18 Noyabr 2026 08:55
308
İQTİSADİYYAT
A- A+
Qlobal istiləşmə dağların "buz yaddaşı"nı əridir

Qlobal istiləşmə dağların "buz yaddaşı"nı əridir


Proses Azərbaycanın su təhlükəsizliyi ilə bağlı rahatsızlıqları artırır


Dünyanın ən möhtəşəm ağ mənzərələrindən sayılan buzlaqlar iqlim dəyişmələrinə ən çox məruz qalan təbiət abidələrindən hesab olunur. Alp dağlarından Himalayadək, Andlardan Qafqazadək uzanan buzlaqların sahəsi və həcmi getdikcə azalır. Qlobal temperaturun yüksəlməsi nəticəsində minilliklər ərzində formalaşmış bu təbii su anbarları son illər sürətlə kiçilir. 

Buzlaqların kiçilməsi həm dağ mənzərəsini dəyişir, həm də dünyanın, o cümlədən Azərbaycanın su ehtiyatları və dağ ekosistemləri üçün yeni təhlükələr yaradır. BMT-nin Ətraf Mühit Proqramının 2024-cü ildə açıqladığı hesabatda son 100 ildə Qafqaz buzlaqlarının orta hesabla 600 metr geri çəkildiyi, 2000-ci ildən bəri isə buzlaqlarda toplanmış 11 milyard tondan çox şirin suyun itirildiyi bildirilir. 

Azərbaycan ərazisində buzlaqlar Böyük Qafqazın şimal-şərq yamacında -  Qusarçayın hövzəsində mövcuddur. Burada buzlaqlar qar xəttinin yüksək olduğu və onların əmələ gəlib saxlanılması üçün əlverişli şəraitə malik ayrı-ayrı zirvələrdə və həmin zirvələrin yamaclarında saxlanılıb. Morfoloji tipinə görə respublikanın dağ buzlaqları iki əsas tipə bölünür: dağ yamaclarının buzlaqları (kar, asılı kar, asılı buzlaqlar) və  dağ zirvələrinin buzlaqları (yastı zirvə buzlaqları).  Birinci tip buzlaqlar Baş Qafqaz silsiləsinin Bazardüzü, Bazaryurd, Tufan və başqa zirvələrinin yamaclarında, ikincisi isə Yan silsiləsinin Şahdağ zirvəsində müşahidə olunur.

Bəs sadaladığımız buzlaqların hazırkı vəziyyəti necədir? Ərimə prosesi Azərbaycanın su ehtiyatlarına və dağ çaylarına necə təsir edir? Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun məlumatları  ayrı-ayrı dağlarda buzlaq sahələrinin ciddi dərəcədə azaldığını göstərir. İnstitutun hesablamalarına əsasən, 1990-2022-ci illərdə Şahdağ buzlağının sahəsi 22,5, Bazaryurd buzlağının sahəsi 83,3, Çarundağ buzlağının sahəsi isə 90,3 faiz azalıb. Bazardüzü zirvəsində vaxtilə 3,62 kvadratkilometr ərazini əhatə edən qar-buzlaq ekosisteminin sahəsi təxminən 92,3 faiz kiçilərək 0,28 kvadratkilometrə düşüb. 

Buzlaqların əriməsi ilə bağlı rahasıztlıq Azərbaycanın rəsmi gündəliyində  xüsusi yer tutur. Qlobal iqlim dəyişmələrinin dağ ekosistemlərinə təsiri, buzlaqların qorunması və onların monitorinqinin maliyyələşdirilməsi məsələlərinə toxunan Baş nazirin müavini Teymur Musayev "Buzlaqlarla əlaqədar uyğunlaşma, azalma, itki və zərər, onların monitorinqinin maliyyələşdirilməsi" mövzusunda keçirilən yüksəksəviyyəli tədbirdə çıxış edərək bildirib ki, buzlaqların sürətlə əriməsi milyardlarla insanın su təhlükəsizliyini birbaşa təhdid edir. Onun sözlərinə görə, əsrlər boyu dağ icmaları təbiətlə tarazlıq şəraitində yaşayaraq aşağı axınlarda məskunlaşan əhalinin su təminatında mühüm rol oynayıb. Lakin iqlim dəyişmələri nəticəsində tarazlıq pozulur. Daimi donuşluğun (permafrostun) əriməsi, torpaq sürüşmələri və dağıdıcı daşqınlar daha tez-tez müşahidə olunur. Qafqaz dağları Azərbaycan üçün həyati əhəmiyyət daşıyan su mənbəyidir.  Qusarçay hövzəsində buzlaqlarla bağlı ilk rəsmi məlumatlar 1890-cı ilə aiddir. Son illər aparılan sahə müşahidələri isə ərimə prosesinin əhəmiyyətli dərəcədə sürətləndiyini göstərir.

Çox təəssüf ki, 2017-2025-ci illərdə Böyük Qafqazın Azərbaycan hissəsində buzlaqların sahəsi 9 faiz azalıb. Bu göstərici buzlaqların əhatə etdiyi ərazinin kiçilməsini əks etdirir. Lakin buz ehtiyatlarının itkisi yalnız sahənin azalması ilə ölçülmür. Buzlaqların əriməsi ilə bağlı daha yeni elmi araşdırma Azərbaycanın vəziyyətini təsdiqləyən mühüm rəqəmlər ortaya qoyur. 2026-cı il oktyabrın 20-də "Remote Sensing" elmi jurnalında dərc olunan tədqiqatda Böyük Qafqaz buzlaqlarının 1960-2025-ci illər üzrə həcmi qiymətləndirilib. Tədqiqatçılar Azərbaycanı Böyük Qafqazda buzlaq həcminin nisbi azalmasının ən yüksək olduğu ölkə kimi göstəriblər.  Araşdırmalar göstərir ki, 1960-cı ildə Azərbaycanın Böyük Qafqaz hissəsindəki buzlaqlarının ümumi həcmi təxminən 0,25 kubkilometr olduğu halda 2025-ci ildə bu göstərici cəmi 0,004 kubkilometrə düşüb. Başqa sözlə, 65 il ərzində buz ehtiyatının 98,4 faizi itirilib. Qusarçay hövzəsində son 19 ildə aparılan tədqiqatlar qar örtüyünün su ehtiyatlarındakı payının azalma tendensiyasını ortaya qoyub. 

