26 May 2024 09:10
572
CƏMİYYƏT
A- A+
Qazaxda da məcburi köçkün qalmadı

Qazaxda da məcburi köçkün qalmadı

 

"Kəndimizə qayıdan gün evimizin yanındakı bulaqdan su içib Prezidentimizə dua edəcəm"

 

Ermənistanın Qarabağ iddiası ilə başladığı müharibədə törətdiyi ilk cinayət Qazaxın Bağanis Ayrım kəndində oldu. Kənddə 5 nəfərdən ibarət ailə xüsusi amansızlıqla qətlə yetirilərək yandırıldı. 1990-cı il martın 23-dən 24-nə keçən gecə öncədən təşkil edilən plan əsasında hücuma məruz qalan kənd ermənilər tərəfindən işğal olundu. 
İşğal zamanı Bağanis Ayrım kəndinin əliyalın günahsız əhalisinə qarşı əsl qətliam törədildi. 10 nəfər qətlə yetirildi, 15 nəfər yaralandı. 
100-dən çox evi olan kənd, o cümlədən əhalinin çıxara bilmədiyi ev əşyaları və mal-qara talan edildi. Öz ata-baba yurdlarından didərgin düşmüş bağanis ayrımlılar müxtəlif bölgələrdə, ilk növbədə Qazaxda məskunlaşdılar. Bağanis Ayrımla birlikdə Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı kəndləri və onların sakinləri də eyni taleyi yaşadılar. 
30 il bu nisgili qəlblərində saxlayan və gec-tez öz yurdlarına qayıdacaqlarına əmin olan həmin kəndlərin sakinlərinin bu günlər sevinclərinin həddi-hüdudu yoxdur. Onlar Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı siyasət nəticəsində bir güllə atılmadan, qan tökülmədən 4 kəndin Azərbaycana qaytarılmasını ölkəmizin növbəti qələbəsi kimi qiymətləndirirlər. Həqiqətən, 44 günlük Vətən müharibəsindəki qələbə, 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası, rusiyalı sülhməramlıların bölgədən çıxarılmasından sonra 4 qeyri-anklav kəndin qaytarılması Azərbaycan torpaqlarını addım-addım, qarış-qarış işğaldan azad edən İlham Əliyevin, xalqımızın və ordumuzun möhtəşəm uğurlarıdır. 
Bağanis Ayrım kəndinin sakini Ramiz Adıgözəlov deyir ki, müharibədən əvvəl özümüzə yaxşı gün-güzəran qurmuşduq: "Geniş evimiz, bağımız-bağçamız var idi. Əkinçiliklə, heyvandarlıqla məşğul olurdum. Həyətimdə çoxlu sayda arı aləsi də saxlayırdım. 1990-cı ilin mart ayında ermənilər kəndimizə soxulub başımıza olmazın müsibət gətirdilər. Əliyalın kənd camaatı çıxılmaz vəziyyətdə qaldı. Heç nə edə bilmədik. Bu qırğında ermənilər qaynatamı, qaynanamı, baldızımı, 40 günlük oğlumu və həyat yoldaşım Aliyəni evdə yandırdılar". 
Bağanis Ayrım Qazaxın ən səfalı kəndlərindən idi. Kəndin icra nümayəndəsi Anar Vəliyev deyir ki, təmiz havası, buz bulaqları, bərəkətli torpağı olan Bağanis Ayrım bölgədə həm də uzunömürlülər diyarı sayılırdı: "Kənd sakinləri arasında indinin özündə yaşı 100-ü ötmüş çoxlu sayda ağsaqqal var. Onlardan biri də Şəmil Adıgözəlovdur. Yaşı 100-ə yaxın olan Şəmil dayı kəndimizin sayılıb-seçilən ağsaqqallarındandır". 
Şəmil kişi ailəsi ilə birlikdə Qazaxda məskunlaşıb. Deyir ki, Qazax da yurdumuzdur: "Ancaq öz ata-baba ocağımız başqadır. Kəndimiz üçün çox darıxmışam. Mən kənddən çıxanda 62 yaşım var idi. İndi yaşım 90-nı keçib. 30 ildir Bağanis Ayrımın həsrəti ilə yaşayıram. Kəndimizə qayıdan gün evimizin yanındakı bulağın suyundan doyunca içib bu sevinci bizə bəxş edən Prezidentimiz İlham Əliyevə dua edəcəm".
Kənd ağsaqqallarından Anar Vəliyev, Zərbəçi Xasayev də Bağanis Ayrıma qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Bilirlər ki, ermənilər onların evlərini tamamilə dağıdıb, talan ediblər. Amma dövlət başçısının onları evsiz qoymayacağına da əmindirlər".
Emil Xasayev ata yurdu olan Bağanis Ayrımı görməsə də,  ata-anasının kəndləri barədə söhbətlərinə həmişə böyük maraqla qulaq asıb.  Kəndin Azərbaycana qaytarılacağı xəbərini əsgərlikdə xidmət edərkən eşidib. Bir neçə gündür ki, xidmətini başa vurub. Ona görə də sevinc sevincə qarışıb. Sevinir ki, yaxın vaxtlarda, nəhayət ki, ata yurduna qayıdacaq. 

