31 İyul 2023 18:28
685
CƏMİYYƏT
A- A+
Qərbi Azərbaycanda və Qarabağda toponimlərin dəyişdirilməsi Ermənistanın dövlət siyasətidir

Qərbi Azərbaycanda və Qarabağda toponimlərin dəyişdirilməsi Ermənistanın dövlət siyasətidir

 

2020-ci ildə Azərbaycan tərəfinin başladığı genişmiqyaslı əks-hücum əməliyyatı cəmi 44 günə torpaqlarımızın işğaldan azad edilməsi və noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi. Torpaqlarımızın işğaldan azad edilməsi və orada aparılan bərpa-quruculuq işləri ermənilərin bölgəmizə vurduqları mənfi təsirlərlə bağlı bir sıra problemləri üzə çıxardı. Bulardan biri işğalçılar tərəfindən türk toponimlərinin erməni adları ilə əvəzlənməsidir. Heç kimə sirr deyil ki, Azərbaycan vətəndaşlarının fiziki cəhətdən məhv edilməsi, onların öz tarixi vətənindən qovulması, azərbaycanlılara məxsus maddi mədəniyyət abidələrinin dağıdılması və mənimsənilməsi ilə yanaşı, bölgənin tarixi ermənilər tərəfindən geniş miqyasda saxtalaşdırılmaya da məruz qalıb. Birinci Qarabağ müharibəsindən sonra ermənilər ideoloji müharibədə öz arsenallarında olan daha bir hiylə işlədiblər. Belə ki, onlar işğal etdikləri ərazilərdə ilkin yer adlarının (toponimlərin) demək olar hamısını dəyişdiriblər. O dövrdə qarşıya qoyulan məqsəd belə idi - Qərbi Azərbaycanın və Qarabağın yerli əhalisini bu ərazilərdən qovmaq, orada olan azərbaycanlıların tarixi yaddaşını silmək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.

O bildirib ki, ölkə ərazilərindəki toponimləri və inzibati yaşayış məntəqələrinin adlarının erməni adları ilə əvəzlənməsi XVIII əsrin sonlarında Qarabağ xanlığının ləğv edilməsi və çar Rusiyasının Azərbaycan ərazilərinin işğalı ilə bərabər başlayıb. Ermənilərin toponimik ekspansiyası, əslində, Qərbi Azərbaycanda aparıldığı kimi, işğaldan azad olunmuş ərazilərdə də inkişaf etdirilib - ərazini etnik təmizləməyə məruz qoymaq, toponimləri və yer adlarını dəyişdirmək.

Faiq İsmayılov diqqətə çatdırıb ki, Qarabağın toponimlərinin ermənilər tərəfindən dəyişdirilməsi ilə bağlı fəaliyyətin dövlət səviyyəsində həyata keçirildiyi faktları da ortaya çıxır. Bu məsələ ilə bağlı keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin orqanı olan “Sovetakan Karabax” (Sovet Qarabağı) nəşrinin səhifələrində mütəmadi olaraq müzakirələr aparılır və uzun illər Azərbaycan tarixinin saxtalaşdırılması istiqamətində hazırlanan materiallar “tarixşünaslığın” əsasları kimi təqdim olunurdu. İlk növbədə, ermənilər toponimləri dəyişdirərkən özlərinə məxsus toponimik sistemin xüsusi qaydaların qanunauyğunluqlarını yaratmağa çalışır və yeni toponimika elmi kimi səciyyələndirməyə çalışırdılar. Burada onlar xüsusi olaraq təbiət hadisələrini, cəmiyyətin sosial-iqtisadi həyatı, məişəti, inancları və sair haqqında məlumat daşıyan, eyni zamanda, bu ərazilərdə keçmiş əsrlərdə yaşamış nəsillərin izlərini öyrənərək yeni toponimlərin tətbiqini sistemləşdirməyə çalışırdılar. Eyni zamanda, bütün bu saxtakarlığı linqvistik vasitələrlə ifadə edirdilər. Həmçinin, tətbiq edilən toponimik sistem Qarabağda yaşayan erməni əhalisinin tarixi və mədəni dəyərləri kimi təqdim olunurdu. Bütün bunlara baxmayaraq, ermənilər uzun illər “Artsax” toponimlərini peşəkar tədqiqat obyektinə çevrə bilmədilər. Bu baxımdan Tsamadzor (Dərəkənd), Arakul (Aragül), Хnushinak (Xanoba), Spitakaşen (Ağkənd), Muşkapat (Mqşkapat), Karakulux (Daşbaşı), Кarintak (Daşaltı), Noraqyux (Təzəbinə), Хantsx (Xanyeri), Vank (Vəngli) və dəyişdirilən digər bu kimi adlar reallıqda öz əsasını tapmadı.

