18 İyul 2024 09:18
5235
Oxucu məktubları
A- A+
Qızıl medallı 18 yaşlı qız

Qızıl medallı 18 yaşlı qız

 

Masallı rayonundan olan güləşçimiz  Ruzanna Məmmədovanı  deyirəm. O, Serbiyanın Novi Sad şəhərində keçirilən U-20   Avropa çempionu titulu uğrunda mübarizədən qalib ayrılaraq öz xalqına böyük sevinc yaşadıb.

Güləşçimiz  doğma Azərbaycanı qatıldığı yarışda layiqincə təmsil edərək 59 kiloqram çəki dərəcəsində  sərbəst güləş üzrə döyüşlərdə bütün rəqiblərdən   üstün olub. O, finalda rusiyalı Yelena Kurovaya ilə  üz-üzə gəlib.  Tatami üzərinə böyük inamla çıxan güləşçimiz rusiyalı idmançıya 14:10 hesabı ilə qalib gələrək, U-20 Avropa çempionatının  fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medalla doğma Vətəninə qayıdır. Qeyd edim ki, indi 18 yaşlı idmançının belə sevindirici qələbələri çoxdur. 

 Ruzanna Səxavət qızı 22 iyun 2006-cı ildə Masallı rayonu, Mişkəmi kəndində dünyaya göz açıb. Lap kiçik yaşlardan idmana maraq göstərən qız  Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsindəki 76 saylı tam orta məktəbdə təhsil alıb. 2012-ci ildə elə burada fəaliyyət göstərən Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə məşqlərə başlayıb.

Artıq dünyada yaxşı idmançı kimi tanınan Ruzanna Məmmədova Azərbaycan Güləş Federasiyasının qadınlardan ibarət milli yığma komandasının üzvüdür. Qazanılan bütün uğurlarına görə isə özünü xalqına borclu sayır. Deyir ki, müdriklər beşiyi,  igidlər diyarı olan belə bir ölkənin vətəndaşı olmaq böyük xoşbəxtlikdir. Qazandığım qələbələrlə daim onun adını uca tutacağam. 

Bəli, qalib bir ölkənin vətəndaşı məhz Ruzanna kimi olmalıdır.

 

Zəfər ORUCOĞLU

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kristina Lobilyo: Avropa İttifaqı Azərbaycan qazının etibarlı tədarükçüsü olaraq qalacaq  

19:43
03 Mart

Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib

19:38
03 Mart

İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir 

19:33
03 Mart

Azərbaycan və Latviya Yaxın Şərqdəki gərginliyin diplomatik vasitələrlə həllinin tərəfdarıdır  

19:28
03 Mart

Jan-Noel Baro Fransa vətəndaşlarının İrandan təxliyəsində dəstəyə görə Azərbaycana təşəkkür edib  

19:13
03 Mart

SOCAR: Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini kökündən dəyişdirib  

19:01
03 Mart

Rektorlar ali təhsil müəssisələrinə qəbul prosesindən danışıblar

18:48
03 Mart

Dan Yorgensen: Azərbaycan bizim üçün çox vacib tərəfdaşdır

18:41
03 Mart

Milli Nüvə Nəzarət İdarəsi: İraqda radiasiya səviyyələrində artım qeydə alınmayıb  

18:36
03 Mart

“Qəhrəmanların izi ilə” layihəsi başa çatıb

18:31
03 Mart

Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında dini-mənəvi həmrəylik yeni mərhələyə yüksəlir  

18:28
03 Mart

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib  

18:21
03 Mart

Süveyş kanalı yenidən risk altında: iri gəmiçilik şirkətləri keçidi dayandırır

18:19
03 Mart

Fövqəladə hallar naziri BMMT-nin İcraiyyə Şurasının növbədənkənar sessiyasında iştirak edib  

18:18
03 Mart

Yaxın Şərqdə müharibənin uzanması Avrozonada inflyasiyanı artıra bilər

18:17
03 Mart

Küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq verilib

18:01
03 Mart

Pərviz Şahbazov: Azərbaycan Avropanın etibarlı qaz təchizatçısıdır

17:53
03 Mart

İran ABŞ-yə dəstək verəcəyi təqdirdə Avropa ölkələrini müharibə ilə hədələyib

17:43
03 Mart

Hava bəzi yerlərdə yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq – XƏBƏRDARLIQ

17:27
03 Mart

Pakistan 389 əfqan qaçqını ölkədən çıxarıb

16:25
03 Mart

Türkiyənin xarici işlər naziri ABŞ-nin Ankaradakı səfirini qəbul edib

16:23
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!