20 İyun 2025 08:15
1058
SİYASƏT
A- A+
Qardaşlığın qürur tablosu

Qardaşlığın qürur tablosu


Kahramanmaraşdakı "Azərbaycan" məhəlləsinin açılışı ruhun birlik rəmzi oldu


"Sarsılmaz qardaşlıq" - bu ifadə, iki qardaş ölkə olan Azərbaycan və Türkiyə arasındakı dərin tarixi, mədəni, dil və din birliyinə əsaslanan möhkəm əlaqələri ifadə edir. Bu qardaşlıq yalnız sözlərdə deyil, həm də tarixi hadisələrdə, siyasi, hərbi, iqtisadi və humanitar sahələrdə birgə atılan addımlarda özünü göstərir.

 Azərbaycan və Türkiyə arasındakı münasibət təkcə siyasi maraqlara əsaslanmır, bu münasibət dərin ürək bağları, ortaq tarix, mədəniyyət və birgə gələcək vizyonuna söykənir. 

Azərbaycanla Türkiyə arasındakı münasibətlər sıradan bir beynəlxalq əlaqə deyil - bu, qanın, ruhun və yaddaşın birliyidir. Bu münasibəti ifadə etmək üçün Ümummilli Lider Heydər Əliyevin söylədiyi "Bir millət - iki dövlət" kəlamı artıq hər iki ölkədə bir vəhdət simvoluna çevrilib.

Tarixin müxtəlif dönəmlərində eyni ağrıları yaşamış, eyni sevincləri bölüşmüş bu iki xalq, zaman keçdikcə öz qardaşlığını daha da möhkəmləndirmişdir. Siyasi, hərbi, iqtisadi və mədəni sahələrdə qurulan qarşılıqlı yüksək əməkdaşlıq bu münasibətlərin nə qədər dərin və davamlı olduğunu təsdiqləyir.

Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və digər mənəvi bağlara malik olması bu iki ölkəni daha da doğmalaşdırıb, sevincli və kədərli günlərdə birinin digərinin yanında olmasını şərtləndirib.

Bu qardaşlığın əsas sütunları o qədər möhkəmdir ki, heç bir qüvvə ona zərər yetirə bilmir. Nə qədər çalışsalar da, hiylələri, məkrli planları sonunda alt-üst olur və bumeranq effekti verir. 

Azərbaycan və Türkiyənin əlaqələrinin kökləri qədim tarixə dayanır. Oğuz türklərinin ortaq soy-kökü bu gün hər iki xalqın yaddaşında canlı qalır. Dil, din, adət-ənənə və milli dəyərlər baxımından mövcud olan bənzərliklər, bu münasibətləri yalnız rəsmi səviyyədə deyil, həm də xalqlar arasında möhkəmləndirir.

Tarixi hadisələr də bu qardaşlığın nə qədər möhkəm olduğunu sübut edir. Birinci Dünya müharibəsi zamanı Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etməsi, XX əsrin sonlarında Türkiyənin Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlət olması bu birliyin örnəkləridir. 

2020-ci ildə baş verən İkinci Qarabağ Müharibəsi, Azərbaycan-Türkiyə münasibətlərində yeni bir mərhələnin başlanğıcı oldu. Türkiyə, müharibənin ilk günündən son gününə qədər Azərbaycanın yanında yer aldı. Prezident Rəcəb Tayyib Ərdoğanın verdiyi siyasi və mənəvi dəstək, türk xalqının duaları və qardaşlıq mesajları Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu.

Müharibədən sonra imzalanan Şuşa Bəyannaməsi ilə iki ölkə arasında strateji müttəfiqlik rəsmiləşdirildi. Bu sənəd, həm regional təhlükəsizlik, həm də gələcək əməkdaşlıq üçün əhəmiyyətli bir zəmin yaratdı.

2023-cü ilin fevralında Türkiyənin cənub-şərqində baş verən və "əsrin faciəsi" adlandırılan dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında oldu. Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, həkimlər və könüllülər zərərçəkən ərazilərə ezam olundular. Azərbaycan dərhal humanitar yardımlar göndərdi. 5373 tonluq humanitar yardımın tərkibində 9183 çadır, 145 konteyner tipli mobil ev, səhra hospitalı, səhra mətbəxi, generatorlar və digər həyati əhəmiyyətli ləvazimatlar yer aldı. Azərbaycan xilasediciləri dağıntılar altından 53 nəfəri sağ çıxartdı, 780 nəfərin cəsədini tapdı. Ümumilikdə 3123 nəfərə tibbi yardım göstərildi. Bu yardımların ümumi maliyyə dəyəri 31 milyon 510 min 900 ABŞ dolları (53 milyon 568 min 530 AZN) təşkil etdi. Həmçinin 13 milyon 397 min 883 ABŞ dolları (22 milyon 776 min 400 AZN) birbaşa maliyyə yardımı qismində qardaş ölkəyə təqdim olundu.

Bu dəstək yalnız təcili yardım səviyyəsində qalmaqla kifayətlənmədi. Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin inşasına start verildi. Məhəllənin tikintisinə 100 milyon ABŞ dolları (170 milyon AZN) vəsait ayrıldı və tikinti işləri Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirildi. 27,6 hektarlıq ərazini əhatə edən məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olundu. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti yaradıldı.

Dünən isə bu möhtəşəm layihənin təntənəli açılış mərasimi keçirildi. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən mərasimdə iki qardaş yan-yana dayanaraq bir daha dünyaya birliyimizi, əbədi dostluğumuzu nümayiş etdirdilər.  

