12 Aprel 2025 08:35
1563
SİYASƏT
A- A+
Qərb dairələrinin anti-Azərbaycan fəaliyyəti fiaskoya məhkumdur

Qərb dairələrinin anti-Azərbaycan fəaliyyəti fiaskoya məhkumdur


Bu gün Azərbaycan dünyanın hər yerindən görünən, bəşəriyyəti narahat edən problemlərin, istər bu, təbii kataklizmlər olsun, istərsə də siyasi böhranlar həllində fəal rol oynayan aktor ölkəyə çevrilib. 

Dörd il ərzində, dünyada BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına uğurlu sədrliyi, iştirakçı sayına görə dünyanın ən nəhəng tədbirlərindən olan COP29 kimi beynəlxalq iqlim sammitinə müvəffəqiyyətlə evsahibliyi etməsi, bu qlobal tədbirdə bəşəriyyət adına mühüm qərarların qəbul olunması və sair kimi tarixi əhəmiyyətli nailiyyətlər də buna nümunədir. Eyni zamanda Azərbaycanın, şəxsən Prezident İlham Əliyevin qlobal barışdırıcılıq missiyası, İsrail ilə Türkiyənin timsalında da bu aydın görünür,  dünyadakı siyasi qütblər arasındakı gərginliklərin aradan qaldırılmasında fəal  iştirakı ölkəmizin nüfuzunun göstəricisidir. 

Bütün bunlar, həm də illər boyu Qərb dairələrinin apardığı anti-Azərbaycan fəaliyyətlərin fiaskoya uğradılmasının, ölkəmiz əleyhinə həyata keçirilən qarayaxma kampaniyasının heç bir işə yaramadığının təzahürüdür. 


Qərb QHT-lərinin çirkin məqsədlə göndərdiyi pullar


Faktdır ki, Azərbaycana qarşı hər zaman qərəz nümayiş etdirən Qərb dairələri hələ 2000-ci illərin əvvəllərində ölkəmizi daxildə pulla ələ aldıqları Qeyri-Hökumət Təşkilatları və media qurumları vasitəsilə parçalanmaya, xaosa, vətəndaş qarşıdurmasına, bir sözlə, məhvə sürükləməyə çalışıblar. Eyni zamanda Qərb mediasında sistemli şəkildə anti-Azərbaycan təbliğatı təşkil olunub. Həmçinin Azərbaycanda bərqərar olan demokratik sistemi dağıtmaq üçün seçkilərə də hər zaman müdaxilə etmək istəyində olublar. 

 Aprelin 9-da ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda iştirakçıların suallarını cavablandırarkən Prezident İlham Əliyev söylədi ki, əvvəlki illərdə seçkilərimizə müdaxilə müxtəlif sadə alətlər vasitəsilə edilirdi: "Birincisi, Qərbin qeyri-hökumət təşkilatlarının Azərbaycana göndərdiyi pullar idi. İkincisi, Qərb mediasında anti-Azərbaycan təbliğatı, Prezident Trampın saxta xəbərlər mənbəyi adlandırdığı "Washington Post", "New York Times" kimi nəşrləri, təbii ki, Fransanın hökumətyönlü "Figaro" və "Le Monde" kimi saxta mediaları elə bir ab-hava yaratmaq istəyirdilər ki, guya Azərbaycanda diktaturadır, demokratik təcrübə yoxdur, insan haqları vəhşicəsinə pozulur, müxalifət mələkdir, hakimiyyət isə şeytandır". 

Prezident bildirdi ki, həmin vaxtda dövlət faktiki olaraq bu maliyyə vəsaitlərinin axınına tam nəzarət etmirdi: "Bu səbəbdən, Milli Demokratiya İnstitutu kimi bədnam qurumların, əslində, burada hökuməti devirmək planı hazırlamasının səbəbi də bu idi. Bunu aşkar etdik. Beləliklə, biz bank hesabından bir milyon ABŞ dollarından çox vəsaitin nağdlaşdırıldığını aşkar etdik. Sonra biz o pulun bir hissəsini, müxalifətyönlü fəalların kirayələdikləri mənzillərində "Molotov kokteylləri"ni və hökumət binalarına, polislərə necə hücum etmək təlimatlarını tapdıq". 

Müxtəlif ölkələrdə rəngli inqilablar adı altında dağıdıcı fəaliyyət göstərən Qərb dairələri bu çirkin təcrübələrini 2005-ci ildə Azərbaycanda da həyata keçirmək üçün cəhdlər etmişdilər. Həmin il ölkəmizdə narıncı inqilab cəhdləri ABŞ Dövlət Departamenti tərəfindən təşkil olunmuşdu. 


