18 Aprel 2025 08:20
515
SİYASƏT
A- A+
Qərbi azərbaycanlıların geri qayıdışı ədalətin bərpası olacaq

Qərbi azərbaycanlıların geri qayıdışı ədalətin bərpası olacaq


Hər bir dövlətin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun davranması onun üzərinə düşən öhdəlikdir. O, mövcud beynəlxalq nizamı və üzərinə götürdüyü öhdəlikləri pozursa, o zaman onun qarşısı alınmalı, müxtəlif təsir metodları ilə çəkindirilməlidir.

Ekspertlərin də qeyd etdiyi kimi, qaçqınların geri qayıdış hüququ beynəlxalq hüquqi nizamın tərkib hissəsidir. BMT-nin İnsan Hüquqları Komitəsi bu hüququ belə şərh edib: "Dövlətlər vətəndaşlarını ölkəyə buraxmamaq üçün çox güclü əsaslara malik olmalıdır. Hətta ölkədən məcburi çıxarılan və ya girişinə qadağa qoyulan şəxslər belə, müəyyən hallarda qayıtmaq hüququna malik ola bilərlər".

Geri qayıdış hüququ BMT-nin bir sıra vacib konvensiyalarında da öz əksini tapıb. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində birmənalı şəkildə qeyd olunur: "Hər kəs istənilən ölkəni, o cümlədən öz ölkəsini tərk etmək və ona qayıtmaq hüququna malikdir". Bu, beynəlxalq hüquqda qayıtmaq hüququnun əsas ifadəsidir. 

Milli Məclisin üzvü, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Antalya Diplomatiya Forumunda "Parlament Diplomatiyası və Qlobal İdarəetmə" panelində çıxışında bu məsələyə daha geniş yer ayırmışdır: "Bu format eyni zamanda bölgəmizdə haqq-ədalətə, insan hüquqlarına və barışa xidmət edən mühüm bir məsələni - Qərbi Azərbaycana qayıdış məsələsini təqdim etmək, onun beynəlxalq aləm üçün önəmini anlatmaq və bu sorunun çözümündə parlament diplomatiyasının potensialı barədə söz açmaq imkanı yaradır. Qərbi Azərbaycan İcmasının sədri olaraq, mən Ermənistandan zorla çıxarılmış yüz minlərlə azərbaycanlının səsini təmsil edirəm. Bizim doğma yurdlarımızdakı, yəni indiki Ermənistan ərazisindəki türk-müsəlman əhali 20-ci əsr ərzində bir neçə dəfə sistemli şəkildə etnik təmizləməyə məruz qalıb. 1987-1991-ci illərdəki sonuncu deportasiya dalğasında 300 mindən çox azərbaycanlı - Azərbaycan türkü öz ata-baba evlərindən qovulub. Bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Bu, Ermənistanın irqi ayrı-seçkilik, radikal millətçilik və monoetnik cəmiyyət yaratmaq siyasətinin nəticəsidir". 

Qəbiristanlıqlarımız, məscidlərimiz, mədəni abidələrimiz məqsədyönlü şəkildə dağıdılıb, etnik təmizləmə nəticəsində adət-ənənələrimizə və sosial bağlarımıza ciddi şəkildə ziyan dəyib. Ermənistan bu ərazilərdə Azərbaycan irsinin vəziyyətini araşdırmaq üçün UNESCO-nun missiya göndərməsinə icazə vermir. Bu, təkcə xalqımıza deyil, bəşəriyyətin kültürəl dəyərlərinə və kültürəl müxtəlifliyinə vurulan böyük zərbədir.

Qərbi Azərbaycan problemi bölgəsəl çərçivədən kənara çıxır və insan hüquqları, ədalət və kürəsəl barış kimi ümumbəşəri dəyərləri əhatə edir. Qərbi azərbaycanlılar silahlı münaqişə və etnik təmizləmə səbəbiylə ana vətənlərindən didərgin düşüblər. 

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsi hər kəsin öz ölkəsinə qayıtmaq hüququnu təsbit etsə də, Ermənistan buna əməl etmir, yüzminlərlə insanın hüququnu pozur. 

