25 Oktyabr 2025 09:00
1015
CƏMİYYƏT
A- A+
Qazaxda "Vətən Müharibəsi qəhrəmanları ilə bir gün" 

Qazaxda "Vətən Müharibəsi qəhrəmanları ilə bir gün" 


Qazaxda Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş "Vətən Müharibəsi qəhrəmanları ilə bir gün"  adlı  görüş keçirilmişdir.

Qazax Ədəbiyyat Muzeyində təşkil olunmuş görüşü açan rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov gəncləri və müharibə iştirakçılarını salamlamış, 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə iştirakçıları təbrik etmişdir. Görüşün əhəmiyyətindən söz açan natiq qələbənin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şəhidlərimizin qanı, canı, qazilərimizin sağlamlığı bahasına qazanıldığını, onun Azərbaycan xalqının yaddaşına və hərb tariximizə qızıl hərflərlə yazıldığını diqqətə çatdırmışdır. 

Sonra rayon icra hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, 3-cü dərəcəli "Rəşadət" ordeni və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmiş, ehtiyatda olan kapitan Samir Çobanov çıxış etmişdir. Qeyd etmişdir ki, Vətən müharibəsi şanlı tariximizə qızıl hərflərlə yazılıb: "Bu müharibə Azərbaycan xalqının əzmkarlığının bir daha böyük nümunəsi oldu, xalqımızın Vətəninə bağlılığını, ərazi bütövlüyü üçün canlarından keçən, sağlamlıqlarını itirən gənclər yetişdirdiyini bütün dünyaya göstərdi. Bu gənclər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövründə yetişən yeni nəsil idi". 

Sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilmiş, ehtiyatda olan polkovnik-leytenant İsgəndər Mustafayev, "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilmiş Məhəmməd Xəlilli, 3-cü dərəcəli Vətən müharibəsi əlili, "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmiş polkovnik-leytenant Valeh Mustafayev, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Suqovuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilmiş polkovnik-leytenant Amil Göyüşov, 2-ci dərəcəli Vətən müharibəsi əlili, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmiş mayor Xəyyam Əliyev və başqaları çıxış edərək döyüş təəssüratlarını danışmışlar.

Görüşün sonunda müharibə iştirakçıları gənclərin suallarını cavablandırmış, gənclərə vətənpərvər olmağı, peşəsindən, kimliyindən asılı olmayaraq vətəndaşlıq borcunu layiqincə yerinə yetirərək qalib Azərbaycanın adını hər zaman uca tutmağı tövsiyə etmişlər.


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib  

23:51
01 Noyabr

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO  

22:13
01 Noyabr

“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub

20:59
01 Noyabr

“Dakar-2026”: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

20:33
01 Noyabr

Media və Yayım Şurası bəyanat yayıb

15:52
01 Noyabr

“Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətirib

14:11
01 Noyabr

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Abdelmacid Tebbuna

13:54
01 Noyabr

Sabahın hava proqnozu açıqlanıb

13:51
01 Noyabr

Fərid Qayıbov: “Qələbə qaçışı”nda iştirakçıların sayı ildən-ilə artır

13:09
01 Noyabr

Bakıda VI “Qələbə qaçışı”na start verilib

11:07
01 Noyabr

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub  

22:47
31 Oktyabr

Rusiya FTX Moskvada terror aktı hazırlığı barədə məlumat alıb

22:44
31 Oktyabr

Türkiyə və Ukrayna prezidentləri regionun təhlükəsizliyinin əhəmiyyətini vurğulayıblar  

22:43
31 Oktyabr

Zelenski: Ərdoğanla görüşdə Qara dənizdə təhlükəsiz naviqasiya və “Taxıl Dəhlizi” müzakirə olunub  

21:09
31 Oktyabr

Azərbaycan Premyer Liqası: "Qəbələ" – "Qarabağ" görüşü qolsuz heç-heçə ilə yekunlaşıb  

20:07
31 Oktyabr

“Berliner Zeitung”: Azərbaycanın dini tolerantlıq modeli İslam dünyası üçün ümid işığıdır  

19:57
31 Oktyabr

İran müharibə ehtimalını istisna etmir

18:57
31 Oktyabr

Ukrayna Prezidenti İstanbulda səfərdədir

18:32
31 Oktyabr

Ukrayna Rostov vilayətində raket yanacağı istehsal edən müəssisəni vurub  

18:01
31 Oktyabr

Azərbaycan Feridun Sinirlioğlunun BMT Baş katibliyinə namizədliyini alqışlayır

17:03
31 Oktyabr

Milli kimliyimizin və mənəvi bütövlüyümüzün təcəssümü

16:59
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!