25 May 2025 10:00
938
İDMAN
A- A+
"Qələbələrin ardı gələcək"

"Qələbələrin ardı gələcək"


"Hər kəsi qələbə münasibəti ilə təbrik edirəm. Düşünürəm ki, azarkeşlərə xoş gün bəxş edə bildik. İnşallah, ardı gəlsin". Bu sözləri minifutbol üzrə milli komandamızın baş məşqçisi Elşad Quliyev dünya çempionatında Sloveniyaya 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. 

Jurnalistlərin suallarını cavablandıran mütəxəssis Azərbaycan yığmasının Bakıda keçirilən dünya çempionatının favoritlərindən biri olduğunu söyləyib: "Turnirə çox ciddi hazırlaşmışıq. İlk oyunda bir qədər meydança amilinin təsiri oldu. Üstəlik, tribunalar dolu idi. Uşaqlar bir qədər problem yaşadılar. Bundan sonra bütün matçlarda belə oynayacağıq. Favorit komandalardan biriyik".

O, yığmaya dəstək olan azarkeşlərə də təşəkkür edib: "Hər kəsə "çox sağ ol" deyirəm. Fanatlar möhtəşəm idilər".

E.Quliyev "Sloveniya üzərində qələbə ilk turda Bəhreynlə görüşdəki heç-heçənin təsadüfi olduğunu göstərir?" sualını belə cavablandırıb: "Bizim komandanın gücü bu da deyil, daha böyükdür. Uşaqların oyun səviyyəsi yüksəkdir. İnanıram ki, bizi qarşıda daha yaxşı matçlar gözləyir. Hər oyuna belə hazırlaşsaq, qələbələrin ardı gələcək". 

Millimizin baş məşqçisi Sloveniya ilə görüşdə qollardan birinin müəllifi olan, böyük futbolu minifutbola dəyişən "Xəzər Lənkəran"ın yetirməsi Kamran Abdullazadə barədə də fikirlərini bölüşüb: "Kamran yaxşı futbolçudur. Bir ildən artıqdır minifutbolda, "Zirə"də oynayır, həm də milliyə dəvət alır. Potensialı yüksəkdir. İstəməzdik ki, futbolu tez atsın. Xoşdur ki, "Xəzər Lənkəran"ın yetirməsinin bizə köməyi var. Amma Abdullazadə daha yaxşısını edə bilər", 

E.Quliyev dünya çempionatındakı rəqiblərin güclü olduğunu vurğulayıb: "Çətin rəqiblər hələ qarşıdadır. İstəyirsən dünya, yaxud Avropa çempionu ol, meydana boş çıxsan, rəqiblər xal almağa qadirdir. Son dünya çempionu Rumıniya Çad millisinə uduzdu. Bəli, bu, təsadüf idi. Lakin qələbə qazanmaq üçün meydanda can qoymalısan".


Hazırladı:

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!