13 Aprel 2022 01:56
1989
Fərmanlar
A- A+
"Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"  Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli  486-VIQD nömrəli Qanununun tətbiqi və  "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

"Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"  Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli  486-VIQD nömrəli Qanununun tətbiqi və  "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun  qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin onuncu abzasında, 3-cü maddəsinin 1-ci və 2-ci hissələrində, 6-1-ci maddəsinin 1-ci hissəsinin ikinci və üçüncü cümlələrində, 6-2-ci maddəsinin 1-ci hissəsinin birinci, dördüncü abzaslarında və 4-cü hissəsində, 6-3-cü maddəsinin 4-cü hissəsinin dördüncü cümləsində, 5-ci hissəsinin birinci cümləsində və 6-cı hissəsinin ikinci abzasında, 6-4-cü maddəsinin birinci və ikinci cümlələrində, 6-5-ci maddəsinin  1-ci, 2-ci, 3-cü və 4-cü hissələrində, 13-cü maddəsinin 8-1-ci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 6-1-ci maddəsinin 1-ci hissəsinin üçüncü cümləsində,  6-2-ci maddəsinin 1-ci hissəsinin dördüncü abzasında, 6-4-cü maddəsinin ikinci cümləsində, 6-5-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir;

1.3. həmin Qanunun 3-cü maddəsinin 1-ci və 2-ci hissələrində, 6-2-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında və 4-cü hissəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Qanunun 6-3-cü maddəsinin 5-ci hissəsinin birinci cümləsində, 13-cü maddəsinin 8-1-ci hissəsinin ikinci cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Qanunun 6-1-ci maddəsinin 1-ci hissəsinin ikinci cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və balansında dövlət mənzil fonduna aid yaşayış sahələri olan dövlət orqanları (qurumları) nəzərdə tutulur;

1.6. həmin Qanunun 6-3-cü maddəsinin 6-cı hissəsinin ikinci abzasında "orqan (qurum)" dedikdə balansında dövlət mənzil fonduna aid yaşayış sahələri olan dövlət orqanları (qurumları) nəzərdə tutulur;

1.7. həmin Qanunun 1-ci maddəsinin onuncu abzasında "orqan (qurum)" dedikdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1.  "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsinin 4-cü hissəsinin dördüncü cümləsində, 6-4-cü maddəsinin birinci cümləsində, 6-5-ci maddəsinin 1-ci, 2-ci və 4-cü hissələrində nəzərdə tutulmuş orqan (qurum) barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2.  dörd ay müddətində:

2.2.1. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinin 1-ci hissəsinin üçüncü cümləsinə uyğun olaraq, müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.2.2. həmin Qanunun 6-2-ci maddəsinin 1-ci hissəsinin dördüncü abzasına uyğun olaraq, qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.2.3. həmin Qanunun 6-4-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, müayinənin və texniki xidmətin həyata keçirilməsinə monitorinqin keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.2.4. həmin Qanunun 6-5-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq, ixtisaslaşmış podratçılara verilən ixtisas attestatının formasını, onun verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya ləğv edilməsi, eləcə də ixtisaslaşmış podratçıların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.3.  beş ay müddətində:

