08 Dekabr 2022 00:49
1189
SİYASƏT
A- A+
“Qardaş yumruğu" regionda təhlükəsizliyin təminatçısıdır

“Qardaş yumruğu" regionda təhlükəsizliyin təminatçısıdır

 

Azərbaycanla Türkiyəni təhdid etməyə cəhd göstərənlər bundan nəticə çıxarmalıdırlar

 

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki hərbi-siyasi zəfəri ilə yaranan reallıqların əhatə dairəsi genişdir. Torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın Cənubi Qafqazda lider statusunu daha da möhkəmləndirməsi, Qarabağ və Zəngəzurda başlanan genişmiqyaslı bərpa və quruculuq işləri, regionda yeni əməkdaşlıq imkanlarının formalaşması kimi reallıqlar qələbənin məntiqi nəticələridir. Eyni zamanda bu zəfər bəlli həqiqətlərə yeni işıq saldı ki, bunlardan biri də daha da möhkəmlənən və sarsılmaz olan Azərbaycan-Türkiyə qardaşlığıdır. 

 

Reallıqları dərk etmək istəməyənlər üçün mesaj

 

Vətən savaşının ilk günlərindən Türkiyə Azərbaycanın yanında oldu.  Türkiyənin siyasi-hərbi rəhbərliyi müharibənin ilk saatlarından Azərbaycanın haqq işini dəstəklədiyini bəyan etdi. 44 gün ərzində dünya bir daha Azərbaycan-Türkiyə qardaşlığına şahidlik etdi. Türk dünyasının öndərləri olan Heydər Əliyevin "Bir millət, iki dövlət", Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" kəlamları bu savaşda öz təsdiqini bir daha tapdı.
"Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir və bütün məsələlərdə biz hər zaman bir-birimizin yanındayıq. İkinci Qarabağ müharibəsi bunu bütün dünyaya bir daha göstərdi ki, Türkiyə-Azərbaycan bir yerdədirlər və əziz qardaşımın, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilk saatlardan bizi ruhlandırdı. Çünki müharibənin ilk saatlarından başlayaraq Türkiyə və onun Cümhurbaşqanı bizə mənəvi və siyasi dəstək vermişdir. Bu mənəvi və siyasi dəstək müharibənin son gününə qədər göstərildi", - deyə Prezident İlham Əliyev bildirib.
Ötən ilin iyun ayından isə Azərbaycan-Türkiyə münasibətlərinin tarixində məzmun və keyfiyyətcə yeni mərhələnin təməli qoyuldu. "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" iki dövlət arasındakı strateji tərəfdaşlığın siyasi və mənəvi təcəssümü oldu. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar.
Belə bir müddəanın Şuşa Bəyannaməsində yer alması Vətən müharibəsindən sonra regionda yaranmış reallıqları dərk edə bilməyən bütün dövlətlər üçün mesajdır. Azərbaycanın dövlət suverenliyini təhdid etmək fikrinə düşənlər yeni regional hərbi-siyasi blokla qarşılaşacaqlar. 

 

Azərbaycan-Türkiyə birliyinin növbəti təzahürü

 

Bu günlərdə Azərbaycan və Türkiyə silahlı qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə respublikamızda keçirilən "Qardaş yumruğu" birgə təlimin göstərdi ki, Şuşa Bəyannaməsi ilə hərbi müttəfiqliyini yeni mərhələyə yüksəldən iki qardaş dövlət hər zaman bir-birinin yanındadır. Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərliyi ilə Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, Quru Qoşunları komandanı ordu generalı Musa Avsever, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Atilla Gülan, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlunun Azərbaycana səfər etmələri Türkiyənin siyasi-hərbi rəhbərliyinin "Qardaş yumruğu" hərbi təliminə verdiyi böyük önəmin göstəricisidir. 
"Qardaş yumruğu" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon zəngi ilə iki qardaş ölkənin təlimdə iştirak edən şəxsi heyətlərini təbrik ediblər. İlham Əliyev "Qardaş yumruğu" təliminin Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürü olduğunu qeyd edib, birliyimizin sarsılmaz və əbədi olduğunu vurğulayıb. Rəcəb Tayyib Ərdoğan isə təbrikində "Bir millət, iki dövlət" anlayışı ilə keçirilən təlimin uğurla həyata keçirildiyini bildirib və heç kimin ayıra bilməyəcəyi birliyimizin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb.

