03 İyun 2026 15:18
274
CƏMİYYƏT
A- A+
Qayıdış və regionun yeni sülh arxitekturası - panel sessiya

Qayıdış və regionun yeni sülh arxitekturası - panel sessiya


Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfransı davam edir.

AZƏRTAC xəvər verir ki, konfransın birinci hissəsində ADA universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə “Qayıdış və regionun yeni sülh arxitekturası” mövzusunda panel müzakirələri aparıb.

Fariz İsmayılzadə tədbirin əsas məqsədinin Qərbi Azərbaycana qayıdış konsepsiyasının regional sülh gündəliyi, beynəlxalq hüquq, tarixi ədalət və müasir geosiyasi reallıqlar kontekstində müzakirəsi olduğunu vurğulayıb. O qeyd edib ki, Prezident İlham Əliyevin irəli sürdüyü Qayıdış Konsepsiyası yalnız tarixi yaddaşın bərpasına deyil, həm də Cənubi Qafqazda davamlı sülhün və qarşılıqlı etimadın formalaşmasına xidmət edir. Fariz İsmayılzadə bildirib ki, bu gün Azərbaycan postmünaqişə dövrünün əsas aktorlarından biri kimi regionun yeni təhlükəsizlik və əməkdaşlıq modelinin formalaşdırılmasında mühüm rol oynayır.

Paneldə çıxış edən ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin professoru Daniel Pommier Vincelli Qərbi Azərbaycan məsələsinin tarixi və strateji əhəmiyyətindən bəhs edib. Professor tarixi yaddaşın qorunmasının dövlətlərin milli identikliyi və gələcək inkişaf strategiyası üçün mühüm amillərdən biri olduğunu vurğulayıb: “Qərbi Azərbaycana qayıdış ideyası yalnız humanitar məsələ deyil, həm də beynəlxalq münasibətlər sistemində ədalət, hüquq və barışıq prinsipləri üzərində qurulan uzunmüddətli sülh modelinin tərkib hissəsidir. Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasət regionun gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır”.

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrımçıxışında Qərbi Azərbaycan məsələsinin, hər şeydən əvvəl, tarixi ədalətin bərpası ilə bağlı olduğunu söyləyib. Deputat qeyd edib ki, Qafqaz tarixində müxtəlif dövrlərdə zorakı köçürmə siyasəti həyata keçirilib və bunun ən ağrılı nümunələrindən biri Qərbi Azərbaycandan azərbaycanlıların məcburi çıxarılması olub: “Yüz minlərlə insan öz doğma torpaqlarından uzaqlaşdırılıb, onların tarixi-mədəni irsi və kimliyi silinməyə çalışılıb. Türkiyə hər zaman Azərbaycanın yanında olub və bu məsələyə yalnız Azərbaycan xalqının deyil, bütövlükdə Türk dünyasının ortaq dəyəri kimi yanaşır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan qisas deyil, məhz ədalətin bərpası yolunu seçib və Qərbi Azərbaycana qayıdışın da hüquqi və diplomatik mexanizmlər əsasında həyata keçirilməsi nəzərdə tutulur”.

Müzakirələr zamanı Qərbi Kaspi Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Şeraz Mahmud Xan müasir geosiyasi transformasiyalar fonunda Azərbaycanın həyata keçirdiyi iqtisadi və siyasi təşəbbüslərin regionun gələcəyinə mühüm təsir göstərdiyini vurğulayıb. O, xüsusilə Orta Dəhlizin strateji əhəmiyyətinə diqqət çəkərək qeyd edib ki, bu marşrut Mərkəzi Asiya ilə Avropanı birləşdirən ən vacib bağlantı xətlərindən birinə çevrilməkdədir: “Azərbaycanın əsas hissəsini Naxçıvan və Türkiyə ilə birləşdirməsi nəzərdə tutulan nəqliyyat-kommunikasiya layihələri region ölkələri üçün yeni iqtisadi imkanlar yaradır. Bu layihələrdən ən çox fayda əldə edə biləcək dövlətlərdən biri də Ermənistandır. Orta Dəhliz yalnız Azərbaycan üçün deyil, Mərkəzi Asiya dövlətləri üçün də həyati əhəmiyyət daşıyır. Avrasiyanın məhz bu hissəsi son illərdə ən mürəkkəb geosiyasi proseslərin yaşandığı məkanlardan biri olub. Yaxın Şərqdə davam edən münaqişələr, Rusiya-Ukrayna müharibəsi və digər regional böhranlar fonunda Azərbaycan ilə Ermənistan arasında silahlı qarşıdurmanın başa çatması region üçün mühüm fürsət yaradıb”.

