13 Noyabr 2025 09:00
333
İQTİSADİYYAT
A- A+
Qeyri-neft sektoru milli iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilir

Qeyri-neft sektoru milli iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilir


ÜDM-də bu sektorun payı 70 faizə yaxınlaşır. Hədəf isə 80 faizdir


Azərbaycan dünyada qədim dövrlərdən neft ölkəsi kimi tanınıb. Bu gün də ölkənin iqtisadi göstəricilərində və gəlirlərində bu sektor önəmli rol oynamaqdadır. Amma bu da reallıqdır ki, iqtisadiyyatın yalnız xammaldan asılı olması risklidir. Dünya bazarında neftin qiyməti birdən-birə kəskin bahalaşdığı kimi, eyni qaydada uzun müddət də aşağı düşə bilir. Bu isə iqtisadiyyatın ciddi risklərlə üzləşməsi deməkdir.  

O üzdən cənab İlham Əliyev prezident seçildiyi ilk gündən ölkəni neft-qaz asılılığından qurtarmaq üçün ciddi iqtisadi islahatlara start verdi. İlk növbədə sahibkarlığın inkişafını sürətləndirmək və investisiya qoyuluşunu artırmaq  üçün mükəmməl hüquqi baza yaradıldı. Ardınca digər tədbirlər görüldü və beləliklə, qeyri-neft sektorunda yeni dövr başladı. İstər yerli, istərsə də xarici sahibkarlar qeyri-neft sektorunda aktivliyini artırdı. Onların sərmayəsi sayəsində ölkəmizdə qeyri-neft sektoruna aid çoxsaylı istehsal və xidmət sahələri yaradıldı. 

Artıq ölkənin büdcə gəlirlərinin formalaşmasında və ixracda qeyri-neft sektoru önəmli rol oynamağa başlayıb. Bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağındakı çıxışında demişdir: "Bizim iqtisadi göstəricilərimiz çox müsbətdir. Düzdür, ümumi daxili məhsul çox artmır. Bunun da əsas səbəbi neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsidir. Ancaq bu gün iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektorudur. Bu, bizim ümumi iqtisadiyyatımızın əksəriyyətini təşkil edir. Bu gün dünyanın aparıcı reytinq agentlikləri - iki aparıcı beynəlxalq reytinq agentliyi bizim kredit reytinqimizi qaldırıb və bunu investisiya reytinqinə uyğun səviyyədə artırıb. Bu, əlbəttə ki, ölkəmizdə gedən iqtisadi islahatların təzahürüdür. Çünki bu gün bizim iqtisadiyyat sağlam iqtisadiyyatdır. Biz heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq siyasi müstəqilliyi də gücləndirir". 

Dövlət başçısı həmçinin vurğulamışdır ki, bizim xarici borcumuz çox aşağı səviyyədədir, halbuki bir çox inkişaf etmiş ölkədə xarici borc o ölkələrin ümumi daxili məhsulunun yüz faizini, bəlkə də daha çox hissəsini təşkil edir. Bizdə isə bu, cəmi 6 faizdən bir qədər çoxdur: "Bizim valyuta ehtiyatlarımız ildən-ilə artır və bu il də əhəmiyyətli dərəcədə artıb, 80 milyard dolları ötüb. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 16 dəfə çoxdur. Biz əgər istəsək, xarici borcumuzu bir neçə ay ərzində sıfırlaya bilərik. Yəni bu göstəriciyə görə Azərbaycan bu gün dünya miqyasında aparıcı yerlərdədir". 

Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, ölkəmizdəki siyasi və maliyyə sabitliyi investisiya cəlb edilməsi üçün geniş imkan açır. Bunun nəticəsidir ki, qlobal səviyyədə sərmayə qoyuluşu azalsa da, Azərbaycana xarici sərmayələrin qoyuluşunda həmişə canlanma müşahidə olunur. Xüsusən qeyri-neft sektorunda bu özünü qabarıq  büruzə verir. Adıçəkilən yığıncaqda dövlət başçısı bildirmişdir ki, iqtisadi və maliyyə dayanıqlılığı bizə imkan verir ki, böyük investisiya layihələrini icra edək: "Təbiidir ki, bu gün əsas investisiya layihələrinin istiqaməti Qarabağ və Şərqi Zəngəzurdur. Azad edilmiş bu torpaqlarda  dünyada misli görünməmiş işlər görülür. Yəni Azərbaycan ictimaiyyəti müntəzəm olaraq bu barədə məlumatlandırılır və bir çox vətəndaşımız artıq azad edilmiş torpaqlara gedib. Dəfələrlə orada olublar və gedən inkişafı öz gözləri ilə görürlər. Yəni bizim güclü iqtisadiyyatımız bizə həm əminlik verir, həm də azad edilmiş torpaqların tezliklə bərpa edilməsinə imkan verir. Güclü hərbi potensialı yaratmaq üçün imkan verir". 

Torpaqlarımızın 20 faizinin 30 il erməni işğalında qalması mövcud iqtisadi potensialımızdan tam istifadə etməyə imkan vermirdi. İndi işğaldan azad olunan ərazilərdə geniş bərpa-quruculuq işləri ilə yanaşı, buradakı təbii sərvətlərdən istifadə edilməsi üçün də hazırlıq işləri görülür. Prezident İlham Əliyev demişdir: "Geoloji kəşfiyyat işləri xüsusilə Qarabağda və Şərqi Zəngəzurda çox böyük əhəmiyyət kəsb edir. Çünki bu ərazi sovet vaxtında lazımınca tədqiq edilməmişdir və tədqiq edilsə idi belə, yenə də ovaxtkı texnologiyalarla onları tam öyrənmək mümkün deyildi. Yəni bu gün müasir texnologiyalarla peykdən tədqiqat, zondlama aparılır. Təbii resurslar, o cümlədən qeyri-ənənəvi neft yataqlarının aşkarlanması bir çox hallarda fiziki, yəni əraziyə girmədən müəyyən edilir. Ona görə mənim göstərişimlə artıq bir neçə aydır ki, Qarabağda və Şərqi Zəngəzurda böyük geoloji işlər aparılır".

Söz düşmüşkən bildirək ki, Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov da bu günlərdə qeyri-neft sektorunun inkişafının əhəmiyyətindən danışmışdır: "Prezident tərəfindən yeni dövrün prioritetlərindən biri kimi məhz xarici sərmayələrin artırılması göstərilib. Xüsusilə qeyri-neft sektoruna yönələn sərmayələrin həcminin artması və iqtisadi diversifikasiyanın dərinləşdirilməsi strateji hədəflərdən olaraq qalır. ABŞ ilə imzalanmış anlaşmalar və strateji tərəfdaşlığın möhkəmlənməsi bu ölkədən Azərbaycana daha çox sərmayənin cəlbinə imkan yaradacaq". V.Bayramov həmçinin vurğulamışdır ki, Prezidentin həyata keçirdiyi iqtisadi diplomatiya ölkədə diversifikasiyanı sürətləndirməyə, neftdən asılılığı azaltmağa və qeyri-neft sektorunu gücləndirməyə xidmət edir: "Dövlət başçısının beynəlxalq platformalarda çıxışları və aparıcı şirkət rəhbərləri ilə görüşləri təsdiq edir ki, yaxın dövrdə iqtisadi diplomatiya qeyri-neft sektorunun inkişafına daha da təkan verəcək". Deputat bu sahədə olan uğurları belə dəyərləndirmişdir: "Son 10 ildə qeyri-neft sektorunun makroiqtisadi göstəricilərdə payı xeyli artıb. Artıq qeyri-neft məhsullarının ixracının dəyəri 3,4 milyard dolları ötüb. Həm büdcə gəlirlərində, həm də ÜDM-də qeyri-neft sektorunun payı yüksəlir. Növbəti il dövlət büdcəsinin gəlirlərinin təxminən 58 faizi qeyri-neft sektorunun payına düşəcək ki, bu da neft gəlirlərindən sonrakı dövrün ən yüksək göstəricisidir. Hazırda ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə yaxınlaşır, hədəf isə 80 faizdir".


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Steve Nouri: ASAN Süni İntellekt Platforması ilə əməkdaşlıq süni intellektin inklüziv inkişafına yol açır  

10:49
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!