22 Avqust 2024 08:15
705
SİYASƏT
A- A+
Qarşılıqlı etimad və bərabərhüquqlu tərəfdaşlıq

Qarşılıqlı etimad və bərabərhüquqlu tərəfdaşlıq

 

Rusiya Azərbaycanla dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir

 

Son günlərin mühüm və qlobal miqyasda maraqla izlənilən siyasi hadisələrindən biri Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana etdiyi dövlət səfəri oldu. Bu səfər bütün məqamları ilə Azərbaycanla Rusiya arasında dövlətlərarası dialoqun, əməkdaşlığın və dostluğun yüksək səviyyədə olmasından xəbər verdi, əlaqələrin indiyədək imzalanmış iktərəfli sənədlərin məzmununa uyğun olaraq inkişaf etdiyini göstərdi. 

 

Kreml Azərbaycanın yaratdığı yeni reallığı qəbul edir

 

Milli maraqları rəhbər tutan müstəqil xarici siyasətin yürüdülməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində aparıcı rolunu və yüksək nüfuzunu, region ölkələri və dünyanın güc mərkəzləri ilə qarşılıqlı etimada əsaslanan münasibətlər qurmasını və inkişaf etdirməsini şərtləndirən əsas amillərdən biridir. Bu sırada respublikamızın dünyanın əsas siyasi-hərbi qütblərindən biri, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya ilə siyasi əlaqələrinin yüksək səviyyəsi və məzmunu xüsusi vurğulamışdır.
Qeyd edək ki, Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra Azərbaycan-Rusiya əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub. Məlum olduğu kimi,  müharibə günlərində Rusiya təmkinli davranış nümayiş etdirdi. Ermənistanın çoxsaylı müraciətlərinə, cəhdlərinə, hətta KTMT ilə bağlı şantajlarına baxmayaraq, rəsmi Moskva Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin işğaldan azad olunmasına qarşı çıxmadı. Prezident İlham Əliyevin yürütdüyü müdrik və qətiyyətli siyasət, uğurlu diplomatiya,  həm də  Rusiya ilə qurulmuş düzgün münasibətlər  nəticəsində Azərbaycan qarşısında duran tarixi vəzifələrin həllinə nail oldu, öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.
 2022-ci ilin fevralında imzalanmış "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə isə əlaqələrə yeni siyasi məzmun qatdı.  Bütün bunların fonunda özünü göstərən həqiqət odur ki, Azərbaycanın ərazi bütövlüyünü təmin edərək yaratdığı yeni reallıq Rusiya tərəfindən qəbul edilir.

 

Ticarət dövriyyəsinin yüksəlməsi hər iki dövlətin mövcud potensialına əsaslanır 

 

Azərbaycanla Rusiya arasında əlaqələrin yüksək səviyyəsini Prezident Vladimir Putinin Azərbaycana dövlət səfəri də təsdiq edir. Rusiya Prezidenti əvvəllər də ölkəmizdə səfərdə olub. Amma ilk dəfə idi ki, dövlət səfərinə gəlirdi. Prezident İlham Əliyevin mətbuata bəyanatında qeyd etdiyi kimi, dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malikdir, belə demək mümkünsə, həm də dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir.
Azərbaycanla Rusiya arasında imzalanmış sənədlərin mübadiləsi isə ikitərəfli əlaqələrin hüquqi bazasını daha da gücləndirir. Bu sənədlər siyasi, iqtisadi, sosial sahələrdə əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsini ehtiva edir.
Ümumiyyətlə, Azərbaycanla Rusiya arasında yüksək siyasi əlaqələrlə yanaşı, iqtisadi sahədə də müsbət dinamika mövcuddur. Belə ki, 2023-cü ilin nəticələrinə görə, 2022-ci illə müqayisədə ticarət dövriyyəsi 17 faiz artaraq 4.5 milyard dollar səviyyəsinə yüksəlib. Bu il isə ölkələrimiz arasında iqtisadi əlaqələr sferasında daha yüksək nəticə gözlənilir. Xüsusilə qeyd edilməlidir ki, sənaye və kənd təsərrüfatı sahələrində idxal-ixrac əməliyyatlarının yüksəlməsi, tranzit axınının və yük daşımalarının həcminin artması, o cümlədən Azərbaycanın rusiyalı turistlər üçün cəlbedici məkan olaraq qalması ticarət dövriyyəsinin yüksəməsinə təsir edən iqtisadi faktorlardır. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanla Rusiya arasındakı iqtisadi əlaqələrin yüksəlməsi yalnız hər iki dövlətin mövcud potensialına əsaslanır. 

 

Əməkdaşlığın daha da genişləndirilməsi üçün güclü siyasi iradə var

 

Azərbaycanla Rusiya arasında əməkdaşlıq əlaqələri siyasi sferadan tutmuş iqtisadi, mədəni, humanitar sahələrə qədər geniş spektri əhatə edir. Prezidentlərin danışıqları zamanı bütün bunlar, o cümlədən regional təhlükəsizlik ilə bağlı fikir mübadiləsi aparıldı.  Dövlət başçılarının danışıqları, mətbuata verilən bəyanatlar isə göstərdi ki, bütün istiqamətlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün güclü siyasi iradə mövcuddur. "Bütün istiqamətlər üzrə müsbət dinamika görürük. Nümayəndə heyətlərimizin tərkibi də bunu çox əyani şəkildə göstərir. Bu çox mətləblərdən xəbər verir. Yəni qarşılıqlı fəaliyyətin müzakirəsi üçün mövzular çoxdur və qarşılıqlı fəaliyyətimizin əhatə dairəsi ildən-ilə genişlənir. Biz bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətimizi möhkəmləndirmək əzmindəyik və əminəm ki, Sizin səfəriniz ölkələrimizin və xalqlarımızın yaxınlaşmasında növbəti mühüm addım olacaq", -deyə geniş tərkibdə görüşdə Prezident İlham Əliyev bildirib.
Azərbaycan həm də səmimi və münasibətlərin ruhuna uyğun siyasət yürüdən dövlətdir. Təsadüfi deyil ki, respublikamız qlobal səviyyədə Rusiyaya qarşı olan çağırışlara qoşulmur. 
Azərbaycan və Rusiya prezidentlərinin hər görüşü əlaqələrin genişlənməsinə xidmət edir. Bu baxımdan Bakıda aparılan danışıqlar göstərir ki, dostluq, bərabərhüquqluluq və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında qurulan Azərbaycan-Rusiya əlaqələri bundan sonra daha da inkişaf edəcək. Prezident Vladimir Putinin vurğuladığı kimi, Rusiya Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!