2.3.1. həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq, qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələbləri təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3.2. həmin Qanunun 3-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq, qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair  tələbləri təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3.3. həmin Qanunun 6-2-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq, tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Energetika Nazirliyi "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsinin 5-ci hissəsinin birinci cümləsinə uyğun olaraq, texniki xidmətin nəticəsinə dair aktın formasını  iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 576; 2001, № 10, maddə 640; 2003, № 10, maddə 585; 2004, № 7, maddə 526; 2007, № 6, maddə 601; 2010, № 10, maddə 848; 2011, № 4, maddə 291; 2018, № 3, maddə 410, № 4, maddə 654; 2021, № 7, maddə 728) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bənddə "yeddinci abzasında (ikinci halda)" sözləri "səkkizinci (ikinci halda) və onuncu abzaslarında" sözləri ilə əvəz edilsin və həmin bəndə "3-cü maddəsinin" sözlərindən sonra "1-ci, 2-ci hissələrində," sözləri, "8-ci maddəsinin" sözlərindən əvvəl "6-1-ci maddəsinin 1-ci hissəsinin ikinci və üçüncü cümlələrində, 6-2-ci maddəsinin 1-ci hissəsinin birinci, dördüncü abzaslarında və 4-cü hissəsində,  6-3-cü maddəsinin 4-cü hissəsinin dördüncü cümləsində, 5-ci hissəsinin birinci cümləsində və 6-cı hissəsinin ikinci abzasında, 6-4-cü maddəsinin birinci və ikinci cümlələrində, 6-5-ci maddəsinin 1-ci, 2-ci, 3-cü və 4-cü hissələrində," sözləri, "15-ci" sözlərindən əvvəl "13-cü maddəsinin 8-1-ci hissəsinin ikinci cümləsində," sözləri əlavə edilsin;

4.2. aşağıdakı məzmunda 2.2-1-ci və 2.2-2-ci bəndlər əlavə edilsin:

"2.2-1. həmin Qanunun 6-1-ci maddəsinin 1-ci hissəsinin üçüncü cümləsində, 6-2-ci maddəsinin 1-ci hissəsinin dördüncü abzasında, 6-4-cü maddəsinin ikinci cümləsində, 6-5-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir;

2.2-2. həmin Qanunun 3-cü maddəsinin 1-ci və 2-ci hissələrində, 6-2-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında və 4-cü hissəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;";

4.3. 2.3-cü bənddə "on səkkizinci" sözləri "on doqquzuncu" sözləri ilə əvəz edilsin;

4.4. 2.4-cü bənddə "yeddinci (birinci halda) və səkkizinci" sözləri "səkkizinci (birinci halda) və doqquzuncu" sözləri ilə əvəz edilsin və həmin bənddən "13-cü maddəsinin 6-cı hissəsinin yeddinci və səkkizinci abzaslarında," sözləri çıxarılsın;

4.5. 2.5-ci bənddən "3-cü maddəsinin 4-cü hissəsinin birinci cümləsində," sözləri çıxarılsın;

4.6. 2.12-ci bənddə "yeddinci" sözü "səkkizinci" sözü ilə əvəz edilsin;

4.7. 2.15-ci bəndə "Qanunun" sözündən sonra "6-3-cü maddəsinin 5-ci hissəsinin birinci cümləsində," sözləri  və "hissəsində" sözündən sonra "və 13-cü maddəsinin 8-1-ci hissəsinin ikinci cümləsində" sözləri əlavə edilsin;

4.8. 2.17-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.18 - 2.20-ci bəndlər əlavə edilsin:

"2.18. həmin Qanunun 6-1-ci maddəsinin 1-ci hissəsinin ikinci cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və balansında dövlət mənzil fonduna aid yaşayış sahələri olan dövlət orqanları (qurumları) nəzərdə tutulur;

2.19. həmin Qanunun 6-3-cü maddəsinin 6-cı hissəsinin ikinci abzasında "orqan (qurum)" dedikdə balansında dövlət mənzil fonduna aid yaşayış sahələri olan dövlət  orqanları (qurumları) nəzərdə tutulur;

2.20. həmin Qanunun 1-ci maddəsinin onuncu abzasında "orqan (qurum)" dedikdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti nəzərdə tutulur.".

5. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinin 1-ci hissəsinin birinci cümləsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları" nəzərə alınmaqla, müayinə və texniki xidmət məlumatları üzrə reyestrin yaradılmasını dörd ay müddətində təmin etsin və həmin informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə zəruri tədbirlər görsün.

6. Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti bu Fərmandan irəli gələn müvafiq məsələləri həll etsin.

7. Bu Fərman 2022-ci il mayın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 8 aprel 2022-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!