İcma sədri illər öncə öz ata-baba yurdlarından zorla qovulmuş minlərlə ailənin fikirlərini ifadə edərək bildirmişdir ki, Qərbi Azərbaycan İcması olaraq, 1989-cu ildən bəri haqq işimiz uğrunda mübarizə aparırıq. Xüsusilə, 2022-ci ilin dekabrında Prezident İlham Əliyevin icmamızı ziyarət edərək göstərdiyi diqqət və verdiyi tövsiyələr səylərimizi gücləndirib. 2023-cü ildə qəbul etdiyimiz Qayıdış Konsepsiyası ilə doğma torpaqlarımıza sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə dönmək istəyimizi uluslararası hüquq çərçivəsində ortaya qoymuşuq. Azərbaycan dövlətinin bu məsələdəki prinsipial dəstəyi bizim üçün böyük dayaqdır. Lakin bu məsələnin həlli təkcə Azərbaycanın üzərinə düşən yük deyil - bir insan hüquqları məsələsi kimi, bu, uluslararası toplumun birgə sorumluluğudur. 

Əziz Ələkbərli bildirmişdir ki, parlamentlər xalqların səsini təmsil edir, xarici siyasəti istiqamətləndirir və dövlətlər arasında qarşılıqlı anlaşmanı təmin edir. Qərbi Azərbaycan məsələsində parlament diplomatiyası bir neçə mühüm istiqamətdə töhfə verə bilər. 

Birincisi, parlamentlər uluslararası toplumun diqqətini bu problemin ədalətli həllinə cəlb edər. Xarici dövlətlərin parlamentləri qərbi azərbaycanlıların qayıdış hüququnu dəstəkləyən bəyanatlar qəbul edə, Ermənistanın etnik təmizləmə siyasətini pisləyə və bu hüququn təmin edilməsi üçün təzyiq mexanizmləri yarada bilər.

İkincisi, parlament diplomatiyası sülh və barışıq üçün zəmin yarada bilər. Xarici dövlətlərin parlamentləri Qərbi Azərbaycan İcmasının Ermənistan hökumətinə göndərdiyi dialoq təklifinə dəstək ifadə etməsi bu dialoqun baş tutmasına önəmli dərəcədə yardım edərdi. 

Üçüncüsü, uluslararası təşkilatlar məsələ ilə məşğul olaraq, qərbi azərbaycanlıların qayıdış hüququnun tanınması və praktiki həlli üçün daha geniş dəstək yarada bilər. Bu baxımdan, Asiya Parlament Assambleyasının və cəmi bir neçə gün öncə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərbi azərbaycanlıların qayıdış hüququna dəstək verməsi və Qərbi Azərbaycan İcmasının dialoq çağırışını təqdir etməsi mühüm hadisədir. Hesab edirəm ki, digər parlament assambleyaları da oxşar addımlar ataraq bu prosesə dəstək verə bilərlər.

Görünən odur ki, bu kimi beynəlxalq tədbirlərdə Qərbi Azərbaycan məsələsinin gündəmə gətirilməsi dünya parlamentlərini qərbi azərbaycanlıların  qayıdış hüququnun təmin edilməsi üçün Ermənistana qarşı təzyiq göstərməyə cəlb edə bilər. Bu vacibliyin ana xəttini təşkil edən  qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmaq istəyi beynəlxalq hüququn normalarına əsaslanan qanuni bir haqdır. Qərbi azərbaycanlıların geri qayıdışı ədalətin bərpası, həm də bölgədə dayanıqlı sülhün və qarşılıqlı etimadın qurulması üçün mühüm addımdır. Bu insanlar öz torpaqlarından zorla çıxarılıblar və tarixi-mədəni kökləri həmin bölgələrdədir. Ermənistan rəhbərliyi Qərbi Azərbaycan İcmasının qayıdış istəyini reallaşdırmalıdır. Bu, Ermənistanın hüquqi və humanitar öhdəliklərindən biridir, həm də onun sülh prosesi çərçivəsində məsuliyyətli davranış nümayiş etdirməsi üçün vacibdir. 


Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!