İlham Əliyev bəyan etdi ki, Azərbaycan hər zaman Türkiyənin yanında, Türkiyə də hər zaman Azərbaycanın yanında olub. Dövlətimizin başçısı bildirdi ki, "Azərbaycan" məhəlləsinin açılışında əziz qardaşı ilə birlikdə iştirakı bir daha birliyimizin, dostluğumuzun təzahürüdür. 

Rəcəb Tayyib Ərdoğan isə dedi ki, zəlzələ baş verəndən dərhal sonra Türkiyəyə ilk köməyə gələn Azərbaycan oldu: "Zəlzələnin ilk anından inamımızı heç itirmədik, bir gün belə ümidsizliyə qapılmadıq. Bu çətin dönəmdə ölkəmizin imdadına ilk çatan can Azərbaycandır. "Səninləyəm Türkiyəm" deyən, avtomobilinin damına yardımları yığan, acımızı paylaşan Azərbaycan xalqının dayanışmasını heç vaxt unuda bilmərik və unutmayacağıq. "Azərbaycan" məhəlləmiz bizim ən dəyərli layihələrimizdən biridir, qürur tablomuzdur. Bu məhəllə Azərbaycanın dəstəyilə yenidən dirçəlir".

Dünən Kahranmaraşda böyük həyacan və izdiham yaşandı. "Azərbaycan" məhəlləsi iki qardaşın iştirakı ilə istifadəyə verildi. Türkiyəli qardaşlarımız mənzillərinin açarlarını alıb, yeni xoşbəxt həyatlarını yaşamağa başladılar. 

Bu möhtəşəm tarixi hadisə bir daha onu sübut etdi ki, sarsılmaz qardaşlıq bugünkü nəsillər üçün fəxr mənbəyi olduğu kimi, gələcək nəsillər üçün də birlik və bərabərlik modelidir.

Bütün bunlar, çoxəsrlik böyük tarixi ənənələrə, dərin köklərə malik Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bugünkü mərhələsi ölkələrimizin şanlı birlik salnaməsinə parlaq səhifələr əlavə edir.  

Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı möhkəm dostluq, Azərbaycan-Türkiyə qardaşlığı təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil,  türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Hər zaman bir-birinin yanında olan, beynəlxalq müstəvidə bir-birini birmənalı olaraq dəstəkləyən, sözün əsl mənasında, yeni bir dostluq və qardaşlıq dastanı yazan Azərbaycan və Türkiyənin sıx əməkdaşlığı, birgə təşəbbüsləri regionda strateji inteqrasiyanın daha intensiv xarakter almasına mühüm töhfələr verir. Eyni zamanda dünyanın böyük dövlətlərindən olan Türkiyənin güclənməsi, həm də Azərbaycanın gücünün artması deməkdir. İki ölkə arasında əlaqələrin daha da dərinləşməsi regional inkişafın, eləcə də təhlükəsizliyin təmin olunmasında müstəsna əhəmiyyət kəsb edir.

Bir sözlə, əminliklə deyə bilərik ki, Azərbaycan-Türkiyə münasibətləri sadəcə dövlətlərarası dostluq deyil, bu, qəlbdən-qəlbə keçən bir qardaşlıqdır. Bu münasibətlərin təməlində qarşılıqlı etimad, ortaq tarix və gələcək naminə birgə iradə dayanır.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

QMİ sədri Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb  

23:23
17 İyul

UNESCO-nun Dünya İrs Komitəsinin 47-ci sessiyası başa çatıb  

22:20
17 İyul

“Qərargah zabiti kursu”nun buraxılış mərasimi keçirilib  

22:16
17 İyul

Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada birgə nahar ediblər  

22:07
17 İyul

“Bizim həyət” layihəsi çərçivəsində yenilənmiş növbəti həyət sakinlərin istifadəsinə verilib  

21:39
17 İyul

"Qarabağ" növbəti transferini həyata keçirib

21:14
17 İyul

Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürülmüş, xəsarətlər almış zərərçəkmişlər məhkəmədə ifadə veriblər  

20:12
17 İyul

II və III ixtisas qrupları üzrə ikinci cəhd qəbul imtahanlarının nəticələri açıqlanıb  

19:17
17 İyul

Hesablama Palatası ASOSAI İdarə Heyətinin 62-ci toplantısına ev sahibliyi edib 

19:16
17 İyul

Roma Papası Qəzzada kilsəyə edilən hücumu pisləyib

19:13
17 İyul

ADA Universiteti dövlət sifarişli yerlərə tələbə qəbuluna başlayır  

19:12
17 İyul

Türkmənistan mətbuatı Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərini geniş işıqlandırıb  

19:05
17 İyul

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşü olub  

17:04
17 İyul

Dövlət Komissiyası narkomaniya ilə bağlı maarifləndirmə tədbirlərini genişləndirir  

17:00
17 İyul

NATO: Ukraynaya “Patriot” sistemlərinin göndərilməsinə başlanılıb  

16:59
17 İyul

Rektor: ADA Universitetində tələbələrin 30 faizi ödənişsiz oxuyur

16:58
17 İyul

Dünyanın ən iri almaz istehsalçılarından biri böhranla üzləşib  

16:57
17 İyul

Həlak olan minlərlə insanın cəsədi Ukraynaya qaytarılıb  

16:56
17 İyul

ADA Universitetində dövlət sifarişi ilə təhsil alan tələbələrə təqdim olunan imkanlar açıqlanıb  

16:55
17 İyul

ADA Universitetində dövlət sifarişli yerlərin sayı açıqlanıb  

16:54
17 İyul

Qurbanqulu Berdiməhəmmədova Cıdır düzündə “Dostluq” adlı Qarabağ atı hədiyyə edilib

15:47
17 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!