"Qərb təşkilatları hələ çox "yaradıcıdırlar""


Ancaq dövlətimizin yürütdüyü demokratik siyasət, Azərbaycan xalqının dövlətə etimadının tam olması və iqtidar ətrafında sıx birləşməsi ölkəmizdə xarici mənfur qüvvələrin planlaşdırdıqları bütün planları suya saldı. 

"İndi bunu etmək daha çətindir. Çünki birincisi, biz maliyyə sisteminə tam nəzarət edirik. İkincisi, yerli QHT-lərə, əslində, müxalifətin qollarına verilən bütün qrant adlanan vəsaitlər indi qeydiyyatdan keçməlidir. Burada pul qaçaqmalçılığı çox çətindir", - deyə adıçəkilən forumda Prezident İlham Əliyev vurğuladı.

Ancaq o da reallıqdır ki, bu mənfur qüvvələr ölkəmizin daxili işlərinə burun soxmaq, ara qarışdırmaq, böhran yaratmaq üçün hələ də ağlagəlməz yollara əl atırlar. "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda ölkəmizin rəhbəri təəssüflə qeyd etdi ki, bəzi Qərb təşkilatları hələ çox "yaradıcıdırlar". Onlar müxtəlif kuryerlər vasitəsilə buraya pul daşımağın yeni yollarını tapıblar. Onlar bu pulu, əsasən, Gürcüstan vasitəsilə gətirirdilər: "Gürcüstan deyəndə, pulun Gürcüstan tərəfindən ayrıldığını söyləmək istəmirəm. Bu, Gürcüstanda hələ də fəaliyyət göstərən Qərb qeyri-hökumət təşkilatlarındandır - xaricilərin nəzarətində olan Gürcüstan bankları vasitəsilə. Adsız kredit kartları və nağd pullar vəziyyətin sabitliyini pozmaq üçün buraya gətirilir". 

Lakin Qərb dairələrinin Azərbaycanda siyasi sabitliyi pozmaq kimi məkrli  niyyətləri mənasızdır. Çünki ötən dövrdə olduğu kimi, bundan sonra da onların bütün  dağıdıcı cəhdlərinin qarşısı qətiyyətlə alınacaq. Dövlətimiz xalqımızın milli maraqlarını təhlükəyə atan heç bir qüvvənin ölkəmizin daxilində əl-qol açmasına imkan verməyəcək. Buna görə də Qərb dairələrinin anti-Azərbaycan fəaliyyətləri başından fiaskoya məhkumdur. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin sədri Efiopiya Xalq Nümayəndələri Palatasının rəhbəri ilə görüşüb

22:14
28 İyul

Bakıda Çin Xalq Azadlıq Ordusunun yaranmasının 99-cu ildönümü qeyd edilib

21:18
28 İyul

Çinin hərbi attaşesi: Azərbaycan ilə hərbi əməkdaşlıq ikitərəfli münasibətlərin mühüm hissəsidir

20:33
28 İyul

Çin səfiri: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə əməkdaşlığı daha da dərinləşdirməyə hazırdır

20:26
28 İyul

Fransanın Jirond departamentində yanğınlar davam edir, ərazidəki bəzi müəssisələr bağlanır

20:16
28 İyul

Qədim Qəbələnin yerləşdiyi ərazidə saray tipli ictimai binanın qalıqları aşkarlanıb

20:09
28 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində çıxışlar başa çatıb

20:02
28 İyul

Azərbaycan-Serbiya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

19:54
28 İyul

Ağ evdə Trampla Zelenski arasında görüş keçirilir

19:47
28 İyul

Sənətşünas: “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyası ölkənin beynəlxalq imicini daha da gücləndirəcək

19:40
28 İyul

Naxçıvanda iyul ayı üzrə bütün növ sosial müavinətlərin ödənilməsi başa çatıb

19:33
28 İyul

Azərbaycan Milli QHT Forumu BMT-nin Ətraf Mühit Proqramında rəsmi müşahidəçi statusu qazanıb

19:26
28 İyul

İnformasiya Texnologiyaları İnstitutunda proqram mühəndisliyi istiqamətində elmi tədqiqatlar aparılır

19:19
28 İyul

Azərbaycan-Almaniya münasibətlərində strateji gündəliyin əhəmiyyəti vurğulanıb

19:12
28 İyul

Milli Məclisin sədri Efiopiyada rəsmi səfərdədir

19:05
28 İyul

I və IV ixtisas qrupları üzrə imtahanlarda ən yüksək nəticə göstərən abituriyentlər məlum olub

18:58
28 İyul

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:51
28 İyul

İyulun 12-də keçirilən qəbul imtahanının nəticələri elan edilib

18:44
28 İyul

Orta Dəhliz Avrasiya məkanında yeni iqtisadi əməkdaşlıq modelini formalaşdıran strateji platformadır

18:37
28 İyul

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb

18:30
28 İyul

Tramp: İranla razılaşmasaq, Pikaks dağını da məhv edəcəyik

18:23
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!