17 Noyabr 2023 10:40
1289
Mədəniyyət
A- A+
Qarabağın ruhunu yaşadan xalçaların sərgiləndiyi mədəniyyət ocağı

Qarabağın ruhunu yaşadan xalçaların sərgiləndiyi mədəniyyət ocağı

 

Otuz ilə yaxın davam edən erməni işğalından qurtulmuş ərazilərimizdə tikinti-bərpa, quruculuq işləri başlayandan bəri yurduna qovuşan yalnız o yerlərin sakinləri deyil. İşğalçı, təcavüzkar ermənilərin uçurub dağıtdıqları, qarət etdikləri mədəniyyət ocaqlarımız da yenidən qurulur və qapılarını ziyarətçilərinin üzünə açır. 
Onlardan biri də XX əsrin sonuncu onilliyində Şuşa düşmən işğalına məruz qalanadək orada fəaliyyət göstərmiş xalça muzeyi oldu. Bu il mayın 10-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Milli Xalça Muzeyinin Şuşa filialının açılışında iştirak etdilər. Beləliklə, otuz bir ildən sonra Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının fəaliyyəti bərpa olundu.
Şuşada xalçaçılıq qədim və zəngin ənənələrə malikdir.  Hələ 1867-ci ildə xalça sənətkarları Paris sərgisində iştirak edib, vətənə medallarla, diplomlarla dönüblər. Şuşa xalçaları 1872-ci ildə Moskvada keçirilən Politexnik Sərgisində də yenidən xüsusi nişanlarla təltif ediliblər.
Yalnız Şuşada deyil, bütövlükdə Qarabağda tarixi ənənələrə malik xalçaçılıq sənətinin öyrənilməsi, yaşadılması, inkişafı üçün hələ sovet dövründə müəyyən işlər həyata keçirilib. Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması, yaşadılması məqsədilə 1985-ci il sentyabrın 26-da Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 502 №-li əmrinə əsasən, Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialının əsası qoyulub. 1987-ci il mayın 19-da general Səməd bəy Mehmandarova məxsus XVIII əsr abidəsi olan malikanədə milli sənət dəyərlərimizi yaşadan filial fəaliyyətə başlayıb. Xalça və xalça məmulatları, bədii tikmə, milli geyim və zərgərlik nümunələri Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin əsas fondundan Şuşa filialına göndərilib. Muzeyin əsas fondundan seçilmiş xovlu və xovsuz xalçalar, xalça məmulatları, bədii tikmə, milli geyim, zərgərlik və bədii metal nümunələri Şuşa filialında sərgilənib.
1980-ci illərin sonlarında işğalçı ermənilər Azərbaycandan yenidən ərazilər qoparmaq niyyəti ilə Qarabağı münaqişə ocağına çevirdilər. Azərbaycanın mərd övladları qəddar, qatil ermənilərin hücumlarının qarşısını almaq, işğala yol verməmək üçün canlarını sipər etdilər. Ancaq xarici havadarlarından silah-sursat, maddi yardımlar alan düşmən Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərini işğal edə bildi. 
1992-ci il mayın 8-də Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu günədək oradakı xalça muzeyinin filialı fəaliyyət göstərdi. Təcavüzkar ermənilərin işğalına məruz qalan ərazilərimizdə maddi-mənəvi xəzinəmiz sayılan neçə-neçə tarixi abidəmiz, muzeylərimiz erməni işğalçıları tərəfindən qarət olundu, dağıdıldı. Qəsbkarların əllərinə keçən torpaqlarımızda 762 mədəniyyət abidəsi qaldı. İşğalçılar 22 muzeyi, 4 rəsm qalereyasını talayaraq yerlə yeksan etdilər.
Qədim Şuşada hər birinin Azərbaycanın maddi-mənəvi xəzinəsində öz yeri olan 8 muzey - Dövlət Qarabağ Tarixi Muzeyi, Üzeyir bəy Hacıbəylinin ev-muzeyi, Bülbülün memorial muzeyi, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin Şuşa filialı, tarzən Qurban Pirimovun Ağdam rayonundakı xatirə muzeyi fəaliyyət göstərirdi. 
Şuşada fəaliyyət göstərən 8 muzeydən yalnız Xalça muzeyi əşyalarının yarıdan çoxunu, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin evmuzeyi isə əşyalarını qismən xilas edə bildi. Belə ki, saxlanılan sənət nümunələrinin təhlükədə olduğunu nəzərə alaraq, 1992-ci il fevralın 29-da Şuşa filialının 246 ədəd eksponatından 183-ü (80 ədəd xovlu xalça, 35 ədəd xovsuz xalça və xalça məmulatı, 29 ədəd bədii tikmə və milli geyim, 39 ədəd zərgərlik məmulatı) təxliyə edilərək Bərdəyə, ardınca Bakı şəhərinə gətirildi və Azərbaycan Xalça Muzeyinin əsas fonduna təhvil verildi. Həmin eksponatlar arasında XIX-XX əsrləri əhatə edən Qarabağın ənənəvi "Şabalıd-buta", "Malıbəyli", "Qoca", "Bəhmənli", "Atlı-itli", "Xanlıq", "Çələbi", "Açma-yumma" çeşniləri əsasında toxunmuş xovlu xalçalar, məişətdə geniş istifadə olunan xovsuz xalçalar və xalça məmulatları, bədii tikmə, milli geyimlər və zərgərlik nümunələri qaldı. 
Şuşa şəhəri işğal altında olduğu dövrdə Şuşa filialı öz fəaliyyətini Azərbaycan Milli Xalça Muzeyində davam etdirdi.
2020-ci ildə 44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu torpaqlarımızı Ermənistan silahlı qüvvələrinin işğalından azad etdi. Çox keçmədi ki, digər ərazilərimiz kimi, Şuşada da tikinti, bərpa işlərinə start verildi. Şuşadakı xalça muzeyinin binası işğal dövründə yararsız hala düşdüyündən, tarixi görkəminə müdaxilələr olunduğundan burada 2021-ci ildən başlayaraq Heydər Əliyev Fondu tərəfindən bərpa işləri həyata keçirildi. Binanın daxili divarları, döşəmələri, tavanları bərpa edildi. Sonradan alçıpanla bağlanılan qapı, pəncərə, tavan və arakəsmə divarlar götürülərək binanın tarixi siması özünə qaytarıldı. Onun fasadındakı çatlar bərpa olundu, daşla üzləndi.
Qarabağda toxunan zərif xalçalar yenidən Şuşada, Milli Azərbaycan Xalça Muzeyinin Şuşa filialında sərgilənir. O xalçalar ki, hər biri dəyərli sənət əsəridir və qədim Qarabağ torpağının ruhunu, əsrlərlə burada yaşayıb-yaratmış insanların, eləcə də sənətkarların həyat və məişətini, dünyagörüşünü özündə əks etdirir.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!