04 Aprel 2025 08:50
460
CƏMİYYƏT
A- A+
Qazaxın Aprel qəhrəmanları

Qazaxın Aprel qəhrəmanları


Aprel döyüşlərindən 9 il ötür. Cəmi dörd gün davam edən bu döyüşlər Azərbaycanın hərb tarixinə parlaq səhifələr kimi daxil olmuşdur. Bu gün əbəs yerə Azərbaycan xalqının və ordumuzun qəhrəmanlığının nümayişi olan Aprel döyüşlərini Vətən müharibəsindəki möhtəşəm Zəfərin başlanğıcı kimi dəyərləndirmirlər. 

Aprel döyüşlərinin ən gərgin nöqtələrindən biri Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti idi. Uğurlu əməliyyatlar nəticəsində Tərtər rayonunun Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizləndi və Naftalan şəhərinə yarana biləcək təhlükə aradan qaldırıldı. Digər bir istiqamətdə geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi Azərbaycan Ordusunun nəzarətinə keçdi. Bu döyüşlərdə düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 800-dən çox hərbçisi zərərsizləşdirildi, Suqovuşanda yerləşən qərargahı və əsas hərbi hissələri dağıdıldı. Bununla da Ağdərə-Suqovuşan, Cəbrayıl istiqamətindəki yolları nəzarətdə saxlamaq mümkün oldu.

Prezident, Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərinin ildönümü ərəfəsində bir qrup hərbçi ilə görüşdə dediyi sözlər həmin qələbənin strateji əhəmiyyətini tam dəqiqliyi ilə ifadə edir: "Aprel döyüşləri eyni zamanda ordumuzun peşəkarlığını göstərmişdir. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər bizə imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək".

Azərbaycan Ordusu uğurlu Aprel döyüşlərindən ruhlanaraq iki il sonra daha bir  zəfərə imza atdı. 2018-ci ilin mayında Əlahiddə Ümumqoşun Ordu tərəfindən Naxçıvanın Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, haqq işi uğrunda savaşa hər an hazır olan əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadirdirlər. 

Və belə də oldu. 9 il əvvəl Lələtəpədə ucaldılan Azərbaycan bayrağı indi Qarabağın və Şərqi Zəngəzurun hər yerində, hər yaşayış məntəqəsində, hər yüksəkliyində dalğalanır. Bu gün şanlı döyüş yolu keçən Azərbaycan Silahlı Qüvvələri özünün ən qürurlu illərini yaşayır. Bu qüruru bizlərə Müzəffər Ali Baş Komandan və rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, sağlamlığını itirən qazilərimiz, torpaqlarımız uğrunda canından keçən igid Vətən oğulları yaşadır.

Onların sırasında Qazaxın üç şəhidi - Fərəhli kəndinin qəhrəman oğlu kapitan Mühüd Qurban oğlu Orucov, Yuxarl Salahlı kəndinin igid zabiti baş leytenant Elvin Məmməd oğlu Namazov və Aslanbəyli kəndinin cəsur övladı əsgər Orxan Məhəmmədoğlu Əliyev də var. Rayon icra hakimiyyətinin əməkdaşları və şəhidlərin yaxınları Aprel döyüşlərinin 9-cu ildönümü ilə bağlı igid Vətən oğularının əziz xatirəsini dərin ehtiramla yad etmişlər. Rayon icra hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev şəhidlərin ailəsinə dərin hüznlə başsağlığı vermiş və bildirmişdir ki, bu gün Aprel döyüşlərindən 9 il ötsə də, xalqımız o şanlı tarixi və torpaq uğrunda canından keçən şəhidlərimizi unutmur, ildən-ilə şəhidlərimizə olan hörmət və ehtiramı daha da artır: "Aprel döyüşlərində ordumuzun qüdrəti qarşısında vahiməyə düşən düşmən Azərbaycan əsgərinin gücünü bir daha gördü, xalqımızın ərazi, torpaq məsələsində heç zaman güzəştə getməyəcəyini növbəti dəfə anladı. Şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən mühribəsində qazandığı tarixi Zəfər ilə bunu sübut etdi". 


S.YUNİSOĞLU,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Culfa rayonunda Dövlət Proqramının icrası ilə bağlı görüş olub

21:48
17 Sentyabr

Azərbaycan və Estoniya XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

20:45
17 Sentyabr

DTX-nin rəisi Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib

20:01
17 Sentyabr

İsmayıllı rayonunda bir sıra fermer və sahibkar təsərrüfatlarına baxış keçirilib

19:45
17 Sentyabr

Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanışlıq YENİLƏNİB-2

19:37
17 Sentyabr

AHİK könüllüləri Prezident Kitabxanasında olublar

19:28
17 Sentyabr

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib  

18:54
17 Sentyabr

Bakıda “Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib YENİLƏNİB  

18:52
17 Sentyabr

Azərbaycan ilə TRACECA arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub  

18:50
17 Sentyabr

General Keyn: “ABŞ ordusu Ay yaxınlığında döyüş əməliyyatlarına hazırlaşmalıdır”   

18:48
17 Sentyabr

SOCAR ilə Özbəkistan şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi dəyərləndirilib  

18:48
17 Sentyabr

MSK sədri: Üzvlərə qarşı tələblərimizi getdikcə daha da artırmalıyıq

18:46
17 Sentyabr

Azərbaycan və Özbəkistan energetika sahəsində 2026-2028-ci illər üzrə Yol Xəritəsi imzalayıb  

18:45
17 Sentyabr

“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb 

18:43
17 Sentyabr

Samuxda iri fermer təsərrüfatlarında monitorinq aparılıb

18:42
17 Sentyabr

Azərbaycan və Çin arasında minatəmizləmə sahəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb  

18:38
17 Sentyabr

Milli Məclisin Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib  

18:37
17 Sentyabr

XIX əsrdən gələn səslər: “Kavkaz” qəzetinin Şamaxı salnaməsi  

18:32
17 Sentyabr

Lerikdə zəlzələ olub

18:30
17 Sentyabr

“Baku ID 2026” innovasiya festivalı çərçivəsində insan kapitalının inkişafı nəzərdən keçirilib 

18:12
17 Sentyabr

Böyük Qayıdışın kiçik biznesləri  

18:09
17 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!