Tarix İnstitutunun əməkdaşı, həmçinin diqqətə çatdırıb ki, tarixən Qarabağın özünəməxsus iqtisadi və mənəvi əlaqələri olub, ərazi etibarilə burada müxtəlif əsrlərdə müxtəlif xalqların və tayfaların (səlcuqlar, monqol-tatarlar) izlərinə rast gəlmək mümkündür. XVIII əsrin ortalarından XIX əsrin əvvəllərinə qədər əraziyə hökmranlıq etmiş Qarabağ xanlığı dövründə də iqtisadi və mədəni dəyişikliklər olub. Bütün bunlar Qarabağın toponimlər sistemində iz buraxmaya bilməzdi. Lakin ermənilərin bütün bu tarixi gerçəklikləri nəzərə almaması və ya qəbul etməməsi təəssüf doğurur. Digər tərəfdən Qarabağda ermənilərin məskunlaşdıqları azərbaycanlılara məxsus Mehtikənd, Daşkənd, Fərrux, Sərdarkənd, Seydidkənd kimi adların İran ləhcəsindən yarandığını və ermənilərə məxsusluğunu iddia etmək kökündən yalandır. Ermənilərin yaratdıqları Qarabağın yeni toponim sisteminə Azərbaycana məxsus Dəhraz, Sərsəng, Çıldran, Çərəkdar, Xocavənd, Hadrut, Xanabad, Daşbulaq, Ağbulaq, Xırmancıq, Qarabulaq, Çaylı və başqa adlar İran və rus toponimləri kimi izah olunur. Bütün bunlar bəs deyilmiş kimi, guya bəzi erməni toponimlərinin sonradan Azərbaycan dilinə keçməsi barədə də sərsəm fikirlər səsləndirilir. Bu qəbildən onlar Vank–Vəngli, Şoş-Şuşikənd, Edilu-Edilli kənd adlarını misal kimi göstərirlər. Eləcə də Aranzəmin, Daşaltı, Təzəbinə və bu kimi digər adların xalq dilindən guya səhv tərcümə olunduğunu iddia edərək Qaraqlux-Daşbaşı, Krasnı-Dağdağanlı kimi adları yeni sübutlar kimi göstərirlər. Lakin erməni tarixçiləri unudurlar ki, toponim və yer-yurd adları xalq dilində olduğu kimi sistemə daxil edilir, əgər hansısa dilə tərcümə olunaraq yazılırsa, deməli, toponim formasını itirir.

F.İsmayılov bildirib ki, ermənilər Qarabağ toponimlərini dəyişdirərkən obları erməni ləhcələrinə uyğunlaşdırmaları bu toponimlərin saxtakarlığa uğradıldığının əyani sübutudur. Bir qayda olaraq toponimləri saxtalaşdırarkən ermənilər bunu özlərinin milli mentalitetlərinə uyğunlaşdırırlar ki, bu da eyni toponimin bir neçə erməni adı kimi formalaşmasına səbəb olur. Məsələn Tumi-Domi, Xtsaberd-Xozaberd, Tsor-Tzur və s. Qarabağda bəzi kəndlərin adları erməni toponimləri ilə əvəzlənəndə məzmunca mənasını itirir: Qala dərəsi, Qaraqışlaq, Qarakənd, Qızqala, Dəmirçilyar, Ağcakənd, Düdükçü və s. Çox vaxt bəzi Azərbaycan kəndlərinin azərbaycanca səsləndirilən adlarının erməni mənşəyindən gəldiyi iddia olunur. Məsələn, Moxranes - Susnlıq, Nngi – Cəmiyyət, Aterk - Həsəngiz, Arkatali - Muxtarkənd, Avetarots - Çanaxçı, Karmirqyux - Keşişkənd. Ona görə də erməni dilində kəndlərimizin bir çox rəsmi adları (oykonimlər) bu kəndlərin sakinlərinin dediklərindən fərqlənir. Toponimlər şəffaf və qeyri-şəffaf, yəni, qavranılan və anlaşılmaz kimi iki hissəyə bölünür. Beləliklə, Noraqyuq, Yeqtsaq, Getavan, Caqatsner kimi adlar nəinki Azərbaycan dilində, eləcə də ermənicə danışanlar üçün kifayət qədər başadüşülən toponimlər deyil. Adlandırma funksiyasını yerinə yetirən erməni tarixçiləri bu adların özəlliyi haqqında heç nə demirlər. Burada çox vaxt yalançı ifadələri, guya xalq “etimologiyası”na uyğunluğunu təqlid etməklə toponimin adətən yanlış, səhv izahını verirlər. Beləliklə, toponim kimi təqdim edilən erməni adlarının müasir qavrayışı onların ilkin forma və məzmununa uyğun gəlmir. Qarabağda bəzi yaşayış məntəqələrinin adlarını məskunlaşdıqları əraziyə XVIII-XIX əsrlərdə İrandan və Türkiyədə yaşadıqları ərazilərdən gətiriblər. Məsələn, Marağa, Həsənqaya və sair. Belə toponimləri ermənilər öz mirasları kimi qəbul etdiklərindən bu adların dəyişdirilməsində o qədər də maraqlı deyillər. Yaşayış məntəqələrinin adlarının dəyişdirilməsinə gəlincə, burada çox ciddi və düşünülmüş yanaşma tələb olunsa da, ermənilər o qədər də bunun fərqində olmayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocalının Seyidbəyli və Təzəbinə kəndlərində 20 ailəyə mənzillərinin açarları təqdim edilib – YENİLƏNİB  

15:35
16 Dekabr

Ötən qurultaydan indiyədək 950 minə yaxın həmkarlar ittifaqları üzvünə maddi yardım verilib  

15:31
16 Dekabr

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!