Şeraz Mahmud Xan Pakistanın nüvə dövləti və mühüm regional aktor kimi Azərbaycan və Türkiyə ilə əməkdaşlığının geniş perspektivlər açdığını bildirib: “Üç Qardaş” hərbi təlimləri əməkdaşlığın uğurlu nümunələrindən biridir. Təhlükəsizlik, logistika və iqtisadi inteqrasiya sahələrində yeni imkanlar var. Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə deyil, eyni zamanda, Asiya ilə Avropanı birləşdirən strateji mərkəzə çevrilməkdədir. COP29, WUF13)və digər beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkənin qlobal dialoq və əməkdaşlıq platforması kimi artan nüfuzunu nümayiş etdirir”.

Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti Fərhad Hüseynov qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan yeni bir reallıqla üz-üzə qalıb: “Bu reallıq sadəcə müharibənin olmaması deyil, eyni zamanda, davamlı sülhün qurulması məsələsidir. Sülh təhlükəsizlik, sabitlik və insanların normal həyat şəraiti deməkdir. Beynəlxalq münasibətlər nəzəriyyəsində “neqativ sülh” və “pozitiv sülh” anlayışlarına toxunaraq bildirib ki, hazırda region daha çox neqativ sülh mərhələsindədir. Lakin əsas məqsəd geri dönüşü çətin olan, dayanıqlı və uzunmüddətli pozitiv sülh modelinin formalaşdırılmasıdır”.

O qeyd edib ki, bunun üçün üç əsas istiqamətdə iş aparılmalıdır: “Siyasi və ərazi məsələlərinin həlli, humanitar problemlərin aradan qaldırılması və uzun illər ərzində formalaşdırılmış yanlış narrativlərin aradan qaldırılması. Vətəndaş cəmiyyəti institutları və “Track II Diplomacy” mexanizmləri bu prosesdə xüsusi rol oynayır. Qəbələdə Azərbaycan və Ermənistan nümayəndələri arasında keçirilmiş görüşlər qeyri-rəsmi diplomatiyanın uğurlu nümunəsidir. Sülh yalnız sənədlər üzərində əldə olunan razılaşma deyil. Sülh yeni reallıq yaradan, insanların gündəlik həyatına təsir edən və regionun gələcəyini formalaşdıran prosesdir. Qərbi Azərbaycana qayıdış konsepsiyası da məhz bu yeni geosiyasi reallıqlara uyğun şəkildə qiymətləndirilməlidir”.

Panel müzakirənin sonunda Fariz İsmayılzadə Qərbi Azərbaycan məsələsinin beynəlxalq səviyyədə tanıdılması və qayıdış hüququnun dünya ictimaiyyətinə çatdırılmasının mühüm əhəmiyyət daşıdığını qeyd edib. O vurğulayıb ki, gələcəkdə azərbaycanlıların Qərbi Azərbaycana qayıdaraq ermənilərlə yanaşı, sülh və qarşılıqlı hörmət şəraitində yaşaması regionun uzunmüddətli sabitliyi üçün vacib amillərdən biridir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"AzInTelecom” Milli Kibertəhlükəsizlik Forumunda rəqəmsal həllərini təqdim edib

20:29
08 İyun

Aİ İtaliyanın 23 milyard avroluq “yaşıl enerji” dəstəyi proqramını təsdiqləyib

20:23
08 İyun

“Startap” şəhadətnaməsi alan KOB subyektlərinin sayı 282-yə çatıb

20:17
08 İyun

Anomal istilər səyahət vərdişlərini necə dəyişir?

20:08
08 İyun

Uşaqlıqdakı yuxu problemləri yeniyetməlikdə depressiya riskini ikiqat artırır

19:57
08 İyun

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları ilə bağlı səyyar görüşlər keçirilib  

19:53
08 İyun

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,5 milyard dolları ötüb

19:49
08 İyun

Okeanların istiləşməsi rekord həddə çatdı

19:38
08 İyun

Serbiyanın idman naziri Azərbaycana gəlib

19:31
08 İyun

Filippində güclü zəlzələ baş verib

19:26
08 İyun

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir 

19:24
08 İyun

Laboratoriyada yaradılan süni göz modeli korluğun müalicəsində yeni səhifə açır

19:09
08 İyun

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir  

18:59
08 İyun

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik  

18:47
08 İyun

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub  

18:43
08 İyun

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

18:32
08 İyun

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB

18:28
08 İyun

Qızıl investisiya cəlbediciliyini qismən itirir

18:23
08 İyun

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq  

18:21
08 İyun

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir  

18:17
08 İyun

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

18:08
08 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!