyişikliyi təbii hadisələrlə əlaqədar olurdu.  Amma müasir dövrdə insan öz əli ilə fəlakətlərə yol açır, faciələr törədir. Bu sıçrayış  əsasən XX əsrin əvvəlindən başlayıb. Son yüz ildə meydana gələn və "istixana effekti" deyilən istilah  bəşəriyyətə olduqca mənfi təsir göstərir.  Havaya  buraxılan istixana qazları Yer kürəsini məhvə aparır.
Yüksələn hava hərarəti  Qrenlandiya, Şimal  Buzlu okean və Antarktidadakı buz örtüklərinə ərimə dərəcəsində təsir etdiyi üçün okeanların səviyyəsini artırır. Dünyanın şirin su ehtiyatının 90, planetin buzlaqlarının isə 85 faizi məhz Antarktida materikində toplanıb. Böyük və ciddi rahatsızlıq odur ki, Yer kürəsində gündən-günə əhatə və təsir dairəsi genişlənən qlobal iqlim dəyişikliyi planetimizin buzlaqlarının əriməsi təhlükəsini artırır. Həmin buzlaqlar planetimizdə hava cərəyanının tənzimlənməsində, iqlim və onun amillərinin formalaşmasında, eləcə də biosferin və ekosistemin sabitliyinin təmin olunmasında, şirin su ehtiyatının toplanmasında misilsiz, planetar və bəşəri əhəmiyyət kəsb edir. Mütəxəssislərin fikrincə, bu ərimə prosesi davam edərsə, qarşıdakı min il ərzində okeanın səviyyəsi bir neçə metr yüksələ bilər. "Aşağı emissiya ssenarisi"ndə hesablanıb ki, 2080-ci ilədək suyun səviyyəsinin 9 santimetrdən 48 santimetrədək qalxmaq ehtimalı var. 
Yer kürəsinin bir çox yerində buzlaqlar həm də əsas su anbarı rolunu oynayır. Dünya əhalisinin 20 faizindən çoxu buzlaqlardan axan yay ərimə sularından içmək, kənd təsərrüfatında və su elektrik stansiyalarını idarə etmək üçün istifadə edir. Ona görə də buzlaqların nə qədər dəyişdiyini izləmək vacibdir. Dünyanın buzlaqları təkcə qütblərdə deyil, bütün en dairələrində yayılıb. Bir neçə yüz buzlaq müntəzəm olaraq yer səviyyəsində ölçülür və bu üsul onları qiymətləndirməyin ən yaxşı yolu sayılır. Amma indi buzlaqlar həm də kosmosdan müşahidə edilir ki, bu da  onların iqlim dəyişikliyinə necə reaksiya verdiyinə diqqət yetirməyin yeganə yoludur.
Hazırda dünyada 160-dan çox kosmik cihaz iqlim dəyişikliyinə nəzarət edir. İqlim dəyişikliyi ilə bağlı məlumatların 60 faizdən çoxu məhz kosmosdan alınır. Bu sırada Azərbaycanın da yeri var. Ölkəmiz iqlim dəyişikliklərinin izlənilməsində kosmosdan, kosmik texnologiyalardan istifadə edir. Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") iqlim dəyişikliyinin kosmosdan ölçülməsi ilə bağlı ilk dəfə xüsusi elektron platforma hazırlayıb. Bu günlər "Azərkosmos"da  keçirilən "İqlim dəyişikliyinə kosmik baxış" adlı tədbirdə səslənən "kosmik texnologiyalar iqlim dəyişikliyinin monitorinqinin ən mühüm vasitələrindən birinə çevrilib" fikri ətrafında aparılan müzakirələrdə  vurğulanıb ki, hər kəs artıq iqlim dəyişikliyinin şahidi olur. Bunun üçün Xəzərin sahilinə getmək kifayətdir. 
"Azərkosmos" idarə heyətinin sədri Saməddin Əsədov deyib: "Azərbaycanda iqlim dəyişikliyi ilə bağlı elektron platforma, "Climate Change from Space" istifadəyə verilib. Yeni platforma iki dildə olmaqla 5 bölmədən ibarətdir. Platformada göstərilən məlumatlar iqlim dəyişikliyi barədə məlumatlılıq səviyyəsinin artmasına töhfə verəcək. Burada 21 milyon kvadratmetr ərazinin son 30 ildə plan hesabatı artıq kosmik texnologiyalar vasitəsilə əldə edilib. Qeyd etmək istəyirəm ki, elektron platforma üçün əsas informasiya mənbəyi "Azersky-2" peyki olub". 
Sədr onu da diqqətə çatdırıb ki, noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29)  bu  elektron platforma  tədbirin  uğuruna yardım edəcəyinə ümid edir. 
Tədbirin iqlim, su ehtiyatları, Xəzər dənizi ilə bağlı araşdırma aparan tədqiqatçılar, alimlər, gənclər, tələbələr üçün təhlil, statistika, proqnozlaşdırma ilə bağlı önəmli vasitə olacağına əminliyini bildirən sədr bu əminliyin "Azərkosmos"un  kosmik cihazlarının verdiyi proqnozlardan irəli gəldiyini deyib.
Bu gün alimlər  kosmik cihazlardan başqa, dünya buzlaqlarının vəziyyətini özündə əks etdirən ən yaxşı peyk xəritəsini əldə ediblər. Ötən il Avropanın "Cryosat" kosmik gəmisi Yerdəki 200 minə yaxın buzlağı izləyib və onların iqlim dəyişikliyi səbəbindən 10 il ərzində 2 milyard 720 milyon ton buz itirdiyini müəyyən edib. Bu, 10 il ərzində onların ümumi kütləsinin 2 faizinin itirilməsi deməkdir. Məlumat üçün bildirək ki, "Cryosat" Avropa Kosmik Agentliyinin Yer müşahidəçisidir. Bu kosmik gəmi planetin səthi boyunca hündürlüklərdəki dəyişiklikləri, xüsusən də buz sahələrinin hündürlüyündə baş verən prosesləri izləmək üçün mikrodalğalı impulslar göndərən "radar altimetri" adlı bir aləti daşıyır. Həmin  alət Antarktida və Qrenlandiyanın daxili hissəsindəki incə dalğalanmaları izləyir. Onu da qeyd edək ki, hazırda "Cryosat" dizayn müddətindən  çox istifadə edilmiş köhnə kosmik gəmidir. Elm adamları ondan daha bir neçə il də məlumat almağa ümid etsələr də, günün birində fəaliyyətini dayandıracağı ehtimalını da qəbul edirlər. Bu səbəbdən Avropa İttifaqı hazırda "Cristal" adlı uzunmüddətli peyk seriyasını hazırlamağı planlaşdırır.
ABŞ-nin Milli Kosmos Agentliyinin (NASA) araşdırmasına görə, iqlim dəyişikliyi planetin rəngini də dəyişməyə başlayıb. Son 20 ildə okeanların yarısından çoxu iqlim dəyişikliyinin gətirdiyi istiləşmə səbəbindən mavi rəngdən yaşıl rəngə keçib. Mütəxəssislər bundan çox rahatsızdırlar. Çünki bu rəng dəyişikliyi ekosistemin sürətlə korlanmasından xəbər verir.

Züleyxa  ƏLİYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!