07 İyul 2022 01:10
1723
İQTİSADİYYAT
A- A+
Qısa zamanda yüksək qazanc

Qısa zamanda yüksək qazanc

 

Azərbaycanda ipəkçiliyin tarixi qədim olsa da, əsaslı dönüş keçən əsrin 70-ci illərindən başlamışdır.

Həmin dövrdə respublikaya rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş "Azərbaycanda ipəkçiliyin gələcək inkişafına dair tədbirlər" haqqında 17 mart 1971-ci il tarixli qərar bu sahənin inkişafına böyük təkan verməklə maddi-texniki bazasını, sənaye potensialını genişləndirmiş və nəticədə az sonra barama tədarükü 36,1 faiz artmışdır.

O illər kolxoz və sovxozlara məxsus istifadəyə yararsız torpaq sahələrində, yol kənarlarında, şəhər və qəsəbələrdə çoxlu sayda tut tingləri əkilib becərilməklə baramaçılığın yem bazası möhkəmləndirilmiş və bu sahədə elmi-tədqiqat işlərinə diqqət artırılmışdır. Nəticədə respublika üzrə ildə 5-6 min ton yaş barama və ondan 350-400 ton xam ipək istehsal olunaraq 10 milyonlarla kvadratmetr müxtəlif çeşidli ipək parça toxunmuşdur. İpəkqurdunun bəslənməsi və barama istehsalında isə 150 mindən artıq kəndli ailəsi məşğul olmuşdur.

Təkcə respublikanın ipək sənayesində 14 min nəfərdən çox, o cümlədən "Şəki-İpək" kombinatında 7 min nəfərə yaxın daimi işçi var idi. Azərbaycan barama istehsalına görə keçmiş sovetlər birliyində Özbəkistandan sonra ikinci, istehsal olunan ipəyin keyfiyyətinə görə birinci yeri tuturdu. "Şəki-İpək" kombinatı SSRİ-nin 75 müəssisəsinə ipək parça, 84 müəssisəsinə ipək sap göndərirdi. Şəki ipəyindən hazırlanan parçalar Yaponiya, İsveçrə, İtaliya və digər xarici ölkələrə ixrac olunurdu.

Bütün bunlar tarixdir. Bəs bu gün sahədə vəziyyət necədir?

İpəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, barama istehsalı ilə bağlı əhalinin məşğulluğunun artırılması və sosial rifahının daha da yaxşılaşdırılması məqsədilə "Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında" Prezidentin 15 sentyabr 2016-cı il tarixli sərəncamı baramaçılığın və ipəkçiliyin dirçəldilməsinə stimul vermişdir. Cari ildən isə yaş barama tədarükünə görə dövlət tərəfindən verilən subsidiyanın məbləği və məhsulun alış qiyməti artırılıb. Kümçülər yaş baramanı kiloqramı 5 manatdan "Azəripək" MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Ümumilikdə kümçü təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alır.

Məlumdur ki, barama istehsalında yem bazası tut yarpağıdır. O da bəllidir ki, köhnə bağların çox hissəsi məlum səbəbdən məhv edilmişdi. Bunun üçün də yeni tut bağlarının salınması vacib idi. Odur ki, hazırda ölkə ərazisində kütləvi şəkildə yeni tut bağları salınır.  Bu, 2025-ci ildə hədəf kimi götürülən 6 min ton barama istehsalına imkan verməsinə hesablanıb.

2020-ci ildə ilk dəfə Qax Damazlıq İpəkçilik Stansiyasında 5 min qutu ipəkqurdu toxumu (146 kq) istehsal olunub. Ötən il isə ipəkqurdu toxumunun inkubasiya prosesi Qax Damazlıq İpəkçilik Stansiyası ilə yanaşı, ilk dəfə olaraq Bərdə, Ağsu, Füzuli və Zaqatala rayonlarında inşa edilmiş yeni baramaqurutma müəssisələrində də həyata keçirilib.

Ölkədə baramaçılığı inkişaf etdirməkdə əsas məqsəd Azərbaycan ipəyini dünya bazarına çıxarmaqdır. Dünya bazarında isə bu sahədə ciddi rəqabət var. Ona görə də biz yeni bazarlara yüksək keyfiyyət və sərfəli qiymətlə çıxmalıyıq. "Azəripək" Məhdud Məsuliyyətli Cəmiyyətindən verilən məlumata görə, dünya bazarında Azərbaycan ipəyinə tələbat var. O da bildirilir ki, hazırda Azərbaycanda istehsal olunan xam ipəyin maya dəyəri dünya bazarındakı qiymətə uyğundur.