Buzlaqların əriməsi Azərbaycanın su ehtiyatlarına hansı dərəcədə təsir edir? Məlumdur ki, buzlaqlar dağ çaylarının təbii qidalanma mənbələrindən biridir. Qış aylarında toplanan qar və buz isti mövsümdə tədricən əriyərək çaylara su verir. Bu proses xüsusən yağıntıların azaldığı və temperaturun yüksəldiyi yay aylarında  böyük əhəmiyyət kəsb edir. Təbii ki,  temperaturun yüksəlməsi nəticəsində buzlaqların normadan artıq və sürətlə əriməsi heç də həmişə müsbət nəticə vermir. İlkin mərhələdə ərinti sularının artması dağ çaylarında suyun səviyyəsinin və axımının yüksəlməsinə səbəb ola bilər. 

Bu gün dünyanın müxtəlif regionlarında buzlaqlar sürətlə geri çəkilir. Azərbaycan üçün bu proses yalnız dağ zirvələrindəki buz ehtiyatlarının itirilməsi demək deyil. Buzlaqların kiçilməsi gələcəkdə dağ çaylarının su ilə qidalanmasına, su ehtiyatlarının mövsümi bölgüsünə və bütövlükdə ölkənin su təhlükəsizliyinə təsir göstərə bilər. Çünki ölkənin dağlıq ərazilərindəki buz ehtiyatları məhduddur və onların itirilməsi ekosistemin tarazlığını pozur.

Mövcud vəziyyət göstərir ki, buzlaqların qorunması onların sahəsinin və həcminin azalmasını qeydə almaqla bitmir. Müntəzəm elmi müşahidələrin aparılması, peyk texnologiyalarından istifadə etməklə dəyişikliklərin izlənməsi, buzlaqların əriməsinin çayların su ehtiyatlarına təsirinin qiymətləndirilməsi vacibdir. Dağlıq ərazilərdə sel, daşqın və sürüşmə kimi risklərin əvvəlcədən müəyyənləşdirilməsi üçün erkən xəbərdarlıq sistemlərinin inkişafını sürətləndirmək, eləcə də mümkün təhlükələrin qarşısının alınması və nəticələrinin minimuma endirilməsi istiqamətində qabaqlayıcı tədbirlər görmək zəruridir.

Buzlaqların taleyi, sadəcə, dağların zirvələrində baş verən dəyişiklik deyil. O həm də gələcək su ehtiyatlarımız, ekoloji tarazlığımız və gələcək nəsillərin təbii sərvətlərdən istifadə imkanları ilə bağlı məsələdir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisdə büdcə zərfinə daxil olan qanun layihələri müzakirə edilir  

11:23
18 Noyabr

COP31-də binalarda enerji səmərəliliyinin artırılmasında bələdiyyələrin rolu mövzusunda müzakirə təşkil olunub  

11:05
18 Noyabr

Vərəm əleyhinə peyvəndin 3-cü faza sınaqlarının nəticəsi 2028-ci ildə məlum olacaq

11:04
18 Noyabr

Ötən gün ölkə ərazisində 52 cinayətin üstü açılıb, axtarışda olan 116 nəfər saxlanılıb

10:58
18 Noyabr

Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub  

10:57
18 Noyabr

Azərbaycan və Gürcüstan enerji sahəsində əməkdaşlığın yeni perspektivlərini nəzərdən keçirib  

10:56
18 Noyabr

Çin və Rusiya liderlərinin görüşü keçirilib

10:55
18 Noyabr

Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya olunub

10:55
18 Noyabr

ABŞ "qızılcadan azad" statusunu itirib

10:34
18 Noyabr

Ünvanlı dövlət sosial yardım alan ailələrin sayı açıqlanıb

10:33
18 Noyabr

Qızıl və gümüş ucuzlaşıb

10:32
18 Noyabr

Neft ucuzlaşıb 

10:32
18 Noyabr

Azərbaycan nefti 98 dollara satılır

10:31
18 Noyabr

“Cambridge” Lüğəti ilin sözünü seçib  

10:13
18 Noyabr

Trampa sui-qəsd planı hazırlayan Pakistan vətəndaşı 27,5 il həbs cəzası alıb

09:46
18 Noyabr

UEFA Millətlər Liqası: Danimarka Norveçə, Uels isə Portuqaliyaya məğlub olub

09:43
18 Noyabr

Rutte: NATO ölkələri Ukraynaya silah alınması üçün ABŞ-yə 10 milyard dollardan çox vəsait ödəyib  

09:41
18 Noyabr

Alimlər xroniki iltihabın yaranma mexanizmini araşdırmaq üçün yeni alət hazırlayıblar

09:20
18 Noyabr

Türkiyədə çıxan dərgidə çap edilmiş məqaləsinin qurbanı oldu

09:15
18 Noyabr

Azadlıq carçısı, inqilab şairi

09:10
18 Noyabr

Xalçaçılığa ürəkdən bağlandı, ilmələrlə möcüzələr yaratdı

09:05
18 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!