12 Noyabr 2025 18:35
654
CƏMİYYƏT
A- A+
"Qlobal hüquqi transformasiyalar dövründə konstitusionalizm və dövlət suverenliyi" mövzusu müzakirə edilib  

"Qlobal hüquqi transformasiyalar dövründə konstitusionalizm və dövlət suverenliyi" mövzusu müzakirə edilib  


Noyabrın 12-də “Konstitusiya və qanunun aliliyi müasir hüquq sistemlərində” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində “Qlobal hüquqi transformasiyalar dövründə konstitusionalizm və dövlət suverenliyi” adlı panel təşkil olunub.

AZƏRTAC xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı Ombudsman Assosiasiyasının Baş Katibi, Pakistan Vergi Ombudsmanının hüquq müşaviri

Almas Ali Jovindahın moderatorluğu ilə keçirilən paneldə çıxış edən Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyevin sözlərinə görə, Azərbaycan konstitusiya ənənələrini qorumaqla yanaşı, beynəlxalq hüquq normalarına hörmət edən və onlarla uzlaşan hüquqi sistem formalaşdırıb. Ölkəmiz həm milli, həm də beynəlxalq hüquq sistemlərinin dayanıqlılığını təmin etməklə, hüquqi dövlət və demokratik cəmiyyət prinsiplərinə sadiqliyini nümayiş etdirir. Fərid Hacıyev

qeyd edib ki, müasir dövrdə hüquq sisteminin tənzimlənməsi, rəqəmsal texnologiyaların sürətli inkişafı və yeni qlobal çağırışlar Konstitusiyaya yeni missiyalar yükləyir. Artıq təkcə klassik deyil, yeni nəsil insan hüquqlarının, rəqəmsal təhlükəsizlik, şəxsi məlumatların qorunması, ətraf mühitin mühafizəsi və sosial ədalət kimi məsələlərin təmin edilməsi Konstitusiyanın mühüm istiqamətlərindən birinə çevrilib. “Konstitusiya yalnız bugünün deyil, həm də gələcəyin təminatçısıdır. O, dövlət və cəmiyyət arasında balansı qoruyan, vətəndaşların hüquq və azadlıqlarını, dövlətin isə məsuliyyət və öhdəliklərini müəyyən edən ali hüquqi sənəddir. Bu gün dünya qlobal hüquqi transformasiyalar dövrünü yaşayır. Belə bir şəraitdə konstitusionalizm və dövlət suverenliyi məsələlərinin əhəmiyyəti daha da artır. Beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, təhlükəsizlik arxitekturasının yeni formalaşması və regional risklərin artması dövlətlərin üzərinə yeni məsuliyyətlər qoyur”,- deyə Fərid Hacıyev vurğulayıb.

Tədbirdə çıxış edən Tailand Krallığı Konstitusiya Məhkəməsinin hakimi Noppadon Teppitak bildirib ki, konstitusionalizm Konstitusiyaya əsaslanır və fərdlərin hüquqlarını qoruyur: "Bu, yalnız yazılı konstitusiya deyil, praktikada tətbiq olunan konstitusiya prinsipləridir. Bu, hakimiyyətin özbaşına şəkildə istifadəsinin qarşısını alan normalardır. Konstitusionalizm əsas demokratik dəyərlərə əsaslanır, qanunun aliliyinə hər kəs bərabər şəkildə riayət edir. Vətəndaşlar müstəqil məhkəmələr tərəfindən qorunan yaşamaq, azadlıq, mülkiyyət, birləşmək və ifadə hüquqlarından istifadə edirlər".

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Fərhad Tutayuk dövlət idarəçiliyi və hüquq sahəsində yeni meylləri anlamaq üçün müasir dövrdə dövlətçiliyin inkişafında konstitusionalizmin rolunu, qlobal səviyyədə baş vermiş ictimai-hüquqi dəyişikliklərin buna təsirini, konstitusionalizm ilə suverenliyin qarşılıqlı əlaqəsini təhlil etməyin zəruri olduğunu qeyd edib. Konstitusionalizm və dövlət suverenliyi anlayışının bir-biri ilə ayrılmaz şəkildə bağlı olduğunu diqqətə çatdıran Fərhad Tutayuk deyib: "Dövlət suverenliyi ilk növbədə Konstitusiya əsaslarının möhkəmliyindən və hüququn aliliyinin təmin olunmasından asılıdır. Suveren dövlət olmadan konstitusionalizm resursları zəif və formal xarakter daşıya bilər. Çünki hüquq sisteminin effektivliyi dövlətin hüquq sistemini tətbiq etmək qabiliyyətindən asılıdır. Beləliklə, konstitusionalizm və dövlət suverenliyi müasir dövrdə bir-birini tamamlayan, eyni zamanda, vəhdətlə inkişaf edən anlayışlardır. Qloballaşma şəraitində konstitusionalizm yalnız milli çərçivədə qalmayıb. Beynəlxalq hüquq standartları vasitəsilə qlobal konstitusionalizm məfhumu formalaşmaqdadır. Buna görə də dövlətlər konstitusionalizm və suverenliyin yeni miqyasını formalaşdırmalıdır".