Sabir ƏLİYEV,
 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sülh Şurasının təsisçi üzvü kimi Azərbaycanın qlobal rolu daha da artacaq

08:05
31 Yanvar

Xalqımızın qürur və qəhrəmanlıq simvolu

08:00
31 Yanvar

Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı TƏDBİRLƏR PLANI

01:17
31 Yanvar

"Azərbaycan Respublikasında 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında

01:15
31 Yanvar

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universiteti Publik Hüquqi Şəxs aşağıdakı vəzifələri tutmaq üçün müsabiqə elan edir

01:14
31 Yanvar

Leyla Əliyeva BMT-nin Cenevrə ofisində “Azərbaycan otağı” ilə tanış olub  

23:57
30 Yanvar

Leyla Əliyevanın iştirakı ilə Cenevrədə Xəzər dənizinin ekoloji problemləri müzakirə olunub  

23:49
30 Yanvar

Latviyada “20 Yanvar” nəşrinin təqdimatı olub  

23:38
30 Yanvar

Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşüb  

23:30
30 Yanvar

Ali Məclisin İqtisad siyasət və Humanitar siyasət komitələrinin iclasları keçirilib  

22:47
30 Yanvar

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Pakistana səfər edib  

22:46
30 Yanvar

ABŞ İranın 6 rəsmisinə qarşı sanksiya tətbiq edib  

22:45
30 Yanvar

TÜRKPA İstanbulda Türk Əməkdaşlıq Təşkilatlarının Koordinasiya iclasında iştirak edib  

22:43
30 Yanvar

Ali Rada: Azərbaycandan Ukraynaya göndərilən humanitar yardımın məbləği 45 milyon dolları ötüb  

22:41
30 Yanvar

Azərbaycanda 52 milyon manatlıq narkotik vasitə və psixotrop maddə məhv edilib  

20:13
30 Yanvar

S.S.Mikayılovun Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında  

20:11
30 Yanvar

Qurban Qurbanov: “Nyukasl” ciddi rəqibdir  

19:29
30 Yanvar

Mərkəzi Bank ilə Çinin “UnionPay” ödəniş sistemi arasında Anlaşma Memorandumu imzalanıb  

19:18
30 Yanvar

Misli Premyer Liqası: “Qəbələ” ardıcıl ikinci qələbəsini qazanıb  

19:08
30 Yanvar

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu II” keçirilib

18:41
30 Yanvar

RİNN və bp süni intellekt, kibertəhlükəsizlik və rəqəmsallaşma sahələrində əməkdaşlıq edəcək  

18:23
30 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!