"Azəripək" MM-nin ötən il ən çox istehsal etdiyi məhsul xam ipək olub. Keçən il müəssisə 1 milyon 748 540 manat dəyərində 24,8 ton xam ipək istehsal edib: "Xam ipəyin istehsalının artırılması üçün müəssisədə baramadan xam ipək açan istehsal avadanlıqları quraşdırılmalıdır. Hazırda istehsal olunan malların tam hazır məhsula qədər işlənməsi üçün yeni avadanlıqların alınaraq quraşdırılması istiqamətində işlərin görülməsi nəzərdə tutulur". Bu barədə məlumat verən MMC-dən onu da açıqlayıblar ki, ilin yanvar-mart ayları ərzində "Azəripək" dəyəri 493 211 manat olan 7,3 ton xam ipək istehsal edib. Bu dövr eyni zamanda dəyəri 208 293 manat olan 4,4 ton vata, dəyəri 15 480 manat olan 701 güllü kələğayı, 8341 manatlıq 582 güllü çitmə, 8948 manatlıq 566 güllü şərf, 1493 manatlıq 0,72 kvadratmetr xalça, 37654 manatlıq 612 kq əriş sapı, dəyəri 9 119 manat olan 114 kq utok istehsal olunub.

Son dövrlər ölkədə baramaçılığa maraq xeyli artıb. Səbəb bu sahənin qısa zamanda az zəhmətlə yaxşı gəlir gətirməsidir. Əvvəllər barama istehsalı ilə məşğul olmayan rayonlardakı fermerlər də bu məhsulun istehsalına maraq göstərirlər. Prezident İlham Əliyev bu barədə demişdir: "Barama istehsalı indi ölkəmizin bütün bölgələrində geniş vüsət alıb. ...Lənkəranda tut tingləri sahəsinə də baxış keçirdim. Görürəm ki, Lənkəranda da bu sahəyə böyük maraq var. Baxmayaraq ki, sovet vaxtında baramaçılıq Lənkəranda və bu zonada inkişaf etdirilmirdi. Bu sahələrin inkişafı məşğulluğu artırır, idxaldan asılılığı azaldır, ixrac potensialımızı gücləndirir. Bizim məqsədimiz bundan ibarətdir".

Sonda onu da bildirək ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin 5 ayı üzrə ölkədə barama istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə artaraq 32,7 tona çatıb.

 

Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Az və ya çox yatmaq erkən qocalmanı sürətləndirə bilər  

17:41
15 May

Azərbaycan, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında TRACECA Vahid Tranzit İcazəsi Sazişi imzalanıb  

17:31
15 May

Mirziyoyev: TDT dayanıqlı inkişaf tempi nümayiş etdirən nüfuzlu quruma çevrilib

17:30
15 May

Türkiyə Prezidenti Türk Dövlətləri Təşkilatı ölkələrini ortaq rəqəmsal vizyonu formalaşdırmağa çağırıb

17:29
15 May

Bakıda mayın 17-də və 18-də fasilələrlə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

17:28
15 May

DSMF-nin təşəbbüsü ilə Müşfiq qəsəbəsində 100-dən çox ağac əkilib

17:27
15 May

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib

17:26
15 May

Tramp: Mənim Kim Çen Inla çox yaxşı münasibətlərim var

17:25
15 May

Birinci Qarabağ müharibəsinin şəxsiyyətləri müəyyənləşən 2 itkin şəhidi torpağa tapşırılıb  

17:24
15 May

Qazaxıstanın dövlət qulluqçuları “ASAN xidmət” təcrübəsini öyrənirlər

17:24
15 May

Baş prokuror Masallı rayonunda vətəndaşların müraciətlərini dinləyib

17:23
15 May

Monqolustanlı parlamentari: Azərbaycanla münasibətlər son illərdə dinamik inkişaf edir

17:23
15 May

Xocalı sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib  

17:22
15 May

Türküstanda Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub

17:21
15 May

Qırğızıstan Prezidenti: Türk İnvestisiya Fondu TDT-yə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın rəqəmsallaşdırılmasına təsirli təsir göstərəcək  

17:20
15 May

İstehlak bazarında qiymətlər açıqlanıb

17:19
15 May

Özbəkistan Prezidenti TDT-də səmərəli sədrliyə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib  

17:19
15 May

Aprelin 19-da keçirilmiş imtahanların nəticələri açıqlanıb: bir nəfər 300 bal toplayıb

17:18
15 May

Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyəti Xankəndidə quruculuq işləri ilə tanış olub  

17:17
15 May

Almaniya Kansleri və ABŞ Prezidenti Hörmüz boğazının açılmasını müzakirə ediblər

17:16
15 May

İntensiv yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

17:15
15 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!