Türkiyə Respublikası Prezident Administrasiyasının Hüquq Siyasəti Şurasının üzvü Vedat Ali Tektaşın sözlərinə görə, qloballaşma təkcə iqtisadi münasibətləri və sosial hadisələri deyil, həm də hüququ kökündən dəyişdirir: "Qloballaşmanın təsiri altında hüquq sistemləri universal dəyərlərə uyğun olaraq uyğunlaşmaq və əməkdaşlıq etmək yollarını axtarır. Bu gün insan hüquqları, sadəcə, bir dövlətin daxili məsələsi kimi qəbul edilmir, əksinə, bütün bəşəriyyətin ortaq dəyəri və universal məsuliyyət sahəsi kimi qəbul edilir. Dövlətlər həmin hüquqların qorunmasını tərəfdar olduqları beynəlxalq müqavilələr və bəyannamələr vasitəsilə öz üzərlərinə götürüb".

Qırğız Respublikasının Ombudsmanı Jamilia Jamanbaeva bir dövlətin əsl suverenliyinin yalnız onun ərazisi və iqtisadi göstəriciləri ilə deyil, həm də insan hüquqlarının qorunması səviyyəsi ilə ölçüldüyünü diqqətə çatdırıb. O, həmçinin Konstitusiya və qanunun aliliyinin ədalətli və davamlı cəmiyyətin təməlini təşkil edən ayrılmaz prinsip olduğunu bildirib.

Panel müzakirələrlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Avropa siyasətində ən etibarlı tərəfdaşı   

22:30
22 Oktyabr

Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır  

22:09
22 Oktyabr

Türkiyə Prezidenti: Ankara ilə Ottava arasında dialoq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib  

20:39
22 Oktyabr

“Meta”nın gəliri artıb

20:31
22 Oktyabr

SOCAR-la İtaliyanın “Eni” şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib  

19:51
22 Oktyabr

Yaponiya polisinin yarısının şəxsi məlumatları kiberhücum nəticəsində sızıb  

19:42
22 Oktyabr

İqtisadiyyat nazirinin müavini Ağdamda vətəndaşların müraciətlərini dinləyib

19:32
22 Oktyabr

Jenşenin təzyiqi salma xüsusiyyəti üzə çıxıb 

19:26
22 Oktyabr

Bitki mənşəli yeni nəsil ağrıkəsici hazırlanıb  

19:09
22 Oktyabr

“METROTIME”ın sentyabr buraxılışı oxucularla görüşə hazırdır

18:48
22 Oktyabr

Böyük Sfinksin tikildiyi süxurlarda qədim timsah növü aşkarlanıb

18:34
22 Oktyabr

Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb

18:29
22 Oktyabr

Microsoft: Hakerlər süni intellektdən istifadə edərək yüzlərlə təşkilatı hədəf alıb

18:16
22 Oktyabr

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin inkişafı nəzərdən keçirilib  

17:59
22 Oktyabr

ABŞ və Avropa banklarda süni intellektə nəzarəti nə üçün sərtləşdirir?

17:23
22 Oktyabr

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub  

17:01
22 Oktyabr

Ukrayna Rusiyadan 252 nəfərin meyitini geri alıb  

16:43
22 Oktyabr

Dünya Bankı ilə Yaşıl Enerji Dəhlizinin inkişafı nəzərdən keçirilib

16:42
22 Oktyabr

Azərbaycan orta güc mərkəzinə çevrilir  

16:33
22 Oktyabr

Nazir: Qızların təhsilinə yatırılan maliyyə vəsaiti uzunmüddətli perspektivdə cəmiyyətin inkişafı deməkdir  

16:26
22 Oktyabr

İslam Əməkdaşlıq Təşkilatının gələcəyə baxış prizması: Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma  

16:24
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!