 

İran "Qardaş yumruğu"ndan dərsini aldı

 

Əvvəldə qeyd edildiyi kimi, Türkiyə dövləti Vətən müharibəsində Azərbaycana birmənalı şəkildə dəstəyini nümayiş etdirdi. Eləcə də dost dövlətlərdən, xüsusən müsəlman ölkələrindən  Azərbaycana dəstək mesajları gəldi. Lakin Azərbaycanla ortaq dini dəyərləri bölüşən, özünü dünyada "müsəlman təəssübkeşi" kimi göstərən İran Vətən müharibəsindən sonra Azərbaycana qarşı aqressiv ritorikasını daha da artırdı.
Məlumdur ki, hələ müharibədən əvvəlki dövrdə İran Azərbaycanla münasibətlərin ruhuna zidd davranaraq, ölkəmizin daxili işlərinə qarışmağa cəhd edirdi. Əlbəttə, Azərbaycan İranın "imperializmlə mübarizə" adı altında xaosa sürüklədiyi ölkələrdən deyil. Azərbaycanda İranın "İmam Xomeyni İmdad Komitəsinin" və Mədəniyyət Mərkəzinin din amili üzərindən həyata keçirdikləri hoqqabazlıqlar iflasa uğrayıb. Riyakar  planları baş tutmadığına görə bu ölkənin siyasi, dini və hərbi dairələri zaman-zaman Azərbaycan əleyhinə şüarlar səsləndiriblər. 
İranın fars rejimi Cənubi Azərbaycan faktoruna görə müstəqil Azərbaycan dövlətinin mövcudluğundan hər zaman qorxub və elə bu üzdən müsəlman qiyafəli "molla"lar Ermənistana qucaq açıblar. Azərbaycanla sərhədlərin 30 il işğal altında qalmasına göz yuman İranın Vətən müharibəsindən sonra sərhədlərin toxunulmazlığını özünün qırmızı xətti elan etməsi, Ermənistanın Qafan şəhərində konsulluq açması bir daha İranın əsl xislətini üzə çıxardı. Bütün bunların fonunda bu gün sülhə əngəllər yaratmağa cəhd edən İranın 30 il müddətində Fransa ilə birlikdə işğala da dəstək verdiyi  məlumdur.
Vətən müharibəsindəki qələbə Azərbaycanın mövqelərini daha da möhkəmləndirib. Eləcə də Zəngəzur dəhlizinin açılması ilə türk dünyasının birbaşa coğrafi əlaqəsi möhkəmlənəcək. Bütün bunlar bir daha İranın düşmən simasını üzə çıxarır. 30 ilə yaxın Azərbaycanla sərhəddə bircə hərbi təlim keçirməyən İran indi dalbadal təlimlər keçirir, əzələ nümayiş etdirmək istəyir. İranın gücü isə hər kəsə məlumdur. İndiyə qədər "himayə etdiyi müsəlmanları" xaosdan çıxara bilməyən İranın molla rejimi ötən  40 ildə heç bir müharibədə qalib ola bilməyib.
Bu mənada Azərbaycan və Türkiyə silahlı qüvvələrinin "Qardaş yumruğu" birgə hərbi təlimi İrana verilən ən gözəl cavabdır. Sərhədlərimizdə Araz çayının keçilməsini məşq edənlər bundan öz dərslərini aldılar. "Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar", - deyə Prezident İlham Əliyev bildirib.
Azərbaycanla Türkiyəni təhdid etmək fikrinə düşənlər hər zaman qarşılarında "Qardaş yumruğu"nu görəcəklər. İranın da bu təlimlərdən lazımi nəticə çıxarması, təxribatlardan əl çəkməsi, tarixi reallıqları qəbul etməsi qaçılmazdır. Azərbaycanla Türkiyənin müttəfiqliyi isə həm də bütövlükdə regionda təhlükəsizliyin təminatçısıdır. 

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!