22 Sentyabr 2023 12:06
515
İQTİSADİYYAT
A- A+
Qazaxda aqrar sığorta ilə bağlı regional tədbir keçirilib

Qazaxda aqrar sığorta ilə bağlı regional tədbir keçirilib

 

Qərb bölgələrində aqrar sığortaya maraq artır

 

Qazax rayonunda "Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta" mövzusunda regional tədbir keçirilib. Aqrar Sığorta Fondu və Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Qazax-Tovuz iqtisadi rayonunda aqrar sığortanın əhəmiyyəti, faydaları və fermerlər üçün üstünlükləri açıqlanıb, baş verən təbii fəlakətlər, dolu və sel-subasma hadisələrinin təsərrüfatlara vurduğu zərər və fermerlərə ödənişlərə başlanması ilə bağlı vəziyyət müzakirə edilib.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov son illər Qazax rayonunda aqrar sahənin sürətlə inkişaf etdiyini, əkin sahələrinin, xüsusilə də suvarılan sahələrin artdığını qeyd edib. Rayon ərazisində taxılla yanaşı, meyvə bağları və tərəvəz sahələri də artır. Bildirilib ki, bu işlərə investisiya yatıran fermer, sahibkar və şirkətlər sahələrin qorunmasının da qayğısına qalmalı və dövlətin əlverişli şərtlərlə təqdim etdiyi aqrar sığorta vasitəsilə sahələrini sığorta etdirməlidirlər.

Qeyd edək ki, Qazax-Tovuz bölgəsi Gəncə-Daşkəsən regionu ilə birlikdə Azərbaycanda iqlim hadisələrinin ən çox baş verdiyi bölgələrdəndir. Araşdırmalar göstərir ki, ölkə ərazisində hər il qeydə alınan dolu hadisələrinin yarıdan çoxu bu regionların payına düşür. Bu il baş verən qeyri-sabit hava şəraiti və təbii fəlakətlər də regiona zərər vurub.

Çıxış edən Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov xatırladıb ki, aqrar sığorta dövlətin fermerlərə mühüm dəstək mexanizmidir və aqrar sığorta haqqının 50 faizini də fermerlərə dəstək üçün dövlət özü ödəyir.  O qeyd edib ki, 2022-2023-cü illərdə Qazax-Tovuz regionunda fermer və təsərrüfatlara 205 min manatdan artıq ödəniş edilib. Fuad Sadıqov bildirib ki, 2023-cü ildə müşahidə olunan qeyri-sabit hava şəraiti, sel və daşqınlar səbəbindən sığorta hadisələri kəskin artıb. Nəticədə bu il sığorta ödənişlərinin daha da artacağı gözlənilir. Hadisələr nəticəsində fermerlərə dəyən zərərin ödənilməsinə yaxın günlərdə başlanılacaq. Artıq Aqrar Sığorta Fondu bununla bağlı zəruri ehtiyatları yaradıb.

Tədbirdə aqrar sığorta vasitəsilə əkin sahələri və heyvanların sığortalanması, hadisə baş verərkən ödəniş prosesinin detalları ilə bağlı geniş məlumat verilib. Bildirilib ki, iribaşlı və xırdabaşlı heyvanları cüzi məbləğ ödəməklə sığortalamaq olar. Xüsusilə son aylar baş verən sel və daşqın hadisələri zamanı heyvanları sel apardığı xatırlanıb və bildirilib ki, qiyməti 300 manat olan qoyun və keçiləri cəmi 9-10, qiyməti 2000 manat olan inəkləri isə 61-95 manata sığorta etmək mümkündür. Qeyd edilib ki, bir neçə ay əvvəl rayondakı təsərrüfatlardan birində 80 baş xırdabaşlı heyvanı sel aparıb və təsərrüfata 25 min manat zərər dəyib, halbuki qat-qat kiçik məbləğ ödəməklə onları sığorta etmək olardı.

Qazax-Tovuz regionunda meyvə bağlarının sahəsinin sürətli artması qeyd edilib və bildirilib ki, müxtəlif meyvə bağlarında 1000 manatlıq məhsulu qorumaq üçün cəmi 20-30 manat sığorta haqqı ödəmək kifayətdir.

Fermer və təsərrüfat sahibləri sel-subasma və 3-cü şəxslərin hərəkəti nəticəsində dəyən zərərlərə görə ödənişlərin verilməsi, dəyən zərərin hesablanması ilə bağlı sual və təkliflərini səsləndiriblər.

Görüşdə fermerlərin tez-tez rastlaşdığı suvarma və quraqlıq probleminə də toxunulub. Fuad Sadıqov bildirib ki, qarşıdakı illərdə Azərbaycanda dəmyə ərazilərdə taxıl əkinlərinin quraqlıqdan sığortalanması ilə bağlı işlər aparılacaq. Fond rəhbəri fermerləri aqrar sığortadan faydalanmaq üçün əkin sahələrini sığortalamağa, eləcə də əldə edəcəkləri məhsulun həcmini düzgün bəyan etməyə çağırıb.

Tədbirdə Aqrar Sığorta Fondunun elektron yenilikləri - "Aqrar Sığorta Kalkulyatoru" və "Sığorta şəhadətnaməsini yoxla" xidmətləri barədə də məlumat verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında

01:44
15 Fevral

Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında

01:43
15 Fevral

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərinin ümumi yekunlarına dair 

01:41
15 Fevral

29 yanvar 2025-ci il Səsvermənin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının PROTOKOLU

01:40
15 Fevral

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin SİYAHISI  

01:39
15 Fevral

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin SİYAHISI

01:38
15 Fevral

Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilər etibarsız hesab edilmiş bələdiyyələrin SİYAHISI

01:37
15 Fevral

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində tam tərkibdə formalaşmamış bələdiyyə ilə bağlı MƏLUMAT

01:36
15 Fevral

29 yanvar 2025-ci ildə keçirilmiş bələdiyyə seçkilərində seçilmiş bələdiyyə üzvlərinin SİYAHISI

01:32
15 Fevral

Azərbaycan-Serbiya əməkdaşlığının perspektivləri müzakirə olunub  

22:23
14 Fevral

Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşüb  

22:03
14 Fevral

Azərbaycanla Qırğız Respublikası arasında statistika sahəsində əməkdaşlıq müzakirə olunub  

21:57
14 Fevral

Ceyhun Bayramov İsrailin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib  

21:42
14 Fevral

Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib

21:36
14 Fevral

Azərbaycanla Küveyt arasında siyasi məsləhətləşmələr keçirilib

21:21
14 Fevral

Ağdam Sənaye Parkının 70 faizindən çox hissəsi sahibkarların istifadəsinə verilib  

21:09
14 Fevral

Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin ümumi yekunlarını elan edib YENİLƏNİB  

21:02
14 Fevral

Ərdoğan: “Mən etdim, belə də olacaq” prinsipi regionda işə yaramayacaq  

20:47
14 Fevral

HHQ-nin “N” hərbi hissəsinin yaranma günü qeyd olunub  

20:38
14 Fevral

61-ci Münxen Təhlükəsizlik Konfransı işə başlayıb  

20:31
14 Fevral

Prezident İlham Əliyev Suriyanın keçid dövrü Prezidentini təbrik edib  

20:22
14 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!